/ / Mübariz Qurbanlı: Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə münasibətlər önəmli yerlərdən birini tutur
Mübariz Qurbanlı: Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə münasibətlər önəmli yerlərdən birini tutur
22.05.2014 [09:07]
“Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə münasibətlər önəmli yerlərdən birini tutur. Bu gün Azərbaycan özünün enerji siyasətində də həm Avropa, həm də Asiya istiqamətində fəaliyyətini gücləndirməkdədir. Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycan bölgədə söz sahibidir və bu baxımdan əməkdaşlıq kontekstində Asiya dövlətlərinin diqqət mərkəzindədir”. Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin xarici siyasətində Asiya regionu ilə əlaqələr vacib yer tutur. Onun sözlərinə görə, siyasi əlaqələrlə yanaşı iqtisadi münasibətlərdə, o cümlədən, ixrac-idxal proseslərində də Asiya ölkələri ilə əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. YAP İcra katibinin müavini deyib ki, Prezidentimiz cənab İlham Əliyevin Vyetnama səfəri və səfər çərçivəsində aparılan danışıqlar bütövlükdə Asiyaya yönəlik siyasətimizin istiqamətlərindən biridir.
“Bu gün Asiyanın ən aparıcı ölkələrindən biri də Çin Xalq Respublikasıdır. Prezidentimiz cənab İlham Əliyev bu ölkəyə səfəri zamanı apardığı danışıqlarda ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi, həm də bütövlükdə Asiya qitəsində gedən proseslərdə Azərbaycanın iştirakı ilə bağlı Özünün dəyərli fikirlərini bildirib. Azərbaycan sürətlə inkişaf edən, dünyaya açıq olan bir ölkədir. Prezidentimizin bu regiona səfəri bütövlükdə milli maraqlarımızı özündə əks etdirən siyasətinin məntiqi davamıdır. Eyni zamanda, Azərbaycan bir çox beynəxlaq təşkilatların işində fəal iştirak edir. Bu mənada, Prezidentimiz İlham Əliyevin Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında iştirakı və həmin toplantıda çıxış etməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox əhəmiyyətlidir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyası da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının rəhbərliyinə daxildir. Onun sözlərinə görə, bu təşkilatda Çin, Hindistan, Türkiyə və s. Asiyanın aparıcı dövlətləri təmsil olunur: “Burada 350-dən çox partiya təmsil olunsa da, 22 partiya həmin təşkilatın rəhbər qurumu olan Daimi Komitəsində təmsil olunur. YAP da Daimi Komitənin üzvüdür. YAP-ın nümayəndə heyəti dəfələrlə Çində, Vyetnamda, Pakistanda və digər Asiya ölkələrində keçirilən tədbirlərə qatılıblar. Yəni biz bu təşkilat vasitəsilə də Asiya ölkələri ilə əməkdaşlıq edirik”.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

