/ / Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirəsi işə başlayıb
Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirəsi işə başlayıb
09.04.2014 [09:27]
Aprelin 7-də Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirəsi işə başlayıb.
AzərTAc xəbər verir ki, aprelin 9-dək davam edəcək regional müşavirəyə Azərbaycan, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Litva, Estoniya, Belarus, Moldova, Qazaxıstan, Gürcüstan, Qırğızıstan və digər ölkələrdən, eləcə də uçuşların təhlükəsizliyinə cavabdeh təşkilatlardan nümayəndə heyətləri qatılıblar.
Regional müşavirədə çıxış edən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) vitse-prezidenti Arif Məmmədov beynəlxalq marşrutlar şəbəkəsinin Azərbaycanın və ümumilikdə regionun iqtisadi potensialını və turizm nöqteyi-nəzərindən cəlbediciliyini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan yaratdığını bildirib. Qeyd edilib ki, qədim dövrlərdən Azərbaycan Şərq ilə Qərbi birləşdirən Böyük İpək Yolunun əsas hissəsi olub. Bu gün beynəlxalq uçuşların inkişaf meylləri tarixi təkrarlayır və bu amil Azərbaycanın regiondakı nəqliyyat infrastrukturunun inkişafında önəmli rol oynayır. Bu baxımdan beynəlxalq uçuşların təhlükəsizliyi də xüsusi aktuallıq kəsb edir.
* * *
Aprelin 8-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov İCAO-nun uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirəsinin iştirakçıları ilə görüşüb.
“Azərbaycan Hava Yolları”nın prezidenti C.Əsgərov regional müşavirə iştirakçılarını yenidən Bakıda görməkdən şad olduğunu bildirərək, beynəlxalq tədbirdə müzakirə edilən uçuşların təhlükəsizliyi, marşrutların optimallaşdırılması məsələlərinin önəmini vurğulayıb. Ölkəmizdə mülki aviasiyanın inkişafından, o cümlədən uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən də danışan C.Əsgərov, belə bir mötəbər tədbirin Bakıda təşkil olunmasını ölkəmizə göstərilən etimadın əyani təzahürü kimi qiymətləndirib.
“Azərbaycan Hava Yolları”nın 2008-ci ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) aviasiyanın təhlükəsizlik auditini (İOSA) uğurla keçdiyini xatırladan C.Əsgərov bildirib ki, bununla da aviaşirkətimiz İOSA Operatorları reyestrinə daxil edilib və dünyanın ən təhlükəsiz aviaşirkətlər cəmiyyətinin tamhüquqlu üzvü olub. Ulu öndər Heydər Əliyevin “Aviasiyanın ən vacib məsələsi uçuşların təhlükəsizliyini təmin etməkdir” kəlamını özünün başlıca prinsiplərindən biri kimi qəbul edən “Azərbaycan Hava Yolları”nın rəhbərliyi və heyəti tərəfindən təhlükəsizlik, uçuşların müntəzəmliyi, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması və təkmilləşdirilməsi istiqamətində dəqiq və davamlı iş aparılır.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın aviasiya sahəsində əldə etdiyi nailiyyətləri sadalayan C.Əsgərov son illərdə milli aviaşirkətlərimizin təyyarə parklarını zənginləşdirməsindən və texniki təchizatın möhkəmləndirilməsindən də bəhs edib. QSC-nin prezidenti ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ölkəmizdə uçuşların təhlükəsizliyi sahəsində aparılan auditin nəticəsinə əsasən, Azərbaycana “1-ci dərəcə” statusunun verilməsini də ötən illər ərzində görülən işlərin nəticəsi kimi qiymətləndirib. Qeyd olunub ki, bu statusdan sonra milli aviaşirkətlərimiz yaxın gələcəkdə ABŞ-a birbaşa uçuşlar həyata keçirməyi nəzərdə tuturlar.
Uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirənin yüksək səviyyədə təşkil edildiyinə görə minnətdarlığını bildirən İCAO-nun Avropa və Şimali Atlantika üzrə Regional Bürosunun nümayəndəsi Sven Halle aviasiyada təhlükəsizliyin daim ön sırada olmasının vacibliyini qeyd edib, bu sahədə qarşılıqlı əməkdaşlığın önəmini vurğulayıb. İCAO-nun rəsmisi ölkəmizdə aviasiya sahəsində görülən işləri yüksək qiymətləndirərək, uçuşların təhlükəsizliyi ilə bağlı Azərbaycanın qazandığı uğurları təqdir edib.
Görüşdə uçuşların təhlükəsizliyi ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00

