TÜRKPA “Ağıllı şəhər və kənd haqqında” model qanun hazırlayır
09.04.2026 [11:18]
Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.
TÜRKPA-da qanunvericilik təcrübəsi aparılır
Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirib. Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biri Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). Xatırladaq ki, Türk Dövlətləri Parlament Assambleyası 21 noyabr 2008-ci ildə İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində TÜRKPA-nın I plenar sessiyası keçirilib. Plenar sessiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur.
Təşkilatın məqsədləri sırasına parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, eləcə də tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması daxildir. Təşkilat həm də, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir.
Eyni zamanda, təşkilata üzv ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin inteqrasiyası üzrə tövsiyələr vermək də TÜRKPA-nın fəaliyyətində vacib yer tutur. Bundan başqa, türk dövlətləri və digər region ölkələri arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Təşkilatın İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclasında...
Yeri gəlmişkən, aprelin 7-də Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının İqtisadi əməkdaşlıq komissiyasının “TÜRKPA üzvü olan dövlətlərin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıq və perspektivləri” mövzusunda 13-cü iclası keçirilib. Qazaxıstan Parlamenti Məclisinin üzvü, TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri Anas Bakkojayev türk dövlətlərinin dünya iqtisadiyyatındakı payı, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin həcmi barədə danışıb. O vurğulayıb ki, türk dövlətləri arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsi, daxili ticarətin artırılması iqtisadi diversifikasiyanın təmin olunmasına, ümumi iqtisadi potensialın daha səmərəli reallaşdırılmasına xidmət edir.
Sonra Milli Məclisin komitə sədri Fazil Mustafa çıxış edib. O, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikrinə istinad edərək bildirib ki, TÜRKPA çərçivəsində birliyin davamlılığının mühüm şərtlərindən biri də güclü iqtisadi əsasların formalaşdırılmasıdır. Komitə sədri vurğulayıb ki, türk dövlətləri arasında iqtisadi inteqrasiya prosesi müasir dövrün çağırışıdır. Bu baxımdan, TÜRKPA çərçivəsində parlamentlərarası əməkdaşlıq iqtisadi inteqrasiyanın normativ-hüquqi və institusional bazasını gücləndirmək üçün mühüm rol oynayır.
F.Mustafa Azərbaycanın türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsini prioritetdə saxladığını deyib və bugünkü iclasın uzunmüddətli əməkdaşlığın praktik mexanizmlərinin müzakirəsi baxımından səmərəli olacağına inamını bildirib.
Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında TÜRKPA-ya üzv dövlətlər arasında mövcud iqtisadi layihələrin, o cümlədən birgə müəssisələr və investisiya təşəbbüslərinin, eləcə də azad iqtisadi zonaların imkanlarının daha geniş araşdırılmasının və bu əsasda perspektivli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət TÜRKPA çərçivəsində çoxşaxəli iqtisadi əlaqələrin genişlənməsinə, ticarət münasibətlərinin stimullaşdırılmasına və qarşılıqlı investisiyaların təşviqinə əlverişli şərait yaradır. Bildirilib ki, Milli Məclis tərəfindən bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə ardıcıl iş aparılır.
Sonra TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Bekmurza Ergeşov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Mahmut Rıdvan Nazırlı, Cemal Enginyurt, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Şimali Kiprin Bakıdakı nümayəndəsi Ufuk Turganer, TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı Katibliyinin departament direktoru İsrail Tilegen çıxış ediblər. Onlar TÜRKPA çərçivəsində ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığın konseptual əsaslarının müəyyənləşdirilməsi, eləcə də səmərəli əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra Anas Bakkojayev iclasın əsas mövzu üzrə hazırlanmış tövsiyə qərarının layihəsini, komissiya sədrinin müavini Bekmurza Ergeşov hesabat məruzəsinin layihəsini, komissiyanın katibi Baurjan Datkayev “Birgə müəssisələr haqqında” model qanun layihəsini müzakirəyə təqdim ediblər. Komissiya üzvləri hesabat məruzəsini, tövsiyə qərarını və model qanun layihəsini təsdiqləyiblər.
İclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri Azər Səmədov Azərbaycan tərəfinin təşəbbüsü ilə hazırlanan və komissiyanın gələn iclasında baxılması nəzərdə tutulan “Ağıllı şəhər və kənd haqqında” model qanunun layihəsi barədə məlumat verib.
Sonda komissiyanın növbəti iclasının gündəliyi, mövzusu və tarixi müəyyənləşdirilib.
Seminarda nələr müzakirə olunub?
Qeyd edək ki, TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclası çərçivəsində “Birgə iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün perspektivli sənayelər: aktorlar və amillərin birləşdirilməsi yolları” mövzusunda seminar keçirilib. Seminarda TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qazaxıstan Parlamenti Məclisinin üzvü Anas Bakkojayev, İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Bekmurza Ergeşov, Milli Məclisin komitə sədri Fazil Mustafa, İqtisadi əməkdaşlıq komissiyasının üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Mahmut Rıdvan Nazırlı, TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Gülixar Yavaş və digərləri çıxış ediblər.
Çıxışlarda TÜRKPA-ya üzv ölkələr arasında birgə iqtisadi fəaliyyətin reallıqları və perspektivləri, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikirlər səsləndirilib. Türk dövlətlərinin iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, birgə səmərəli əməkdaşlıq və inteqrasiya, iqtisadi, ticarət, təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əlaqələr iqtisadi artımın sürətləndirilməsinə geniş imkanlar yaradır, ölkələrin hərtərəfli tərəqqisinə xidmət edir. Fikir mübadiləsi zamanı Türk dünyasında iqtisadiyyatın müxtəlif sektorlarında birgə layihələrin icrası imkanları, aktorların və amillərinin effektiv əlaqələndirilməsi yollarının müəyyənləşdirilməsi, dayanıqlı inkişafın təşviqi, ticarət və investisiya əlaqələrinin intensivləşdirilməsindən söhbət açılıb. Tarixi, mədəni və coğrafi baxımdan bir-birinə yaxın olan üzv ölkələr arasında sıx əməkdaşlığın davamlı inkişafı təmin edəcək birgə təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyi bildirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20

