/ / Milli Məclisin sədri Cenevrədə Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik edib
Milli Məclisin sədri Cenevrədə Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik edib
19.10.2025 [21:39]
Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Koordinasiya görüşünə sədrlik edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda çıxışı zamanı spiker Sahibə Qafarova bu görüşlərin qarşılıqlı maraq doğuran əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın və koordinasiyanın genişləndirilməsində mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, əlaqələndirici görüşlər, xüsusilə belə həssas vaxtlarda vacib əhəmiyyət kəsb edən mühüm beynəlxalq məsələlərin müzakirəsi və fikir mübadiləsinin aparılmasında APA-nın əhəmiyyətli potensialından tam istifadə etmək üçün əla imkan yaradır. Gələn il Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd olunacağını söyləyən Milli Məclisin sədri ötən dövrdə assambleyanın artıq mühüm parlamentlərarası əməkdaşlıq, konstruktiv dialoq və həmrəylik platformasına çevrildiyini bildirib. Onun sözlərinə görə, bu qurum üzv ölkələrin parlamentlərini öz çətiri altında birləşdirir, onların səsini eşitdirir və ölkələrimizin ümumi məqsədlərə nail olmaq səylərinə parlament töhfəsini verir.
Azərbaycanın təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verən Sahibə Qafarova vurğulayıb ki, bu müddət ərzində assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində səylər göstərilib. Azərbaycan birgə işin daha da gücləndirilməsi - APA-nın institusional potensialının inkişafı, sıralarının genişləndirilməsi, mövcud orqanların səmərəliliyinin artırılması ilə bağlı bir sıra prioritetlər irəli sürüb. Sözügedən dövrdə təşkilatın sıraları genişlənib. Belə ki, Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü olub, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası müşahidəçi statusu qazanıb, APA-da müşahidəçi statusu olan beynəlxalq təşkilatların da sayı artırılıb, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına müşahidəçi statusu verilib.
Qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə APA büdcəsinin formalaşdırılması qərarı ilə bağlı konsensus əldə olunub ki, bu da assambleyanın imkanlarının daha da gücləndirilməsi və artırılması üçün çox vacibdir.
Milli Məclisin sədri çıxışında, həmçinin deyib ki, dünyamızın üzləşdiyi problemlərin miqyası kollektiv tədbirlər və birgə səylər olmadan onların öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu göstərir. Qəzzada atəşkəslə bağlı əldə olunan razılaşma bunu bir daha nümayiş etdirdi. O, ümidvar olduğunu bildirib ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və Yaxın Şərq Sülh Sammitinin nəticələri regiona ədalətli və davamlı sülh gətirəcək.
Spiker Sahibə Qafarova xatırladıb ki, gələn il Bəhreyn Krallığı APA-ya sədrlik edəcək. O, inamını ifadə edib ki, Bəhreynin rəhbərliyi altında assambleya bütün Asiyada parlamentlərarası əməkdaşlığı gücləndirməyə davam edəcək və ümumi məqsədlərə uyğun olaraq qitəmizdə sülhün, həmrəyliyin və davamlı inkişafın təşviqinə töhfə verəcək.
Sonra iclas gündəlikdə duran məsələlərin müzakirəsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

