/ / Siyavuş Novruzov: Parlamentdə fraksiya yaratmaq üçün tələb olunan say normasını dəyişməyə ehtiyac duyulmur
Siyavuş Novruzov: Parlamentdə fraksiya yaratmaq üçün tələb olunan say normasını dəyişməyə ehtiyac duyulmur
18.04.2014 [10:37]
Parlamentin rəhbər orqanlarında təmsilolunma ancaq seçki ilə bağlı olan məsələdir. “Xəbərservis” məlumat verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov müxalifətdən olan millət vəkillərinin parlamentin sədarətində, komitə sədrliyində təmsil olunması, həmçinin, ali qanunverici orqanda fraksiya yaratmaq üçün tələb olunan sayın aşağı endirilməsi yönündə səsləndirdikləri təkliflərə münasibət bildirərkən dilə gətirib.
“Məsələn, Milli Məclisin komitə sədrliyinə kim istəyir namizədliyini təklif edə, irəli sürə bilər. Lakin onun seçilib-seçilməməsi səsvermə yolu ilə müəyyənləşir. Səsvermə ilə bu keçmirsə, artıq bunu zorla, belə deyək də, təyinatla etmək olmaz, bu, mümkün deyil. Bunlar təyinatlı vəzifələr deyil, elə spiker müavinləridir, ondan sonra spikerin özüdür, komitə sədrləridir, bunlar hamısı səsvermə yolu ilə seçilir, təyinatla deyil”, - deyən S.Novruzovun sözlərinə görə, bu baxımdan, Milli Məclisdə bu tipli məsələlər ancaq səsvermə yolu ilə həllini tapır.
S.Novruzov deyib ki, kim çox səs qazanırsa, o da seçilir, vəzifəsinin icrasına başlayır.
“Həmçinin, dünya təcrübəsində belə hallar da var, yəni, o halda ki, o bölgülər gedir, deməli haradasa koalisiya yaranır və bu koalisiyanın nəticəsində də paylar, mandatlar, nazir portfelləri bölgüsü aparılır. Məsələn, Türkiyədə AK partiyadan öncəki dövrdə - 10-12 il bundan qabaq bir neçə partiya bir koalisiya yaratmışdı. Və yaxud da Almaniyada bir partiya əsas səsləri əldə edə bilmədiyinə görə, bir neçə partiya ilə koalisiya yaratmış və öz aralarında portfel bölgüsü aparmışdı.
Bizdə isə hazırda Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Yeni Azərbaycan Partiyasını çıxmaq şərti ilə də onların hərəsi bir və ya iki deputatla təmsil olunur. Ona görə də, bunlar yığışıb hamısı bir yerdə bir koalisiya, yəni, fraksiya yaratmalıdırlar. Yəni, bunun üçün mövcud normanı dəyişməyə ehtiyac yoxdur. Ancaq bunlar bunu da yaratmırlar, sadəcə, fərdi qaydada öz fəaliyyətlərini aparırlar.
Eyni zamanda bitərəflər var ki, Yeni Azərbaycan Partiyasından sonra parlamentdə çoxluğu təşkil edir, onların təmsilçiləri arasında həm parlament sədrinin müavini var, həm də komitə sədrləri var. Qalanlar da əgər bu normanı həyata keçirə bilsələr, təbii ki, onların da təmsilçiliyi mümkün ola bilər”, - deyə, Siyavuş Novruzov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

