Azərbaycan, Türkiyə, Pakistan qardaşlığı
13.11.2025 [10:32]
Hazırda dünyada yeni nizam formalaşmaqdadır və ölkələr arasında ciddi qütbləşmələr müşahidə edilir. Belə bir şəraitdə Azərbaycan - Türkiyə - Pakistan dostluğunun daha da möhkəmlənməsi hər üç ölkənin maraqlarına cavab verir. Dünyada ayrı-ayrı ölkələrin bu və ya digər platformalarda birləşmələrinə dair çoxlu sayda misallar sadalamaq mümkündür. Lakin bu formatların bir çoxu süni şəkildə yaradılır və onlar hansısa keçici maraqlar əsasında formalaşdığına görə səhnədən tez silinib çıxırlar. Azərbaycan-Türkiyə-Pakistan üçbucağına gəldikdə isə mənzərə tamam fərqlidir. Bu üç ölkə tarixən bir-birinə bağlı olub və zəngin milli-mənəvi dəyərlər bu gün üç ölkə arasında siyasi əlaqələrin təməlində dayanan çox mühüm amil qismində çıxış edir. Təsadüfi deyildir ki, Azərbaycan, Türkiyə və Pakistanın daha sıx münasibətlər qurmasına həm dövlətlər və liderlər güclü siyasi iradə nümayiş etdirirlər, həm də cəmiyyətlərdə buna böyük istək var.
Hər zaman sevinclərini və kədərlərini bir-biri ilə bölüşən üç dost ölkə
Məmnunluq hissi ilə qeyd edə bilərik ki, hər üç ölkə uğurların, xoş günlərin sevincini bölüşməyə tələsdikləri kimi, çətin məqamlarda da bir-birinə dəstək olmağa çalışırlar. Bunu biz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi günlərində bir daha gördük. Türkiyə və Pakistan keçmiş Dağlıq Qarabağ probleminin lap əvvəlindən Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəklərini bildiriblər, müxtəlif platformalarda ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyini birmənalı şəkildə dəstəkləyiblər. Bu qardaşlıq dəstəyi respublikamızın qoşulduğu ədalətli müharibə günlərində daha da gücləndi. Belə ki, Türkiyə və Pakistan liderləri, digər yüksəksəviyyəli rəsmiləri müharibənin ilk günlərindən ard-arda bəyanatlar verərək Azərbaycana güclü mənəvi-siyasi dəstək göstərdilər, xalqımızın, dövlətimizin yanında olduqlarını bildirdilər. Bu bizə əlavə stimul verdi, özünəinam hissimizi daha da gücləndirdi. Beləliklə də, Müzəffər Ordumuz cəmi 44 gün ərzində düşməni tam kapitulyasiyaya məruz qoydu və biz ərazi bütövlüyümüzü, sonrakı mərhələdə isə suverenliyimizi tam təmin etdik.
Öz növbəsində Azərbaycan da davamlı olaraq dost ölkələrə dəstək nümayiş etdirir. Respublikamız indiyədək Ermənistanın qardaş Türkiyəyə qarşı irəli sürdüyü saxta soyqırımı və ərazi iddialarının beynəlxalq səviyyədə ifşa olunmasında mühüm rol oynayıb. 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə xəyanətkar qüvvələr tərəfindən dövlət çevrilişinə cəhd göstərildi. Təbii ki, həmin gecə Azərbaycan xalqının da ürəyi qardaş Türkiyə ilə döyünürdü. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi.
2023-cü il fevralın 6-da Türkiyə dəhşətli zəlzələ xəbəri ilə silkələndi. Episentiri Kahramanmaraş şəhərinə düşən 7,7 və 7,6 bal gücündəki dağıdıcı zəlzələ qardaş ölkənin tarixində ən faciəvi səhifələrdən biridir. Həmin faciə zamanı da Azərbaycan Türkiyəni tək buraxmadı. Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Kahramanmaraşda Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında “Azərbaycan” məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. “Azərbaycan” məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, respublikamız apardığı ədalətli mübarizədə hər zaman Pakistanın mövqeyini dəstəkləyib. Azərbaycan hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə dost ölkəyə yardımlar edib.
İki ölkə arasında humanitar sahədə əməkdaşlığın genişlənməsinə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fond tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Belə ki, fondun təşəbbüsü və dəstəyi ilə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib, əlilliyi olan şəxslər əlil arabaları ilə təmin olunub və digər xeyriyyə layihələri həyata keçirilib.
Bu qəbildən olan müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu “Könüllü qadınlar” təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizmin Simvolu - 2012-ci İlin Qadını” mükafatı ilə təltif olunub. 2015-ci ildə isə Pakistan Prezidenti Məmnun Hüseyn Mehriban xanım Əliyevanın “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Mehriban xanım Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır. Pakistan Prezidenti Məmnun Hüseyn sözügedən ordeni 2015-ci il martın 11-də ölkəmizə rəsmi səfəri zamanı Mehriban xanım Əliyevaya təqdim edib.
Azərbaycan, Türkiyə və Pakistan arasında genişlənən hərbi əməkdaşlıq
Azərbaycan, Türkiyə, Pakistan əməkdaşlığı çoxvektorlu olması ilə diqqət çəkir. Burada indiki geosiyasi reallıqlar şəraitində hərbi sahədə əməkdaşlığın önəmini ayrıca qeyd etmək lazımdır. Türkiyə və Pakistanın hərbi cəhətdən qüdrətli dövlətlər olmaları Azərbaycanın milli maraqlarına tam uyğundur . Bu gün Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığının məzmunu kifayət qədər genişdir. İlk növbədə onu qeyd edək ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə öz dəstəyini göstərir. Hazırda Türkiyə modelinə istinad edilməklə Azərbaycan Ordusunun yeni strukturunun formalaşdırılması, o cümlədən də komando birliklərinin yaradılması prosesi uğurla davam etdirilir.
Azərbaycanla Türkiyə 2021-ci il iyunun 15-də Şuşa bəyannaməsini imzalamaqla onsuz da mövcud olan strateji müttəfiqliklərini rəsmən təsdiqləyiblər. Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, Azərbaycanın qardaş Pakistanla hərbi əməkdaşlığı getdikcə dərinləşir. Artıq bu ölkənin bir sıra müasir hərbi texnikası Azərbaycanın silahlanmasına cəlb edilib. Bundan əvvəl Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Pakistanın Baş naziri azad Qarabağda - Laçında görüşmüşdülər. Bu dəfə isə qardaş ölkələrin liderləri Bakıda böyük Zəfərimizin 5-ci ildönümü münasibətilə keçirilən hərbi parada qatıldılar ki, bunun da böyük rəmzi mənası var.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

