Dünya birliyi münaqişələrin həlli üçün konkret addımlar atmalıdır
28.08.2014 [09:51]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 27-də İraqın ölkəmizdəki səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşüb.
Komitədən AzərTAc-a bildiriblər ki, görüşdə son dövrlərdə İraqda cərəyan edən proseslərdən, bunun nəticəsində qaçqın və məcburi köçkün probleminin yaranmasından söhbət açılıb. Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökumətinin İraqda gedən proseslərdən narahatlığını ifadə edib. Əli Həsənov vurğulayıb ki, dünyada baş verən bu cür münaqişələr nəticəsində milyonlarla günahsız insan əziyyət çəkir, qaçqın və məcburi köçkünlərin sayı getdikcə artır. Lakin çox təəssüf ki, dünya buna göz yumur, milyonlarla günahsız insanın həlak olmasına, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə biganəlik göstərir. Bunların bariz nümunəsi kimi İraqda baş verənləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, bunların nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemini diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, dünya birliyi, nüfuzlu beynəlxalq qurumlar münaqişələrin həlli üçün konkret addımlar atmaq əvəzinə, təəssüf ki, öz missiyalarını yalnız nəticəsiz bəyanatlar verməklə, kağız üzərində qətnamələr qəbul etməklə yerinə yetirir, bu da onlara bəslənilən inam və etimadı gündən-günə azaldır.
BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin 20 ildən çoxdur ki kağız üzərində qalmasını, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həllində heç bir konkret nəticə əldə edə bilməməsini, 1 milyon 200 min vətəndaşımızın hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını bu inamsızlığın nəticəsi kimi dəyərləndirən Baş nazirin müavini bütün bunların arxasında siyasi güclərin iqtisadi maraqlarının dayandığını da istisna etməyib.
Cərəyan edən hadisələr nəticəsində İraqın da qaçqın problemi ilə üzləşdiyi, yüz minlərlə iraqlının evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib. Vurğulanıb ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən bu il iyunun 20-də verilmiş bəyanatda da iraqlı qaçqınların ümumi sayının 1 milyon 400 min nəfərə çatdığı və bu göstəriciyə görə İraqın dünyada ikinci yerdə qərarlaşdığı qeyd edilib.
Diplomat hər iki dost ölkənin bu cür ağır problemlərlə üzləşməsindən təəssüfləndiyini bildirib.
Görüşdə bu cür ədalətsizliklərin aradan qaldırılacağına əminlik ifadə edilib.
Səfir İraqı Azərbaycan üçün ərəb dünyasının, Azərbaycanı isə İraq üçün Cənubi Qafqazın qapısı adlandırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

