/ / NATO Parlament Assambleyasının Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı başa çatıb
NATO Parlament Assambleyasının Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı başa çatıb
19.06.2014 [09:46]
NATO Parlament Assambleyasının Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı öz işini iyunun 18-də başa çatdırıb.
AzərTAc xəbər verir ki, seminarın sonuncu iş günündə iki sessiya keçirilib. “İran və regional təhlükəsizlik” mövzusundakı sessiyada çıxışlar olub, müzakirələr aparılıb.
Latviyalı diplomat Oyars Eriks Kalninsin moderatorluğu ilə keçirilən sessiyada Beynəlxalq Böhran Qrupunun İran üzrə baş təhlilçisi Ali Vaez, Almaniyanın Beynəlxalq və Təhlükəsizlik məsələləri İnstitutunun eksperti Valter Poş və başqaları çıxış edərək İranın xarici siyasəti, regionda baş verən hadisələr barədə danışıblar.
Daha sonra sessiya işini müzakirələrlə davam etdirib.
NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızının moderatorluğu ilə keçirilən “2014-cü ildən sonrakı Əfqanıstan: Daxili və regional sabitliyin dəstəklənməsi” mövzusunda digər sessiyada Əfqanıstanın Strateji Araşdırmalar İnstitutunun təsisçisi və baş direktoru Davud Moradian ölkəsinin sosial-iqtisadi vəziyyəti, xarici siyasəti barədə məlumat verib.
Seminarın yüksək səviyyədə keçirilməsinə görə iştirakçılar adından təşkilatçılara minnətdarlığını bildirən D.Moradian Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfələri yüksək qiymətləndirib. O, Azərbaycan-Əfqanıstan əlaqələrinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb.
NATO-nun Əfqanıstan üzrə yüksək səviyyəli mülki nümayəndəsinin müavini Li Litzenberqer Azərbaycanın 86-cı Rouz-Rout seminarına uğurla ev sahibliyi etdiyini, ölkəmizdə gördüyü inkişaf proseslərinin onda unudulmaz təəssürat oyatdığını qeyd edib. Bu yaxınlarda Əfqanıstanda prezident seçkilərinin keçirildiyini xatırladan Li Litzenberqer təhlükəsizliyin təmininin ölkənin sabitliyinin mühüm tərkib hissəsi olduğunu bildirib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin bölmə rəhbəri Murad Zeynalov ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara verdiyi töhfələr barədə danışıb.
Regionda həyata keçirilən irimiqyaslı layihələrdən danışan M.Zeynalov Bakı-Tbilisi-Qars dəmir yolunun yeni əlaqələrin inkişafına şərait yaradacağını qeyd edib.
Seminara yekun vuran Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov beynəlxalq münasibətlər sistemində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb, bu seminarın maraqların sıx şəkildə uzlaşdırılmasına, vahid platformaya və inteqrasiyaya müsbət təsir göstərəcəyini söyləyib. O deyib ki, Azərbaycanın seçdiyi strateji kurs Cənubi Qafqazın sabitliyini artırır və ona dönməzlik xarakteri verir. Bu əvəzsiz missiyanın təmin olunmasının başlıca səbəbi isə ölkəmizin müstəqil iqtisadi siyasət yürütməsi, dürüst və etibarlı tərəfdaş olması, mühüm beynəlxalq hüquq prinsiplərini tanımasıdır. Z.Əsgərov ölkəmizin sabitləşdirici rolunun Avropa İttifaqı və NATO kimi beynəlxalq təşkilatlar, o cümlədən regionun əsas dövlətləri tərəfindən yüksək qiymətləndirilməsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. Milli Məclis sədrinin birinci müavini deyib ki, Azərbaycanın təkcə enerji resurslarının ixracatçısı deyil, həmçinin regional sülhün və təhlükəsizliyin başlıca təminatçısı kimi qəbul olunması indi danılmaz bir faktdır. Lakin bu yolda artıq hər kəsin etiraf etdiyi kimi, ən başlıca təhlükə ərazilərin işğalı, sərhədlərin toxunulmazlığının təmin olunmaması və xarici təcavüzün davam etməsidir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bölgənin Avropa ilə inteqrasiyası yolunda ən başlıca maneədir. Cənubi Qafqazın təhlükəsizliyi isə Avropanın və dünyanın təhlükəsizliyinin ayrılmaz hissəsidir.
NATO PA-nın prezidenti Hu Beylin 86-cı dəfə keçirilən Rouz-Rout seminarında səmərəli müzakirələrin aparıldığını, əsas məqsədin qanunverici orqanlar arasında əməkdaşlığı gücləndirməklə təhlükəsizliyin təminində parlamentlərin rolunun artırılması olduğunu diqqətə çatdırıb.
O, seminara yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
Bununla da NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01

