“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on beşinci cildi çapdan çıxıb
18.03.2014 [09:27]
“Bildiyiniz kimi, danışıqlar davam edir və Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və olmayacaqdır. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələ yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır və Azərbaycan bu mövqedən bir addım da geri çəkilməyəcəkdir. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaqdır. Heç bir qərar qəbul edilməyəcək ki, nə bu gün, nə sabah, nə də yüz ildən sonra imkan yaransın ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın. Bir daha deyirəm, bu məsələ danışıqlar mövzusu deyildir”.
AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on beşinci cildində dövlətimizin başçısının Sədrliyi ilə Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqindən götürülüb.
Nəşrin buraxılışına məsul Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Prezident İlham Əliyevin oxuculara təqdim olunan çoxcildliyinin bu cildində Azərbaycanın uğurla aparılan xarici siyasətinə, ölkənin iqtisadi potensialının möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsinə, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə, eyni zamanda, ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.
Cilddə Prezident İlham Əliyevin Fransaya işgüzar səfəri zamanı Prezident Jak Şirak, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan prezidenti R.Köçəryanla görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələrin materialları, Bakıya gəlmiş bir sıra xarici dövlət və hökumət, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri, KİV-lərə verdiyi bəyanat və müsahibələri toplanıb.
Kitabda, həmçinin Azərbaycanda “Rusiya ili”nin təntənəli açılış mərasimində iştirak etmək üçün Prezident Vladimir Putinin Bakıya səfəri, eyni zamanda, Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfəri zamanı bu ölkənin dövlət xadimləri, şirkət rəhbərləri, nüfuzlu dairələrin nümayəndələri ilə keçirdiyi görüşlərə, danışıqlara dair materiallar, Yaponiya televiziyasına verdiyi geniş müsahibə öz əksini tapıb.
Bu cilddə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın Ağdam, Tərtər və Bərdə rayonlarına səfərləri, bu səfərlər çərçivəsində bir sıra sosial, mədəniyyət və digər obyektlərin açılışında iştirakı, həmin rayonların ictimaiyyəti ilə görüşlərindən bəhs edən materiallar yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar” “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
On beşinci cildə daxil olan materiallar 2005-ci ilin dekabrından 2006-cı ilin martınadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

