/ / Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
05.06.2014 [09:20]
Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
Türkiyə, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirlərinin iştirak etdikləri iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Təşkilatın Ağsaqqallar Şurasında ölkəmizi Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov təmsil edib.
İştirakçıları salamlayan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu gündəlikdə duran məsələlər barədə məlumat verib, 2009-cu ildə Azərbaycanın Respublikasının Naxçıvan şəhərində təsis edilmiş təşkilatın ötən dövrdəki fəaliyyətinin əhəmiyyətindən bəhs edib. Seyd Yəhya, Nizami Gəncəvi, Əlişir Nəvai və digər dünya şöhrətli ədiblərimiz tərəfindən türkdilli xalqların ortaq mədəniyyətlərini yaşatmaq və inkişaf etdirmək üçün əsaslı dəyərlər olduğunu diqqətə çatdıran türkiyəli nazir bildirib ki, tarixi, mədəni və mənəvi köklərimiz sarsılmaz tellərlə möhkəm bağlıdır.
Azərbaycanın sədrliyi ilə təşkilatın ötən dövrkü fəaliyyəti barədə məlumat verən xarici işlər naziri Elmar Məmmədyarov türkdilli ölkələr arasında çoxtərəfli və ikitərəfli münasibətlər əsasında həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətini qeyd edib. Nazir təklif edib ki, təşkilatın iqtisadi gündəliyi gücləndirilsin və növbəti dövr ərzində diqqət informasiya texnologiyaları sahəsində əməkdaşlığa yönəldilsin.
Türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin çoxşaxəliliyinin təmin edilməsinin vacibliyini vurğulayan Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldaev bildirib ki, TDƏŞ böyük perspektivlərə malik təşkilat kimi qarşıda duran vəzifələri bundan sonra da uğurla həyata keçirmək imkanındadır.
TDƏŞ-in böyük və əhəmiyyətli perspektivlərə malik təşkilat olaraq sürətlə inkişaf etdiyini bildirən Qazaxıstanın xarici işlər naziri Erlan İdrissov qurumun fəaliyyət istiqamətləri barədə həmkarlarının fikir və mülahizələrini dəstəkləyib.
Təsis olunandan bəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının böyük işlər gördüyünü qeyd edən nazirlər bildiriblər ki, TDƏŞ türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tarixi əlaqələrin qorunması, mədəni münasibətlərin inkişaf etdirilməsi istiqamətində böyük və məsuliyyətli missiya həyata keçirməkdədir. Çıxışlarda qeyd olunub ki, üzv ölkələr arasında daha səmərəli münasibətlərin qurulması üçün ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə üstünlük verilməli, qarşılıqlı faydalı iqtisadi layihələr əsasında qərarlar qəbul edilməsinə nail olunmalıdır.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darkhan Kydyrali və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı çıxış ediblər.
Nazirlər qərara alıblar ki, türkdilli ölkələr öz mədəni irsini qorumaq üçün onun elementlərini UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına birgə daxil etmək üçün müraciət etsinlər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

