Parisdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilmişdir
12.12.2013 [16:36]
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilmişdir.
Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, Parisdə yaşayan soydaşlarımız, bu ölkədə təhsil alan və çalışan həmvətənlərimiz iştirak etmişlər.
Mərasimi giriş özü ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov açmışdır. Səfir, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi zəngin həyat yolu və şərəfli dövlətçilik fəaliyyətinin həlledici məqamları haqqında geniş məlumat verərək demişdir: “XX əsrin ortalarından etibarən mühüm dövlət vəzifələri tutan Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində xalqının və ölkəsinin yüksəlişi yolunda yorulmadan çalışmağı başlıca həyat amalına çevirmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan sözün əsl mənasında dirçəliş və çiçəklənmə dövrünü yaşamış, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda çox böyük uğurlara nail olmuşdur. O, azərbaycançılıq ideologiyasının təməlini qoymuş və bu da öz növbəsində milli dövlətçiliyimizin inkişafına əvəzsiz töhfələr vermişdir. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət və dərin düşünülmüş iqtisadi tərəqqi xətti nəticəsində Azərbaycan sürətlə inkişaf edərək Cənubi Qafqazda lider ölkəyə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuza sahib olmuşdur. Ulu öndər Heydər Əliyev bütün ömrü boyu Azərbaycana sədaqətlə xidmət etmiş, öz fəaliyyətində həmişə xalqına arxalanmışdır. Buna görə də xalqımız Ümummilli Lider və dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim əziz tutur”.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov böyük azərbaycanlı Heydər Əliyevin millət və dövlət qarşısındakı misilsiz xidmətlərinin fəlsəfəsini müəyyənləşdirən başlıca məqamlara diqqət yönəldərək demişdir: “Bu gün bizi bu mərasimə toplayan böyük şəxsiyyətin işığıdır. Böyük əməlləri, adı, imzası tarixdə qalan qüdrətli şəxsiyyətin işığı. Belə işığa tək-tək insanların da, bütöv millətlərin də daim ehtiyacı vardır. Xatirəsini andığımız görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının ən qüdrətli şəxsiyyətlərindən biridir. O, varlığı millətinin varlığına qovuşmuş nadir liderlərdəndir. Hər bir millət, hər bir dövlət üçün onun müstəqilliyi ən böyük sərvətdir. Bu, amerikalı üçün də belədir, ingilis üçün də, fransız üçün də, alman üçün də və əlbəttə, azərbaycanlı üçün də. Lakin biz - azərbaycanlılar dövlət müstəqilliyinin qiymətini də, qədrini də bəlkə də amerikalıdan da, fransızdan da, ingilisdən də, almandan da artıq hiss edirik. Bu təsadüfi deyildir. 1918-ci ildə Azərbaycan Şərqdə ilk demokratik respublikanı qurdu. Lakin təəssüflər olsun ki, düz iki il sonra kommunistlər bu müstəqilliyi devirdilər. Müstəqilliyini itirən Azərbaycan sonra 70 il sovet imperiyasının tərkibində yaşamağa məcbur oldu. Məhz bu səbəbə görə biz indi dövlət müstəqilliyimizi başqalarından qat-qat artıq dəyərləndiririk.
Ulu öndər Heydər Əliyevə Azərbaycan xalqı ən əvvəl ona görə borcludur ki, o, müasir Azərbaycan dövlətinin qurucusudur. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqilliyini bərpa etmişdir. Lakin tarixin dəhşətli hökmü ilə biz yenə iki il sonra həmin müstəqilliyi itirə bilərdik. Çünki bir sıra xarici qüvvələr Azərbaycana qarşı çox təhlükəli planlar qurmuşdular. O zaman Heydər Əliyevin 70 yaşı vardı və o artıq siyasətdən, dövlət işindən getmişdi. Lakin xalqının çətin günündə bu böyük vətənpərvər biganə qala bilmədi. Xalq onu bir xilaskar kimi dəvət etdi və Heydər Əliyev millətinin istəyi ilə yenidən siyasət meydanında göründü. Zəngin təcrübəsi, qətiyyəti, güclü iradəsi, dərin və coxcəhətli bilikləri ilə o, xalqını, gənc Azərbaycan dövlətinin müstəqilliyini qoruya bildi. Bu müstəqilliyi möhkəmləndirərək, qüvvətləndirərək XX əsrdən XXI əsrə, ikinci minillikdən üçüncü minilliyə çatdırdı. İndi Azərbaycanın müstəqilliyinin 23 yaşı vardır. Buna görə Azərbaycan xalqının minnətdar, borclu olduğu insanlar sırasında Heydər Əliyevin adı birincidir. Nə qədər ki, Azərbaycan xalqının müstəqil dövləti olacaq, Heydər Əliyevin adı məhəbbətlə anılacaqdır. Çünki Heydər Əliyev bu müstəqilliyin memarıdır. Heydər Əliyevin adı və şəxsiyyəti Azərbaycan müstəqilliyinin və Azərbaycan dövlətçiliyinin ən parlaq rəmzlərindəndir. Bugünkü mərasimdə böyük azərbaycanlı Heydər Əliyevin xatirəsini anırıq. Amma bu həm də xalqımız, dövlətimiz, müstəqilliyimiz, bayrağımız, indimiz və gələcəyimiz haqqında düşünmək üçün daha bir imkandır. Heydər Əliyev ömrünün sonlarında son dərəcə uzaqgörənliklə müdrik bir fikir söyləmişdi. Demişdi ki, mən həmişə Azərbaycanda olacağam. Tarix həmin sözlərin doğruluğunu sübut etmişdir. Heydər Əliyev 10 ildir ki, həyatda yoxdur. Lakin bu illərin hamısında o, hər an Azərbaycanla, azərbaycanlılarla birgə olub. İndi, bu dəqiqələrdə də buradadır, bizimlədir. Bir insan hər an məhəbbətlə, sayğı ilə anılırsa, əlbəttə ki, o canlıdır”.
Daha sonra mərasim iştirakçıları Ümummilli Lider haqqında müxtəlif xatirələrini və düşüncələrini bölüşmüşlər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

