/ / Ümummilli lider Heydər Əliyev Azərbaycanda vətəndaş qarşıdurmasının və parçalanmanın qarşısını aldı
Ümummilli lider Heydər Əliyev Azərbaycanda vətəndaş qarşıdurmasının və parçalanmanın qarşısını aldı
06.06.2014 [09:41]
Prezident İlham Əliyev: Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır
4 iyun 1993-cü il Gəncə hadisələrindən 21 il ötsə də, bu tarix heç vaxt yaddaşlardan silinməyəcək, dönə-dönə təhlil olunacaq. Əlbəttə ki, 4 iyun Gəncə qiyamı o dövrdə Azərbaycanın müstəqilliyini, bütövlüyünü istəməyən qüvvələr tərəfindən məqsədli şəkildə istiqamətləndirilən proseslərin məntiqi nəticəsi idi. Xalqımız, gənclərimiz bir daha belə acı hadisələrin təkrarlanmaması naminə həmin dövrü dərindən öyrənməlidirlər.
Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəli keçmiş ittifaqın dağılması dövrü idi və təəssüf ki, dağılma prosesi müəyyən konfliktlər, gərginliklər, xalqların öz müqəddəratını həll etmələrinə ciddi maneələr törədilməsi fonunda baş verirdi. Bu baxımdan ən ağrılı hadisələr məhz Azərbaycanda baş verdi. Belə ki, qonşu Ermənistan Moskvadakı havadarlarının, ilk növbədə keçmiş SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovun dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ ərazilərinə iddialar səsləndirməyə başladı. Sonradan Dağlıq Qarabağda silahlı dəstələr yerləşdirildi və həmin torpaqların zorla Azərbaycandan qoparılması üçün hərbi əməliyyatlara başlanıldı.
Keçmiş ittifaq rəhbərliyi Ermənistana kömək etməyin bir yolunu da məhz Azərbaycan daxilində demokratik ruhlu, sağlam qüvvələrin siyasi həyatdan uzaqlaşdırılmasında görürdü. Bu məkrli plana uyğun olaraq, respublikamızda iddialı görünən, amma heç bir siyasi səriştəsi olmayan, milli iradədən uzaq qüvvələrə dəstək verilməyə başlanıldı. Beləliklə də, bir tərəfdən Vəzirov və Mütəllibov qüvvələri, digər tərəfdən xalqla heç bir əlaqəsi olmayan Xalq Cəbhəsi müstəqillik ərəfəsində və müstəqilliyin ilk illərində ölkəmizdə situasiyanı daha da gərginləşdirdilər.
Xalqına, Vətəninə sıx tellərlə bağlı olan Ulu öndər Heydər Əliyevin məqsədli şəkildə böyük siyasətdən uzaqlaşdırılması, Onun tərəfdarlarına qarşı təqiblərin olması vəziyyəti tamamilə arzuolunmaz bir istiqamətə yönəldirdi. 1991-ci ildə Mütəllibovun, 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə respublikada vəziyyət daha da idarəolunmaz hal aldı. 1992-ci il mayın 14-də hakimiyyəti zorla ələ keçirən AXC-“Müsavat” iqtidarı ölkəni idarə etməkdə tamamilə səriştəsizlik nümayiş etdirirdi. İqtisadiyyat bərbad vəziyyətə düşmüşdü, hər hansı bir sosial inkişafdan söhbət gedə bilməzdi, ordu quruculuğu səriştəsiz və ölkənin milli maraqlarına zidd siyasət yeridən insanlara tapşırılmışdı. AXC-“Müsavat” hakimiyyətinin daxilində bir neçə qrup bir-biri ilə mübarizə aparırdı və o qrupların hərəsinin fərqli məqsədi var idi. Azərbaycan daxilində xarici kəşfiyyat orqanları istədikləri kimi hərəkət edir, daxili siyasətə ciddi təsir göstərə bilirdilər. Belə bir ağır durumda qarşıdurmalar 1993-cü ilin əvvəllərindən başlayaraq daha da artdı, hakimiyyətin özündə parçalanmalar daha intensiv hal aldı. Faktiki olaraq, Azərbaycan özünün müstəqilliyini itirmək və parçalanmaq dövrünə qədəm qoymuşdu. Ən qorxulu hal isə siyasi qarşıdurmanın artıq hərbi qarşıdurmaya çevrilməsi idi. Ordu faktiki olaraq bir neçə səhra komandirinin nəzarəti altına keçmişdi.
Hadisələrin belə gedişatı 1993-cü ilin 4 iyununda hakimiyyətin ayrı-ayrı qolları arasında hərbi qarşıdurmaya gətirib çıxartdı. Surət Hüseynovun başladığı 4 iyun qiyamı həm də Azərbaycanda AXC-”Müsavat” iqtidarının heç bir təsirə və rola malik olmadığının göstəricisi idi.
Yenicə müstəqilliyə qovuşan Azərbaycanda belə acınacaqlı situasiyanın yaranmasının əsas məsuliyyəti isə AXC-“Müsavat” iqtidarının üzərinə düşürdü. Səriştəsiz AXC-”Müsavat” hakimiyyəti vəziyyətin daha da ağırlaşmasına yol açan məntiqsiz qərarlar verməkdə davam edirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-“Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar baş verdi. Vəziyyət get-gedə ağırlaşırdı. 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birləşmələr arasında döyüş baş verdi.
İyunun 5-də Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda “Talış-Muğan Respublikası” elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu.
Bu cür çətin zamanda xalqın nəzər diqqəti Naxçıvana yönəlmişdi. Blokada şəraitində belə Muxtar Respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev ölkənin, dövlətin, xalqın nicatı idi. Respublikanın hər yerində izdihamlı mitinqlər keçirilir, Ulu öndər Heydər Əliyevin təcili olaraq Azərbaycana rəhbərliyə gəlməsi tələb olunurdu. Bu, xalqın müdrik seçimi idi. Prezident İlham Əliyevin cari il mayın 28-də Respublika Günü münasibətilə təşkil olunan rəsmi qəbulda vurğuladığı kimi, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu öndərə üz tutub Onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi.
Ümummilli lider Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Böyük öndərin bu qayıdışı ilə müstəqil Azərbaycanın qurtuluşunun əsası qoyuldu. 1993-cü il iyunun 15-də Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqilliyin itirilməsinə yol vermədi. Ümummilli lider Heydər Əliyevin qayıdışının müstəqillik tariximizdəki roluna qiymət verən Prezident İlham Əliyev vurğulayıb: “Ona görə 1993-cü il, əslində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Bu gün müstəqil Azərbaycan öz daxili və xarici siyasətini məhz Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş strategiya əsasında qurur və hər sahədə böyük uğurlara imza atır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

