/ / “Əl-Cəzirə Türk” televiziyası Prezident İlham Əliyevin Praqa Sammitindəki çıxışını Türkiyəyə əsl qardaşlıq dəstəyi kimi dəyərləndirib
“Əl-Cəzirə Türk” televiziyası Prezident İlham Əliyevin Praqa Sammitindəki çıxışını Türkiyəyə əsl qardaşlıq dəstəyi kimi dəyərləndirib
29.04.2014 [09:20]
Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitində çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabı ilə bağlı xəbərlərə geniş yer verirlər.
AzərTAc xəbər verir ki, “Əl-Cəzirə Türk” televiziyasının saytında yerləşdirilən “Əliyevdən Sarkisyana Türkiyə cavabı” sərlövhəli məqalədə də dövlətimizin başçısı İlham Əliyevin cəsarətli çıxışından bəhs olunur.
Məqalədə bildirilir ki, Praqa Sammitində Türkiyəyə qarşı əsassız ittihamlarla hücuma keçən Sarkisyana sərt cavab verən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
Yazıda Azərbaycan Prezidentinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı başsağlığı verməsinə Ermənistan tərəfindən müvafiq reaksiyanın olmadığını bildirməsi xüsusi vurğulanıb: “Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi”.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartların olması, eləcə də işğalçı ölkənin bölgədə sülh istəmədiyi barədə dövlətimizin başçısının sözləri xüsusilə diqqətə çatdırılıb: “Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyildir. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır.
Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır”.
Yazıda Azərbaycan Prezidentinin bu mövqeyi Türkiyəyə əsl qardaşlıq dəstəyi kimi dəyərləndirilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09

