Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
15.08.2014 [10:31]
Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Dövlət müşaviri xidmətinin əməkdaşları, DQİDK-nın rəhbərliyi, eləcə də mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
DQİDK-nın mətbuat xidmətindən AzərTAc-a verilən məlumatda bildirilir ki, müşavirəni açan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinə, dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin vacib komponentlərindən biri olan din siyasətinin dünyaya tolerantlıq örnəyi olmasına diqqət çəkib və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin gələcək fəaliyyətinin qurulması və dini durumun tənzimlənməsi baxımından müşavirə xüsusi əhəmiyyət kəsb edir.
Gündəliyə uyğun olaraq əvvəlcə Dövlət müşaviri K.Abdullayevin bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərində dini durumla bağlı qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti barədə bölgə şöbə müdirlərinin məlumatı dinlənilib. Bildirilib ki, Dövlət müşaviri respublikanın şəhər və rayonlarının mütləq əksəriyyətində olub, mərkəzi və ucqar kənd məscidlərində, kilsə və sinaqoqlarda, kirxa və məbədlərdə yerli dindarlarla çoxsaylı görüşlər keçirib. Həmin görüşlərdə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşlərdə dindarları narahat edən məqamlarla bağlı məsələlər qaldırılıb. K.Abdullayev bu istiqamətdə müvafiq işlərin görüləcəyini bildirib.
Bölgə şöbə müdirləri qeyd ediblər ki, ötən müddət ərzində sadalanan məsələlərin və verilmiş tapşırıqların xeyli hissəsi həll olunub, bilavasitə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına yönəldilib.
Müşavirədə Ramazan ayının yekunları da müzakirə olunub. Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Ramazan ayında DQİDK-nın həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. Ramazan ayında ölkə üzrə aparılmış monitorinqin nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
Müşavirə səmimi fikir mübadiləsi şəraitində keçib. Dövlət müşaviri K.Abdullayev səsləndirdiyi fikirlərində ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənələrin daim qorunub saxlanıldığını diqqətə çatdırıb, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, müvafiq tövsiyələrini verib.
Mövcud dini durum və Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edildikdən sonra Dövlət Komitəsinin sədri M.Qurbanlı yekun sözündə bu formatda tədbirlərin mütəmadi keçirilməsini səmərəli hesab edərək gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

