Baş katib Jandos Asanov: TürkPA ötən illərdə böyük inkişaf mərhələsi keçib
23.11.2013 [12:34]
2008-ci il noyabrın 21-də İstanbulda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qanunverici orqanları arasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) yaradılmasına dair saziş imzalanıb. Ötən illərdə TürkPA böyük inkişaf mərhələsi keçib.
TürkPA-nın baş katibi Jandos Asanov qurumun tarixi, fəaliyyəti, qazandığı nailiyyətlər barədə AzərTAc-a müsahibə verib.
Jandos Asanov deyib ki, tarixən türkdilli xalqlar və icmalar hər zaman bir-biri ilə bağlı olublar. Keçən əsrin 90-cı illərində baş verən geosiyasi dəyişikliklər dünyanın siyasi xəritəsində yeni türkdilli dövlətlərin yaranmasına gətirib çıxarıb və onlar arasında əlaqələr inkişaf edərək genişlənməyə və dərinləşməyə başlayıb. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Məsələn, 1993-cü il iyulun 12-də Almatıda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılmasına dair Sazişin imzalanması türk xalqları və icmalarının mədəni irsinin dirçəlişi və təbliğatına yol açıb.
1990-cı illərdən başlayaraq təhsil sahəsində əməkdaşlıq kifayət qədər inkişaf edib. Bu illər ərzində digər türkdilli dövlətlərdə Türkiyənin bir sıra təhsil müəssisələri açılıb. Hazırda tələbələrimiz türkdilli ölkələrdə yerli universitetlərdə təhsil almaq kimi geniş imkanlara malikdir. Eyni zamanda, media nümayəndələri də ölkələr arasında mütəmadi olaraq informasiya axınını təmin edirlər.
Baş katib bildirib ki, türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələr də diqqətəlayiqdir. Qazaxıstanın Türkiyə ilə ikitərəfli ticarət dövriyyəsi dörd milyard dollar təşkil edir. Qırğızıstan ilə bu rəqəm bir milyard dolları ötüb, Azərbaycan ilə yarım milyard dollara çatıb. Qazaxıstanın Azərbaycan ilə ikitərəfli iqtisadi əməkdaşlığı daim inkişaf edir.
Türkdilli dövlətlər arasında əlaqələr yüksək səviyyəyə çatdıqdan sonra türk dünyasında dövlətlərarası münasibətlərin inkişafına yardım edən və hərtərəfli əməkdaşlığı əlaqələndirən qurumlara tələbat artıb. Bunun nəticəsi olaraq, 2008-ci ildə TürkPA, 2009-cu ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaranıb. TürkPA-nın əsas məqsədi quruma üzv ölkələr arasında daimi inkişaf üçün qanunvericilik bazasının yaradılmasıdır. Bir sözlə, TürkPA türk dünyasının parlament ölçüsüdür.
Cari il oktyabrın 1-dən etibarən TürkPA-nın əsas orqanı - Katibliyi fəaliyyətə başladı və daimi əsasda Bakıda yerləşdi. Bu il isə TürkPA-nın baş katibi vəzifəsi rotasiya qaydasında Azərbaycandan Qazaxıstana keçdi. TürkPA çərçivəsində mədəniyyət, təhsil, iqtisadi əməkdaşlıq, qanunvericilik və beynəlxalq əlaqələr sahələri ilə məşğul olan dörd komissiya fəaliyyət göstərir. Beləliklə, TürkPA-nın institutlaşması davam edir. Eyni zamanda, TürkPA ATƏT Parlament Assambleyası, Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri yaradıb.
Türkdilli ölkələr arasında əməkdaşlıq imkanlarından bəhs edən J.Asanov təşkilatın üzvü olan dövlətlərin daxili zənginliyə və sürətli iqtisadi tərəqqiyə malik olduğunu vurğulayıb.
O deyib: “Türkdilli ölkələr arasında birgə əməkdaşlıq üçün bir çox sahələr mövcuddur. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısındakı çıxışında qardaş xalqlar və qonşu ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə ehtiyac duyulduğunu və türk dövlətlərinin birgə ümumi daxili məhsulunun 1 trilyon 150 milyard dollar təşkil etməsinə baxmayaraq, onlar arasında ticarət dövriyyəsinin həcminin mövcud potensialdan aşağı olduğunu vurğulamışdır. Həqiqətən də ölkələrimizin ümumi iqtisadi gücü ildən-ilə artır. Qazaxıstan, Azərbaycan və Türkiyə, həmçinin kosmik proqramlara malikdirlər. Bununla yanaşı, TürkPA-nın üzv dövlətləri iqtisadiyyatlarına yeni texnologiya və ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirirlər. Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və ya təmir edilir. Yaxın iki il ərzində beynəlxalq Qərbi Çin-Qərbi Avropa avtomobil xəttinin inşası başa çatacaqdır. Qazaxıstan Türkmənistan ilə həmsərhəd Qorqas-Jetiqen və Janqa-Ozen dəmir yolu xəttini artıq istismara vermişdir və Mərkəzi və Qərbi Qazaxıstanı birləşdirəcək nəhəng dəmir yolu xətti çəkilməkdədir. Gələn il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası başa çatacaqdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları isə inkişaf etməkdədir. Bütün bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilir”.
Baş katib deyib ki, ölkələrimiz müxtəlif beynəlxalq və regional təşkilatların üzvüdür. Buna görə də türkdilli qurumlar Şərq, Qərb, Şimal və Cənub hökumətlərarası təşkilatlar arasında bir körpü kimi fəaliyyət göstərə bilər və bunun üçün kifayət qədər potensial var. Yuxarıda qeyd olunan bir sıra məsələlər TürkPA-nın gündəliyinə daxil edilməlidir və həll olunmalıdır. Bu gün türk ölkələri müasir dünya ilə ayaqlaşmaq üçün qarşılıqlı informasiya mübadiləsini genişləndirməlidir. Bizim xəbər agentlikləri və jurnalistlər üçün kifayət qədər görüləcək işlərimiz var. Eyni zamanda, bu gün biz digər türk dillərini bilən ekspert, mütəxəssis və alimlərə ehtiyac duyuruq. Bu, bizə mədəniyyət, elm, təhsil və başqa sahələrdə nailiyyətlər qazanmağa və təcrübə mübadiləsinə imkan yaradır.
J.Asanov bildirib ki, TürkPA BMT-nin Nizamnaməsinə tam sadiqdir. Bundan əlavə, ölkələrimizin hamısı ATƏT-in üzvləridir və bu qurumun hədəf və məqsədlərini qəbul edir. Bu məsələlər TürkPA tərəfindən qəbul edilən Bişkek və Ankara bəyannamələrində öz əksini tapmışdır və həmin sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinin vacibliyi vurğulanır.
Azərbaycan haqqında zəngin təəssüratlarından danışan J.Asanov xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndirib, Bakının qədim və müasir memarlıq nümunələrinin şəhərə xüsusi gözəllik verdiyini söyləyib.
Baş katib TürkPA Katibliyinin fəaliyyətinə dəstəyinə görə Milli Məclisə təşəkkürünü bildirib. O, artıq Azərbaycan dilini öyrənməyə başladığını, yaxın vaxtlarda bu dildə sərbəst danışmaq arzusunda olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

