Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yunanıstan Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır

Yunanıstan Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır

14.12.2013 [10:24]

Dekabrın 13-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas ilə görüşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir yeni təyinatı münasibətilə səfiri təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf dövrünü yaşadığını xatırladan daxili işlər naziri ölkələrimizin və xalqlarımızın milli maraqlarına və mənafelərinə uyğun olaraq, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində birgə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
Nazir DİN-in fəaliyyət istiqamətləri və funksional vəzifələri, ölkəmizdəki kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən yeniləşmə və islahatlar prosesindən danışıb.
Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən birinin insan və vətəndaş hüquq və azadlıqlarının qorunması olduğunu deyən Ramil Usubov həmin məsul vəzifələrin yerinə yetirilməsi üçün kadrların düzgün seçilərək yerləşdirilməsinə, əməkdaşların  peşəkarlığının artırılmasına, qabaqcıl təcrübənin xidməti fəaliyyətdə tətbiqinə xüsusi diqqət yetirildiyini qeyd edib.
Ölkələrimizin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir hələ 2008-ci ildə “Azərbaycan Respublikasının Hökuməti və Yunanıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu xatırladıb, həmin sənədin imzalanmasının əlaqələrin daha da genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacağını, rəhbərlik etdiyi qurumun bu işdə maraqlı olduğunu bildirib.
Problemlərə toxunularkən bütün dünya dövlətləri üçün təhlükəli olan transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanıb.
Ətraflı məlumata görə təşəkkür edən səfir Dimitrios Tsounqas ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib, ikitərəfli əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Paylaş:
Baxılıb: 926 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31