/ / Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə dair görüş keçirilib
Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə dair görüş keçirilib
25.04.2014 [09:35]
Amerika Birləşmiş Ştatlarının Kolorado Sprinqz şəhərindəki ABŞ Hərbi Hava Qüvvələrinin Akademiyasının dəvəti ilə Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov Akademiyanın qonağı olub.
Səfər çərçivəsində səfir Akademiyanın rəhbərliyi ilə görüşüb, müdavimlər qarşısında çıxış edib. Akademiyanın rəisi general-leytenant Mişel Conson və digər ali rütbəli zabitlərlə görüşdə ABŞ-Azərbaycan hərbi əməkdaşlığından, ölkəmizin regional, transregional əhəmiyyətindən və ikitərəfli münasibətlərin maraq doğuran digər aspektlərindən danışılıb. Mişel Conson ölkəmizin öz müttəfiq və tərəfdaşlarına münasibətdə hər zaman göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanın yerləşdiyi coğrafiyanın ona əhəmiyyətli tranzit üstünlükləri verdiyini söyləyib, Azərbaycanın isə bu üstünlüklərdən düzgün yararlanaraq hazırda reallaşdırdığı nəqliyyat layihələrinin ölkənin tranzit əhəmiyyətini artıracağını qeyd edib. Daha sonra o, bir neçə il bundan əvvəl Azərbaycana səfər etdiyini məmnunluqla xatırlayıb, Bakının sürətli inkişafına heyran qaldığını bildirib.
Akademiyanın müdavimləri qarşısında çıxış edən səfir E.Süleymanov ikitərəfli hərbi əməkdaşlığımızdan danışıb, bu münasibətlərin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə inkişaf etdiyini söyləyib. Səfir bu prosesdə Azərbaycanın öz hava məkanından tranzit olaraq istifadə üçün icazə verən ilk ölkələrdən olduğunu qeyd edib. ABŞ hərbi qüvvələri üçün Əfqanıstana daşınan ərzaq məhsullarının 40 faizinin Azərbaycan ərazisindən keçdiyini bildirən E.Süleymanov, ölkəmizin son illərdə özünün tranzit qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb. Buna misal olaraq, o, Heydər Əliyev Beynəlxalq Aeroportunda yenicə istifadəyə verilmiş aerovağzal kompleksini, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Ələt Beynəlxalq Dəniz Ticarət Limanını, habelə ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların inkişaf etdirilməsini göstərib, bu layihələrin tam yekunlaşmasından sonra ölkəmizin regionda vacib yükdaşıma və tranzit mərkəzinə çevriləcəyini söyləyib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində malik olduğu əhəmiyyətli rolu qeyd edən diplomat buna bariz nümunə olaraq, “Cənub” Qaz Dəhlizi layihəsini göstərib. O bildirib ki, bu layihə üç əsas boru xəttindən ibarət olan dünyanın ən böyük təbii qaz layihəsidir. Avropanın təbii qaz bazarlarına əlavə həcmdə qaz çıxaracaq “Cənub” Dəhlizinin qitənin enerji təhlükəsizliyində xüsusi çəkiyə malik olduğunu qeyd edən səfir bunun Azərbaycanın liderliyi ilə reallaşdırıldığını bildirib. O, qeyd edilənlərin təsadüfi seçimlər deyil, ölkə rəhbərliyinin uzaqgörən və praqmatik siyasətinin məntiqi nəticələri olduğunu vurğulayıb.
Səfir E.Süleymanov Azərbaycanın ərazi bütövlüyünün qonşu Ermənistan tərəfindən pozulduğu və torpaqlarımızın 20 faizinin işğal altında saxlanıldığını diqqətə çatdırıb. ABŞ-ın ATƏT-in Minsk qrupunda həmsədr olduğunu qeyd edən səfir Vaşinqtonun dövlətlərin suverenlik və ərazi bütövlüyü prinsipini dəstəkləməsinin vacib olduğunu vurğulayıb. Daha sonra səfir E.Süleymanov Akademiyada müdavimlər üçün yaradılan şəraitlə tanış olub.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

