“Human Rights Watch” təşkilatının hesabatı reallığı əks etdirmir
28.01.2014 [09:10]
Azərbaycan ictimaiyyətinin nümayəndələri bu təşkilatın sonuncu hesabatını kəskin tənqid edərək, onun sifariş əsasında hazırlandığını bildirirlər
Bir neçə gün öncə “Human Rights Watch” qeyri-hökumət təşkilatı 2013-cü ilin yekunları ilə bağlı dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair növbəti illik hesabatını yayıb. Hesabatda ənənəvi olaraq Azərbaycana qarşı qeyri-obyektiv münasibət ifadə olunub.
Hesabata münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Yevda Abramov deyib ki, “Human Rights Watch” təşkilatının son hesabatı reallığı əks etdirmir. Ümumiyyətlə bu təşkilat Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilir. Y.Abramov bildirib ki, “Human Rights Watch” ölkəmiz haqda məlumatları bir mənbədən alır və burada balans gözlənilmir. Yəni bu qurum hökumətin, parlamentin məlumatlarını və mövqeyini nəzərə almır. Onun sözlərinə görə, “Human Rights Watch” ölkəmizdə ayrı-ayrı “hüquq müdafiəçiləri” və müxalifət partiyaları ilə əlaqə saxlayır, onların verdiyi məlumat əsasında da belə mənfi hesabat ortaya çıxarır. Komitə sədrinin müavini hesab edir ki, təşkilat hər il Azərbaycanla bağlı eyni fikirləri bildirir. “Onların mövqeyi Azərbaycanda gedən proseslərə adekvat deyil. Belə qurumlar öz maraqlarını güdür və havadarlarının verdiyi təlimatlara əsasən nəticələr çıxarırlar. Bu təşkilatın nümayəndələri bir dəfə də olsun parlamentin İnsan hüquqları komitəsinə gəlib, onları maraqlandıran məsələlərlə bağlı suallar verməyiblər” - deyə Y.Abramov qeyd edib.
Millət vəkili Ermənistanla müqayisədə Azərbaycana münasibətin bu səviyyədə göstərildiyinin təəccüblü olduğunu deyib. Halbuki, Azərbaycan son illərdə bütün sahələr üzrə dəfələrlə inkişaf edib. “Amma Ermənistanda insanlar öldürülür, parlamentdə məmurlar, deputatlar qətlə yetirilir, bütün bunların fonunda təşkilat Ermənistana çox yumşaq münasibət sərgiləyir. Azərbaycan isə insan hüquqları, demokratiya və mətbuat azadlığı sahəsində ildən-ilə inkişaf gedir, bu sahədə qanunlar ardıcıl olaraq təkmilləşdirilir. “Human Rights Watch” bunları görməyərək hər il Azərbaycandakı vəziyyəti mənfi göstərməyə çalışır. Əslində, bunun səbəbləri hamıya məlumdur. Çünki bu təşkilatların özləri də müstəqil deyillər. Onların arxasında duran xarici qüvvələr bu təşkilatlara istədiklərini diktə edirlər. Belə təşkilatlar həmin qüvvələrə bazarlıq üçün lazım olan bir vasitədir” - deyə, komitə sədrinin müavini vurğulayıb. Y.Abramovun sözlərinə görə, Azərbaycanın inkişafını nüfuzlu dövlətlər, beynəlxalq reytinq təşkilatları, maliyyə-iqtisadiyyat institutları qeyd edirlər. “Human Rights Watch” isə hər il eyni fikirləri təkrarlayır və bu dəfə hesabata bir az da “bəzək-düzək” verib. Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi var, bir milyon vətəndaşımızın hüquqları Ermənistan tərəfindən pozulub. Bəs niyə bu faktları hesabata daxil etmirlər? Yəqin ki, biz növbəti ildə də “Human Rights Watch”un hesabatını eyni tonda görəcəyik və orada yenə də Azərbaycanın xeyrinə bir cümlə də olmayacaq. Çünki Azərbaycan müstəqil siyasət yeridən, ərazisisinin kiçik olmasına baxmayaraq, böyük ölkələrə öz sözünü deyən dövlətdir. Ona görə də, bu, bəzi qüvvələrin xoşuna gəlmir, Azərbaycana qarşı qısqanclıq hissi ilə yanaşırlar” - deyə, Y.Abramov vurğulayıb.
“Vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlərin qorunması vəziyyətini araşdırmaq olan “Human Rights Watch” təşkilatı çox təəssüf ki, hazırda bu missiyasından tamamilə uzaqlaşıb. Təşkilat bir sıra güc mərkəzlərinin, islamafob dairələrin əlində vasitə, alət rolunu oynayır və onların maraqlarının ifadəçisi qismində çıxış edir”. Bu fikirləri isə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova deyib. S.Qafarova bildirib ki, “Human Rights Watch”un sonuncu hesabatı da bu təşkilatın nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoydu. Onun sözlərinə görə, “Human Rights Watch”un reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir.
“Ümumiyyətlə, təşkilatın ayrı-ayrı dövlətlərdə baş verənlərə verdiyi “qiymət” onun ikili standartdan çıxış etdiyini göstərir. Təkcə Ermənistanla Azərbaycana münasibətdə sərgilənən mövqe “Human Rights Watch”un öz fəaliyyətində demokratik prinsipləri və meyarları deyil, konkret sifariş və maraqları əsas tutduğunu ortaya qoyur. Bu təşkilat, konkret qüvvələrin tapşırıqlarını icra edir” - deyə, deputat qeyd edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, “Human Rights Watch” Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır. S.Fətəliyeva qeyd edib ki, bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir. Onun sözlərinə görə, “Human Rights Watch” ölkəmiz haqqında məlumatları ayrı-ayrı “hüquq müdafiəçilərindən” və müxalifət partiyalarından alır.
“Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevrilib. Bu mənada “Human Rights Watch” təşkilatının son hesabatı da məhz bu amillərlə bağlıdır” - deyə, komitənin sədr müavini vurğulayıb.
Belə hesabatların təəssüf doğurduğunu deyən millət vəkilinin fikrincə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, ölkəmizdə demokratiya sahəsində də ciddi irəliləyişlər əldə edilib.
“Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, mövqeyi xeyli güclənib. Ölkəmiz Cənubi Qafqaz regionunda liderdir. Təbii ki, bu nəticələr uğurlu, düzgün siyasətin, iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi sayəsində əldə olunub. Azərbaycanın demokratik inkişaf və insan hüquqlarının qorunması sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Belə olan halda, “Human Rights Watch” təşkilatının ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur” - deyə, komitə sədrinin müavini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

