/ / Bakıda Hindistanın siqhlərə və digər milli azlıqlara qarşı repressiv siyasəti mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda Hindistanın siqhlərə və digər milli azlıqlara qarşı repressiv siyasəti mövzusunda beynəlxalq konfrans keçirilir
16.01.2026 [10:49]
Yanvarın 16-sı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilir.
Konfransın işində Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, həmçinin, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edir.
Tədbir Hindistan hökümətinin siqh xalqına qarşı həyata keçirdiyi represiv tədbirləri, kütləvi qırğınları əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə işinə başlayıb.
Bildirilib ki, 1980–1990-cı illərdə Pəncabda siqh icmasının minlərlə üzvü öldürülmüş, oğurlanmış və ya qaçırılmış, eyni zamanda məhkəmə prosesi keçirilmədən qondarma ittihamlarla qətlə yetirilmişdir. Hazırda hüquqlarını tələb edən siqh fəallar"separatizm" və ya "casusluq" ittihamı ilə həbs edilir, Pəncabda polis reydləri artmaqda davam edir. Xaricdə yaşayan siqh fəallara qarşı terror aktları təşkil edilib ki, Kanada və ABŞ rəsmi qurumları bu terror aktlarının törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.
Konfransda müzakirə olunan əsas məsələlər Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulmasıdır.
Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, siqhizm XV əsrdə yaranıb və öz doktrinasında kasta mənsubiyyətindən, cinsiyyətdən, və dilindən asılı olmayaraq, bütün insanlar arasında tam bərabərliyi təbliğ edir, bu səbəbdən də ənənəvi hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda siqh icmasının ümumi sayı təxminən 25 milyondan artıqdır. Siqhlər əsasən, Hindistanın əsas kənd təsərrüfatı bölgəsi hesab edilən Pəncab ştatında məskunlaşıblar.
Siqh icması Hindistan hökumətindən 1984-cü il antiqish qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımın təşkilatçılarının məhkəmə qarşısına çıxarılmasını və 1980-1990-cı illərdə Pəncabda minlərlə məcburi yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılması və günahkarların cəzalandırılmasını, qanunsuz həbs edilmiş siqh fəalların azadlığa buraxılması və onlara siyasi məhbus statusunun verilməsini tələb edir.
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

