/ / Pakistanın “Diplomatik Star” jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan bəhs edən məqalələr dərc olunub
Pakistanın “Diplomatik Star” jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan bəhs edən məqalələr dərc olunub
28.08.2014 [09:51]
Pakistanın “Diplomatik Star” jurnalında ingilis dilində “Mehriban Əliyeva doğum gününü qeyd edir” və urdu dilində “Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun xaricdə ilk layihəsi” adlı məqalələr dərc edilib.
Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, məqalələrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tanınmış ziyalı ailəsində anadan olduğu vurğulanır, onun təhsili, əmək fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verilir. Yazıda Mehriban Əliyevanın 1990-cı illərin ortalarında hazırda “Azərbaycan-İRS” jurnalını dərc edən Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratması və bu təşkilat vasitəsilə Azərbaycan mədəniyyətini təbliğ etməsi vurğulanır.
Eyni zamanda, Azərbaycanın birinci xanımının 2004-cü il mayın 10-da Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun prezidenti vəzifəsinə təyin olunduqdan sonra xeyriyyəçilik fəaliyyətini genişləndirməsi xüsusi qeyd olunur. Bildirilir ki, Fondun fəaliyyətinin əsas istiqamətləri yeni nəslin milli ruhda tərbiyə olunmasını, həmçinin təhsil, səhiyyə, mədəniyyət və sosial sahələri əhatə edir.
Məqalələrdə Fond tərəfindən mədəniyyət sahəsində görülmüş işlərdən geniş bəhs edilir. Bu işlər sırasında Qəbələ Beynəlxalq musiqi festivalının təşkili, məşhur Azərbaycan musiqi xadimlərinin albomlarının buraxılması, Nəsirəddin Tusinin “Əxlaqi-Nasir” kitabının dərc edilməsi, türk dünyası üçün xüsusi önəmi olan “Qabusnamə”nin Azərbaycan və rus dillərində, muğama aid bir sıra nəşrlərin çap olunduğu diqqətə çatdırılır.
Yazılarda Azərbaycanın və dünyanın mədəni irsinin qorunub saxlanması və təbliği istiqamətində görülmüş işlər barəsində də məlumat verilir. Müasir İncəsənət Muzeyinin yaradılması, Strasburq kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam İncəsənət Mərkəzinin təsis edilməsi, Versal sarayında təmir işlərinin aparılması, Roma katakombalarının yenidən qurulması, qədim əlyazmaların, Zevs heykəlinin bərpası və bu kimi digər işlər qeyd olunur.
Məqalələrdə Azərbaycanda bütün dinlərin təmsilçilərinin dinc şəraitdə birgə yaşadığı, birinci xanımın dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı olduğu vurğulanır. Mehriban Əliyevanın “Azərbaycan tolerantlığın evidir” proqramı çərçivəsində ölkəmizdə bir sıra müsəlman, katolik, ortodoks və yəhudi dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı olduğu xüsusi qeyd edilir.
Jurnalda, həmçinin 2013-cü ildə Azərbaycanın mədəni dəyərlərinin təbliği məqsədi ilə Fond tərəfindən Florensiya, Roma, Ştutqart, Strasburq, Köln və Hamburqda keçirilmiş silsilə mədəniyyət tədbirləri barəsində geniş bilgilər verilir. Bildirilir ki, Fransanın Kann şəhərində “Azərbaycan - ənənələr və gələcək ölkəsi” adlı sərgi təşkil olunub, eyni zamanda, Avropa Şurasının mənzil-qərargahında “Qafqazın mirvarisi Azərbaycan” adlı sərgi keçirilib.
Yazılarda Mehriban Əliyevanın humanitar sahədə gördüyü işlərdən, Ermənistanın işğalını ifşa edən və bu işğalın acı nəticələrini açıqlayan bir sıra tədbirlərin keçirildiyindən də bəhs edilir. Eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksinin yaradılması, ermənilərin 1918-ci ildə törətdiyi soyqırımının işıqlandırılması istiqamətində görülmüş işlər haqqında məlumat verilir.
Məqalələrdə birinci xanımın Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü vurğulanır.
Həmçinin Azərbaycanın Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın nüfuzu sayəsində, 2003-cü, 2004-cü və 2005-ci illərdə gimnastika üzrə dünya çempionatlarının, 2007-ci və 2009-cu illərdə Avropa çempionatlarının Bakıda keçirildiyi qeyd olunur.
Yazılarda Mehriban Əliyevanın Avropanın mötəbər mahnı müsabiqəsi olan “Eurovision-2012”-nin Bakıda keçirilməsinə rəhbərlik etdiyi bildirilir. Həmçinin Bakıya gəlmiş çoxsaylı qonaqların Azərbaycan xalqının qonaqpərvərliyi ilə tanış olmaqla yanaşı, yüksək səviyyədə təşkil olunmuş müsabiqədən çox razı qaldıqları və Bakının gözəlliklərindən heyran olduqları vurğulanır.
Jurnalda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə bir sıra dövlətlərin orden və medalları ilə təltif olunduğu da qeyd edilir. Bildirilir ki, onların sırasında Pakistanın “Şəhid Bənəzir Bhutto” adına mükafat da var.
Urdu dilində dərc edilmiş yazının əksər hissəsi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda reallaşdırılan layihələrə həsr olunub. Bildirilir ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban Əliyevanın adı verilib.
Eyni zamanda, qeyd olunur ki, Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələr icra edilib.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

