/ / PROTOKOLDAN KƏNAR: Azərbaycanın birinci xanımının “Baku” jurnalı üçün qeyri-adi və çox səmimi müsahibəsi
PROTOKOLDAN KƏNAR: Azərbaycanın birinci xanımının “Baku” jurnalı üçün qeyri-adi və çox səmimi müsahibəsi
27.08.2014 [09:34]
Hər şey haqqında sadə suallara qısa cavablar Mehriban Əliyeva şəxsiyyətinin dərinliyini, gözəlliyini və parlaqlığını qeyri-adi şəkildə üzə çıxarır. Azərbaycanın birinci xanımının “Baku” jurnalı üçün qeyri-adi və çox səmimi müsahibəsi.
“BAKU”: İntrovert, yaxud ekstravert?
İntrovert. Refleksiya - həyat tərzimin zəruri şərtidir. Hərçənd sosiumda, ehtimal ki, ekstravert kimi qəbul olunuram.
“BAKU”: Monoxrom, yaxud rəng?
Monoxrom. Bir rəng bütövlük və yığcamlığın əlamətidir.
“BAKU”: Cəld, yaxud asta?
Sürət. İstənilən hərəkət statikadan üstündür.
“BAKU”: Gecə, yaxud gündüz?
Gündüz. Düşüncəsiz vəziyyəti sevmirəm.
“BAKU”: Dünyada nəyi dəyişmək istərdiniz?
Dünyanı dəyişmək istəyim yoxdur. Mənə özümün dəyişməyim, ən yaxşı olmaq maraqlıdır. Fikrimcə, məşğuliyyət daha faydalıdır.
“BAKU”: Həkim mərhəmətli olmalıdırmı?
İstərdim ki, mərhəmətlilik insanlara peşə fəaliyyətindən asılı olmayaraq xas olsun.
“BAKU”: Yaz, yaxud payız?
Yaz da, payız da. Həm yay, həm qış. Axı yaz fevralda da olur. Ürəkdə.
“BAKU”: Siz niyə aktrisa olmadınız?
Gənclik illərində kinematoqrafla bağlı kiçik epizod məndə aktrisa olmaq istəyini qətiyyən oyatmadı.
“BAKU”: Sevimli rəqəminiz?
Yeddi.
“BAKU”: Nikbin, yaxud bədbin?
Nikbin. Mənə təfəkkür və söz maddiyyatı nəzəriyyəsi yaxındır. Belə olan halda neqativi maddiləşdirmək nəyə lazımdır?
“BAKU”: Sizin əsas həyat prinsipiniz?
İstənilən vəziyyətdə ləyaqəti qorumaq.
“BAKU”: Sevimli daş-qaşınız?
Opal. O, dərin və həmişə müxtəlifdir.
“BAKU”: Sizin üçün insanlarda üç əsas vacib keyfiyyət hansıdır?
Ləyaqət, intellekt, mehribanlıq.
“BAKU”: Biz total ayrılmalar dövründə yaşayırıq. Getdikcə daha çox xəyanətlər baş verir, həqiqi dəyərlər yalanla əvəzlənir. XXI əsrin insanı sevgisiz yaşaya bilərmi?
Bütün dövrlərdə bəşəriyyət üçün sevgi nəfəs kimi tamamilə orqanik, zəruri və qaçılmaz hissdir.
“BAKU”: Müasir cəmiyyətə ideallar lazımdırmı?
İstənilən cəmiyyətə ideallar lazımdır. Əxlaqi ideallar.
“BAKU”: Əgər Uca Tanrı Sizə imkan versəydi, keçmişinizdə nəyi dəyişərdiniz?
Mənə ən əziz insan olan anamın xəstəliyini və bu dünyadan gedişini...
“BAKU”: Dostoyevski deyib ki, gözəllik dünyanı xilas edəcək. Bu, belədirmi? Qadınlar dünya hadisələrinin gedişatına təsir edə bilərlərmi, yoxsa bütün qərarlar kişi siyasətçilərdən asılıdır?
Dostoyevski öz qəhrəmanının dilindən mənəvi gözəllikdən, pisliyin insanların normal vəziyyəti ola bilməyəcəyindən, yalnız Xeyirin həqiqətən də gözəl olmasından bəhs edib. Əgər planeti məhv olmaqdan qoruyacaq bir şey olacaqsa, bu, Xeyirdir. Fikrimcə, burada gender sualının əlaqəsi yoxdur.
“BAKU”: Siz həyatda həmişə hansı qaydaya riayət edirsiniz?
Son dərəcə təbii olmaq. Oyun oynamamaq.
“BAKU”: Niyə həyat belə həssasdır?
İnsan həyatının niyə belə həssas olduğunu bilmirəm. Bəlkə, ruhun davamlılığının rəhni bundadır?
Xəbər lenti
Hamısına baxİdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38

