Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Banqladeş Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb

Banqladeş Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb

02.06.2026 [18:25]

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Banqladeş xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar gün Azərbaycan xalqının qətiyyətinin, mətanətinin və milli ruhunun qürurverici sübutudur. İllər ərzində Azərbaycan Sizin bacarıqlı rəhbərliyinizlə sosial-iqtisadi tərəqqiyə nail olmaq və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirmək istiqamətində mühüm nailiyyətlər qazanıb.

Banqladeş Azərbaycanla qarşılıqlı hörmətə və sülh, sabitlik, rifahla bağlı ortaq istəklərə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək və genişlənəcək.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və davamlı uğurlar, dost Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30