“16-cı NATO günləri”...
16.12.2025 [11:57]
Alyans ölkəmizin beynəlxalq təhlükəsizliyin təminatında rolunu yüksək qiymətləndirir
Azərbaycanın xarici siyasət startegiyasında təhlükəsizlik məsələlərinə hər zaman xüsusi diqqət yetirilir. Bu baxımdan, dövlətimiz NATO ilə əlaqələrə böyük önəm verib və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab edib. Ölkəmizin Alyans üçün önəmi isə qurumun rəsmi şəxsləri tərəfindən hər zaman vurğulanıb.
Qeyd edək ki, bugünlərdə “16-cı NATO günləri” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, səfərin məqsədi Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlığın inkişafı, tərəfdaşlıq proqramları üzrə öhdəliklərin icrası və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub. Səfər çərçivəsində nümayəndə heyəti ilə Müdafiə Nazirliyində, Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin tərkibində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası üzrə bəyan edilmiş bölmələrinin olduğu hərbi hissələrdə görüşlər keçirilib.
Uğurlu tərəfdaşlıq...
Tədbirlərdə qeyd olunub ki, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində ölkəmiz beynəlxalq təhlükəsizliyin təminatında fəal iştirak edib. Azərbaycan Ordusunun şəxsi heyətinin sülhməramlı missiyalardakı fəaliyyəti qlobal təhlükəsizliyə dəyərli töhfə kimi qiymətləndirilib. Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirakı, eləcə də ƏİK proqramı çərçivəsində əldə etdiyi nailiyyətlər də diqqətə çatdırılıb.
Görüşlərdə hərbi təhsil və təlim sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan zabitlərinin NATO təlimləri və qərargahlarında iştiraklarının onların əməliyyat, idarəetmə və hərbi elmi biliklərinin zənginləşməsində faydalı olduğu qeyd edilib. Nümayəndə heyəti üçün müxtəlif brifinqlər və dəyirmi masa müzakirələri təşkil olunub.
Xatırladaq ki, Azərbaycanla NATO arasında tərəfdaşlığın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulub. 1997-ci ildə isə Azərbaycan SNT Planlaşdırma və Analiz Prosesinə qoşulub. Ölkəmizin NATO ilə tərəfdaşlığı onun Avratlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapır. Beləliklə, Azərbaycanın hərbi qanunvericiliyi NATO standartlarından faydalanaraq daha da təkmilləşdirilib.
Kosovo və Əfqanıstanda sülhə xidmət
Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarilə Azərbaycanın SNT Təqdimat Sənədi, Planlaşdırma və Analiz Prosesi və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında öz əksini tapır. Bu sənədlərdə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində islahatlar aparılması, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə edir. 1999-cu ildə Azərbaycan Kosovoda olan NATO-nun sülhməramlı əməliyyatlarına dəstək məqsədilə hərbi birlik göndərib. Bu əməliyyatlarda iştirak vasitəsilə Azərbaycan Silahlı Qüvvələri NATO qoşunları ilə ortaq əməliyyatlar keçirilməsi təcrübəsi əldə edib, NATO standartları ilə yaxından tanış olub və sülhməramlı qoşunlarımızın peşəkarlıq səviyyəsini artırıb.
2001-ci ildə Azərbaycan çoxmillətli “Qətiyyətli əməkdaşlıq - 2001” SNT hərbi təlimini həyata keçirib. 2002-ci ildə isə Azərbaycan Əfqanıstana NATO qüvvələrini dəstəkləmək məqsədilə hərbi birlik göndərib. 2003-cü ildə Azərbaycan Virtual İpək Yoluna qoşulub və növbəti il İstanbul zirvə görüşündə müttəfiq liderlər Qafqaza xüsusi diqqət ayırmışdılar. Belə ki, NATO-nun xüsusi nümayəndəsi və əlaqələndiricisi bölgəyə təyin olunmuşdu. Həmin il Prezident İlham Əliyev Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını NATO-ya təqdim etmişdi. 2005-ci ildə isə Azərbaycan NATO ilə ilk dəfə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində əməkdaşlığa başladı. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı NATO-ya üzv və bəzi tərəfdaş ölkələr tərəfindən təşkil edilən təcrübə mübadiləsi, hazırlığın artırılması, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır.
Ordumuzun güclənməsində əməkdaşlıq vacib rol oynayır
Qeyd edək ki, Prezident İlham Əliyev Brüsselə səfərləri zamanı Alyansın rəhbərliyi ilə görüşüb, 2021-ci il dekabrın 14-də isə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Ötən ilin mart ayında da NATO-nun o vaxtkı Baş katibi Yens Stoltenberq ölkəmizə səfər edib. Səfər zamanı İlham Əliyevlə NATO Baş katibinin təkbətək görüşü olub, sonra mətbuata bəyanat zamanı Azərbaycan-NATO əlaqələri yüksək qiymətləndirilib.
Hal-hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək dəyərləndirilir.
Bütövlükdə, Azərbaycan dövləti Silahlı Qüvvələrin maddi-texniki təchizatının və kadr hazırlığının gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayır. Müstəqilliyimizin ilk illərindən indiyədək ordumuzun gücləndirilməsində NATO ilə əməkdaşlıq önəmli rol oynayıb. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində özünün gücünü, yüksək peşəkarlığını nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Müharibədə Silahlı Qüvvələrimiz tərəfindən innovativ texnologiyalardan geniş istifadə olundu. Əcnəbi mütəxəssislərin də qənaəti belədir ki, 44 gün ərzində Azərbaycan XXI əsrin müharibəsini apararaq qələbə qazanıb. Bir sözlə, Azərbaycan Ordusu regionda sabitlik və sülhün möhkəmlənməsinə xidmət göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

