ABŞ Dövlət Departamentinin subyektiv və qərəzli hesabatı nəyə xidmət edir?
06.03.2014 [09:34]
Bu qurum öz missiya və funksiyasından kənara çıxaraq müstəqil milli dövlətlərin daxili işlərinə qarışır və təzyiq aləti kimi çıxış edir
İctimai-siyasi sabitliyə və dinamik iqtisadi inkişafa malik olan Azərbaycan həm də insan hüquq və azadlıqlarının təmin və müdafiə olunduğu ölkələr sırasında yer alır. Ulu öndər Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində həyata keçirilən çoxşaxəli humanizm siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə uğurla davam etdirilir.
Azərbaycan pozitiv beynəlxalq imicə malikdir
Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq miqyasda həm etibarlı tərəfdaş, həm də demokratik inkişaf tempinə malik olan ölkə kimi tanınır. Ölkəmizdə keçirilən bütün seçkilərdən sonra Qərbin aparıcı təsisatları Azərbaycanın demokratik inkişaf kursuna sadiq qaldığını əminliklə ifadə edirlər. Onu da vurğulamaq lazımdır ki, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin effektivliyini təmin edir. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
ABŞ Dövlət Departamenti sadəcə təzyiq alətidir
Əfsuslar olsun ki, bəzi anti-Azərbaycan dairələri və qurumlar ölkəmizin demokratik imicinə kölgə salmaq, bəzi hallarda isə Azərbaycana təzyiq etmək üçün “qara piar” xarakterli məlumatlar yayırlar. Məlum olduğu kimi, bu yaxınlarda ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında ölkəmizlə bağlı subyektiv və qərəzli məlumatlar yer alıb. İlk növbədə qeyd etmək lazımdır ki, hesabatın hazırlanmasında dəqiq informasiya mənbəyindən istifadə olunmayıb. Azərbaycana qarşı dərc edilmiş “qara piar” xarakterli, qərəzli məlumatların əsas informasiya mənbəyi kimi götürülməsi Dövlət Departamentinin hansı məqsədlərə xidmət etməsini göstərir. Bundan başqa, hesabatda ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının durumunun təhrif olunması, real faktlardan yan keçilməsi və ortaya subyektiv mövqe qoyulması təkcə bu məqama dəlalət edir ki, bu kimi hesabatların yayılmasında məqsəd Azərbaycana təzyiq etməkdir.
İnsan hüquqları ilə bağlı hesabatlar yaymaq Dövlət Departamentinin funksiyası deyil
Digər bir maraqlı məqam budur ki, insan hüquqlarının qorunması üzrə beynəlxalq təsisatlar, xüsusilə BMT-nin İnsan Hüquqları Şurası mövcud olduğu halda, ABŞ Dövlət Departamentinin bu işlərlə məşğul olması müəyyən mərkəzlərin təzyiq siyasətinə dəlalət edir. Yəni, bu qurum öz missiya və funksiyasından kənara çıxaraq müstəqil milli dövlətlərin daxili işlərinə qarışır. İkincisi, əgər Dövlət Departamenti insan hüquqlarından bəhs edirsə, Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin məruz qaldıqları hüquq pozuntularına da münasibət bildirsin...
Dövlət Departamenti kimi təzyiq vasitələrinin cəhdləri heç bir nəticə verməyəcək
Bütün hallarda, Azərbaycan öz inkişaf yolunda irəliləyir və Dövlət Departamenti kimi təzyiq vasitələrinin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin, bu cür manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil. Bu cür cəhdlər nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki, ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20

