Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Anadolu Agentliyi: Əliyevdən Ərdoğana dəstək

Anadolu Agentliyi: Əliyevdən Ərdoğana dəstək

26.04.2014 [12:04]

Agentlik AzərTAc-ın materialını yayıb
Türkiyənin Anadolu Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş Sammitində çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verməsi ilə bağlı AzərTAc-ın materialını yayıb.
Anadolu Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirərək yazır: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
Agentlik Prezident İlham Əliyevin Türkiyə-Ermənistan əlaqələri haqqında fikirlərindən daha bir sitat gətirərək qeyd edir: “Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir”.
Yazıda Prezident İlham Əliyevin bu fikirləri də yer alıb: “Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır”.

Paylaş:
Baxılıb: 757 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31