Qafqaz Müsəlmanları İdarəsi Avropa Şurasında təmsil oluna bilər
02.09.2014 [09:18]
Sentyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Allahşükür Paşazadə Azərbaycanın dünyada tolerantlıq mənbəyi olduğunu bildirib. Şeyxülislam ölkədə müxtəlif dini qrupların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığını qeyd edib. O, vurğulayıb ki, Azərbaycanda tolerantlığın bünövrəsi Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. A.Paşazadə deyib: “Bəzi dövlətlər tolerantlığı yalnız sözdə göstərir, amma biz əməllərimizlə göstəririk”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan şeyxülislam Azərbaycanın bu problemin sülh yolu ilə və beynəlxalq hüququn prinsipləri çərçivəsində həllə çalışdığını bildirib. O, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində dini-mədəni abidələri dağıtdıqlarını diqqətə çatdırıb.
Bəzi beynəlxalq qurumların Azərbaycana qarşı ikili standartlar mövqeyindən çıxış etdiklərini deyən A.Paşazadə vurğulayıb ki, Azərbaycanın inkişaf yolu bəllidir və din adamları da bu inkişafa öz töhfələrini verəcəklər.
QMİ-nin sədri vurğulayıb ki, bu gün müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir.
Görüşdə A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Avropa Şurasında təmsil olunması təklifi ilə çıxış edib.
Qabriella Battaini Draqoni bildirib ki, dini liderlərin dünyada baş verən proseslərə təsir gücü böyükdür və bu, önəmli məsələdir. Müxtəlif dinlərin nümayəndələrinin birlikdə mehriban şəraitdə yaşamaları çox müsbət haldır. Qafqaz müsəlmanları İdarəsinin Avropa Şurasında təmsil olunması təklifini yüksək qiymətləndirən qonaq bu cür təcrübənin mövcud olduğunu qeyd edib. Baş katibin müavini bu təklifin müzakirə ediləcəyini söyləyib.
Qabriella Battaini Draqoni, həmçinin Azərbaycanda mövcud tolerantlığın yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqla bağlı müzakirələrin keçirildiyi məkana çevirdiyini vurğulayıb.
Görüşdə iştirak edən Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri İcmasının idarə heyətinin sədri Milix Yevdayev və digər dini icmaların nümayəndələri Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etmələrinə, müxtəlif millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıb çalışmalarına lazımi şərait yaradıldığını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01

