Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir
31.05.2014 [09:22]
Bildiyimiz kimi, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Mayın 30-da radioteleqraf vasitəsilə Azərbaycanın istiqlaliyyəti barəsində dünyanın bütün siyasi mərkəzlərinə rəsmi bəyanat verildi. Lakin o dövrün ağır siyasi şərtləri Cümhuriyyət hökumətinə tam gücü ilə fəaliyyət göstərməyə imkan vermirdi. Buna baxmayaraq, Xalq Cümhuriyyəti hökuməti o dövr üçün olduqca çətin, amma böyük tarixi əhəmiyyətə malik qərarlar qəbul etdi və dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı. Belə ki, həmin dövrdə Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söykənirdi. Bunlar Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlaliyyət Bəyannaməsində də əksini tapdı. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmədiyini və bütün vətəndaşların siyasi hüquqlarını təmin etdiyini bütün dünyaya bəyan etdi. Ən əsası isə Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirdi və onu gələcəyə miras qoydu. Daha sonra iyunun 27-də “Dövlət dili haqqında” qərar qəbul olundu və Azərbaycan dili dövlət dili elan edildi. 26 iyun 1918-ci il Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin yaradılması barədə qərar qəbul etdi.
Bundan sonra isə qarşıda duran əsas vəzifələrdən biri Bakının azad olunması idi. 1918-ci il iyulun axırlarında S.Şaumyanın başçılıq etdiyi Bakı Kommunası süqut etdi. Bakı Sovetinin eser-menşevik-daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası” Bakıda hakimiyyəti ələ keçirdi. Onlar Bakıda cəmi bir ay ömür sürə bildilər. 1918-ci il sentyabrın 15-də Türkiyə və Azərbaycan hökumətinin qoşun hissələri Bakıya daxil oldu. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.
Digər bir mühüm məsələ - Azərbaycan Cümhuriyyətinin ordusunu yaratmaq prosesi də uğurla başa çatdırıldı. Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan Ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Eyni zamanda, Azərbaycan hökuməti dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Lakin çar hakimiyyət orqanlarının təhsil sahəsindəki müstəmləkəçilik siyasətinin nəticəsi olaraq Azərbaycan dilini mükəmməl bilən kadrların olmaması işi çətinləşdirirdi. Buna görə də, müvəqqəti olaraq inzibati, məhkəmə və başqa iş sahələrində Azərbaycan dilini bilən mütəxəssislər hazırlanana qədər rus dilindən istifadəyə yol verilirdi. F.Xoyski kabinəsinin mühüm tədbirlərindən biri də iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyası idi. Bu komissiyanın qarşısında I Dünya müharibəsi illərində Zaqafqaziya ərazisində yerli müsəlmanlara qarşı törədilən vəhşiliklər və onların əmlakına qəsd ilə bağlı məsələləri araşdırmaq, bu işdə günahkar olanları aşkar etmək və onları məhkəmə məsuliyyətinə cəlb etmək vəzifəsi qoyulmuşdu.
1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Cümhuriyyət Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu - Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə - tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.
Bunlarla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti digər böyük nailiyyətlər də əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli pul, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bu kimi digər işləri həyata keçirmişdir.
Çox təəssüf ki, 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Amma cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutur. Şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız qarşısında ən böyük xidməti ondadır ki, o özünün qısamüddətli fəaliyyəti dövründə Azərbaycanın istiqlaliyyətini elan etdi, xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə sübuta yetirdi.
Düz 70 ildən sonra, yəni 1991-ci il 18 oktyabrda yenidən müstəqilliyini elan edən xalqımız öz hürriyət və azadlığını hər zaman hər şeydən uca tutur. Əgər 1993-cü il iyun ayının 15-də Ümummilli liderimiz Heydər Əliyev xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsəydi, müstəqil Azərbaycan Respublikasının da taleyi Xalq Cümhuriyyətinin taleyi ilə eyni olacaqdı. Çünki, 1991-1993-cü illərdə ölkəmizdə mövcud olan hərcimərclik, xaos, hakimiyyət boşluğundan istifadə edən bəzi qüvvələr Azərbaycan dövlətini süquta uğratmaq istəyirdi. Lakin Ulu öndərin qətiyyəti və dövlət idarəçiliyi təcrübəsi onların bu planlarını alt-üst etdi. Azərbaycan dövləti Ümummilli liderimizin rəhbərliyi ilə inkişaf yoluna çıxdı, müstəqilliyimizin əbədiliyi təmin olundu.
Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan Xalq Cümhuriyyətini yüksək qiymətləndirirdi. O, demişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi: “Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. .... Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümidvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər”.
Ancaq tarixi reallıqlar bir məsələni açıq şəkidə ortaya qoydu ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətin və mürəkkəbdir. Ulu öndər Heydər Əliyev müstəqilliyimizi belə qiymətləndirmişdi: “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq”.
Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada böyük kürsülərdən öz sözünü deyir və hər sahədə inkişaf edən ölkələrlə rəqabət aparır. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı daim inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Könül KƏrimova,
RYTN-nin əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

