Azərbaycan fundamental azadlıqların təmin olunduğu müasir demokratik ölkədir
04.07.2014 [10:10]
Prezident İlham Əliyev: Biz demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin edilməsi üçün bir çox səylər göstəririk
Müasir müstəqil Azərbaycan Respublikasının daxili siyasət strategiyasının mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil isə davamlı islahatların həyata keçirilməsidir.
Demokratik inkişafın milli modelini formalaşdıran Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib.
Bununla yanaşı, Azərbaycanın demokratik inkişafından bəhs edərkən qeyd etmək lazımdır ki, ölkəmizdə demokratik transformasiya prosesi uğurla başa çatdırılıb. Ulu öndər Heydər Əliyevin sistematik surətdə başlatdığı demokratik transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən dövrün və şəraitin çağırışlarına, qanunauyğunluqlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr yerinə yetirilib. Eyni zamanda, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviyyəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, subyektlərarası simmetrik münasibətlərə real əlverişli zəmin yaradan plüralist mühitin möhkəmləndirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi sistemin tamlığını təmin edib.
Azərbaycanda milli inkişaf strategiyasının ən mühüm xarakteristikası paralel islahatların həyata keçirilməsidir
Digər bir strateji məqam budur ki, reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Ümumiyyətlə, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir.
Bütün bunlar, eyni zamanda, ölkədə əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir, xalq-iqtidar birliyini möhkəmləndirərək cəmiyyətin inkişaf kontekstində vahid mövqedən çıxış etməsini şərtləndirir.
Göründüyü kimi, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu inkişaf strategiyasının ən mühüm xarakteristikası paralel islahatların həyata keçirilməsidir. Bu, Azərbaycanın müstəqilliyini möhkəmləndirən, milli gücünü daha da artıran müstəsna faktorlardan biridir.
Ən əsası, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasının xüsusi diqqət mərkəzində olması həyata keçirilən demokratik islahatların səmərəliliyinə əhəmiyyətli töhfələr verir. Söz, fikir və özünüifadə, eləcə də internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır. ATƏT Parlament Assambleyasının Bakıda keçirilən XXIIII illik sessiyasının plenar iclasının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələlərə toxunaraq qeyd edib ki, siyasi və iqtisadi islahatların eyni zamanda həyata keçirilməsi bizi böyük çətinliklərdən sığortaladı, sabit ölkə qurmağa imkan yaratdı və davamlı inkişafı mümkün etdi: “Siyasi sahəyə gəldikdə, bildirmək istəyirəm ki, bu gün Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir. Biz demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin edilməsi üçün bir çox səylər göstəririk. Hesab edirəm ki, bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanmışıq. Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqları təmin edilir. Azərbaycanda yüzlərlə çap mediası vardır, internet azaddır, əhalimizin 70 faizdən çoxu internet istifadəçisidir”.
Dövlətimizin başçısı əlavə edib ki, bütün bunlar uğurlu inkişaf üçün ilkin şərtlərdir, çünki biz yalnız iqtisadi islahatları aparmaqla öz məqsədimizə nail ola bilməzdik: “Məqsədimiz isə müasirləşmədir. Biz olduqca qısa vaxtda müasir, özünə arxalanan ölkə qurmuşuq. Gələcəyimiz üçün isə planlarımız çoxdur. Gələn illər ərzində siyasi islahatlar gündəliyimizdəki əsas məsələlərdən biri olacaqdır. Biz daha çox işləməliyik, daha çox islahatlar həyata keçirməliyik. Əminəm ki, ATƏT və digər beynəlxalq təsisatlar qarşısında götürdüyümüz öhdəliklər və apardığımız əməkdaşlıq planlaşdırdığımız bütün işləri icra etməyə imkan yaradacaqdır”.
Fundamental azadlıqların təmin olunduğu Azərbaycan sabitlik adası kimi səciyyələndirilir
Beləliklə, həyata keçirilən islahatların fonunda güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən digər amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün fundamental azadlıqların təmin olunduğu Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Siyasi islahatlar cəmiyyətimizdə olduqca müsbət mühit yaradır. Siyasi vəziyyət sabitdir, proqnozlaşdırılandır. Bunun sayəsində biz gələcəyimizi elə planlaşdırırıq ki, müasirləşməyə nail olaq və Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirək”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

