/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Novosibirsk Vilayət Dövlət Elmi Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Novosibirsk Vilayət Dövlət Elmi Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib
15.04.2014 [09:28]
Xəbər verdiyimiz kimi, bu günlərdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov başda olmaqla ölkəmizin nümayəndə heyəti Novosibirsk vilayətində səfərdə olub.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Novosibirsk vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Vladimir Qorodetski ilə görüşüblər.
Qüdsi Osmanov qubernatora Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun salamlarını və xoş arzularını çatdırıb.
Görüş iştirakçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qüdsi Osmanov vurğulayıb ki, Novosibirsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq üçün çox böyük potensial var. Azərbaycanlı diplomat deyib: “Novosibirsk elm və sənaye mərkəzidir. Bu sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün şərait yaratmaq lazımdır. Bundan əlavə, humanitar sahədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi də zəruridir”.
Vladimir Qorodetski, öz növbəsində, Azərbaycana rəsmi səfər etməyə hazır olduğunu bildirib. Onun fikrincə, bu səfər ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə şərait yaradacaq.
Azərbaycan nümayəndə heyətinin üzvləri Novosibirsk Qanunverici Məclisinin sədri İvan Moroz və regional parlamentin deputatları ilə də görüşüblər. Regional parlamentin spikeri parlamentlərarası əlaqələrin inkişaf perspektivinə əmin olduğunu bildirib. İvan Moroz deyib: “Mühüm iqtisadi və sosial layihələr üçün qanunverici baza yaradılması sahəsində təcrübə mübadiləsi həm Azərbaycan, həm də Novosibirsk vilayəti üçün çox faydalı olacaqdır. Qanunvericilər sibirli və azərbaycanlı sahibkarların biznes fəaliyyəti üçün şəffaf hüquqi baza yaradılmasına ciddi kömək edə bilərlər”.
Spiker vurğulayıb ki, kənd təsərrüfatına dövlət dəstəyi, orta və kiçik biznesin müdafiəsi və bir sıra başqa sahələrdə qanunvericiliyin tətbiqi məsələləri üzrə azərbaycanlı həmkarların uğurlu təcrübəsi Novosibirsk parlamentariləri üçün maraqlı olardı.
Azərbaycanın rəsmi nümayəndə heyəti səfər çərçivəsində Novosibirskdəki Ekspo-Mərkəzdə keçirilən “Tursib-2014” Beynəlxalq sərgisinə tamaşa edib. Səfirin müavini Qüdsi Osmanov Azərbaycanın inkişaf etmiş turizm potensialı və turizm infrastrukturu barədə söhbət açaraq qeyd edib ki, gələn il ölkəmiz bu sərginin iştirakçılarından biri ola bilər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Novosibirsk Vilayət Dövlət Elmi Kitabxanasına hədiyyə edilmiş Azərbaycan haqqında kitablar böyük marağa səbəb olub. Kitabxananın direktoru Svetlana Tarasova hədiyyə edilmiş kitablara görə Leyla Əliyevaya dərin minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycanın mədəniyyəti, musiqisi və tarixi haqqında kitablar kitabxananın fondlarına qiymətli töhfədir.
Səfər çərçivəsində Rus-Azərbaycan Evində Novosibirsk vilayətindəki Azərbaycan diasporunun nümayəndələri ilə görüş olub. Rus-Azərbaycan Evinin rəhbəri Mais Məmmədov ümidvar olduğunu bildirib ki, bu səfər Novosibirsk vilayətindəki Azərbaycan diasporunun işini daha da möhkəmləndirəcək və genişləndirəcək.
Səfirin müavini Qüdsi Osmanov deyib ki, Novosibirsk vilayətində yaşayan azərbaycanlılar bizim milli mədəni dəyərlərimizi qoruyub saxlamaqla bərabər, Rusiya cəmiyyətinin bir hissəsi olmaqla, vilayətin ictimai həyatında fəal iştirak etməli və beləliklə, Rusiya cəmiyyətinə inteqrasiya olunmalıdırlar.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi adından Rus-Azərbaycan Evinə də Azərbaycan haqqında kitablar və disklər hədiyyə edilib.
Novosibirsk Dövlət Teatr İnstitutunun IV kurs tələbələrinin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası göstərilib.
Novosibirsk vilayəti mədəniyyət nazirinin müavini Viktor Bulankin öz çıxışında qeyd edib ki, Üzeyir Hacıbəyli fenomeni təkcə Azərbaycanın deyil, bütün Şərqin mədəni sərvətidir.
Qüdsi Osmanov görüş iştirakçılarına bildirib ki, 2013-cü ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin 100 illik yubileyi UNESCO çərçivəsində qeyd edilib. Səfirin müavini vurğulayıb ki, operettada təsvir edilən hadisələr Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərində baş verir. O deyib: “Ona görə də bu əsər hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur”.
Xəbər lenti
Hamısına baxDünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14

