Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkədə baş vermiş qəzada həlak olanların xatirəsi anılıb

Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkədə baş vermiş qəzada həlak olanların xatirəsi anılıb

16.05.2014 [10:34]

Manisa vilayətinin Soma rayonundakı kömür mədənində çoxsaylı insan tələfatına səbəb olmuş qəza ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov bildirib ki, kömür mədənində partlayış nəticəsində çoxsaylı insan tələfatı ağır faciədir. Bu dəhşətli qəza nəticəsində həlak olan vətəndaşlara Allahdan rəhmət diləyirik. A.Şərifov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu, bundan sonra da olacağını qeyd edib.
Milli Məclisin deputatı Nizami Cəfərov anma mərasimində çıxış edərək deyib ki, bu faciə Türkiyəni sevən hər bir kəsi ürəkdən kədərləndirib. Biz həyatlarını itirmiş qardaşlarımızın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, faciə qurbanlarına Allahdan rəhmət diləyirik.
Sonra Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək vurğulayıb ki, baş vermiş qəzada həlak olanların acısı təkcə Türkiyənin deyil, həm də bizim ortaq acımızdır. Biz bunu öz kədərimiz kimi yaşayırıq. Bu ağır günlərdə Türk qardaş və bacılarımızın yanındayıq.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, “bir millət, iki dövlət” olan ölkələrimiz belə ağır günlərdə bir-birinin yanındadır. Azərbaycan Prezidenti İlham Əliyevdən aldığımız başsağlığı mesajı, eyni zamanda, qardaş xalqın göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir.
Anma mərasimində Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər, ölkəmizdə fəaliyyət göstərən türk iş adamları, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Sonra qonaqlar faciə ilə əlaqədar səfirlikdə açılmış “Xatirə kitabı”na ürək sözlərini yazıblar.

Paylaş:
Baxılıb: 730 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31