/ / Bakı Dövlət Universitetində IV Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələləri müzakirə edilib
Bakı Dövlət Universitetində IV Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələləri müzakirə edilib
18.09.2014 [09:59]
Bakı Dövlət Universitetində IV Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərinin müzakirə edilməsi üçün fakültə dekanlarının iştirakı ilə iclas keçirilib.
Universitetdən AzərTAc-a bildiriblər ki, iclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumat verib. Bildirib ki, hər il Forumda yüksək səviyyəli dövlət rəsmiləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri iştirak edirlər. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri aparılan Forumda beynəlxalq miqyasda həlli zəruri olan aktual problemlər müzakirə edilərək müvafiq qərarlar və bəyannamələr qəbul edilir.
Rektor qeyd edib ki, Forumun hər il bir “dəyirmi masa”sı Bakı Dövlət Universiteti tərəfindən təşkil edilir. Cari ilin oktyabr ayında keçiriləcək IV Forum çərçivəsində BDU-nun təşkil edəcəyi “dəyirmi masa”nın mövzusu isə “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” adlanır.
Rektor bildirib ki, IV Forum da humanitar sahədə göstərilən beynəlxalq səylərə böyük bir töhfədir və dünyada tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı anlaşma kimi dəyərlərə və beynəlxalq hüquqa əsaslanan yeni və güclü quruluşun yaradılmasına yönəlib. Artıq ənənə halını almış bu Forum siyasi, intellektual, elmi və akademik dairələri, müxtəlif ölkələrdən elit qrupları bir araya gətirir və bu amil ölkəmizin gündən-günə artan nüfuzunun bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda “dəyirmi masa”da “Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar”, “Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” və “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri” adlı üç bölmə nəzərdə tutulub.
Qeyd edilib ki, IV Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını təmin etmək üçün artıq BDU-da altı nəfərdən ibarət xüsusi qərargah yaradılıb. Qərargahın üzvləri xarici ölkələrdən dəvət edilən və bu “dəyirmi masa” üzrə qeydiyyatdan keçən iştirakçılarla əlaqə yaradaraq onların Forumda hansı mövzularda çıxış etmək istədiklərini aydınlaşdırıb, həmçinin BDU və digər müəssisələrdən bir masada iştirak edəcək nümayəndələr arasından məruzəçilər müəyyən edilib. Bu günə qədər bu “dəyirmi masa”da iştirak etmək üçün artıq 25 xarici ölkədən nümayəndələr qeydiyyatdan keçiblər. “Dəyirmi masa”da İsrail, Albaniya, Serbiya, Gürcüstan, Yaponiya, İngiltərə, Amerika, Almaniya, Rumıniya, Rusiya, Bolqarıstan, Mərakeş, Sudan, Qazaxıstan və Vyetnamdan nümayəndələr iştirak edəcəklər. Qonaqlar arasında Nobel mükafatı laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik, şirkət rəhbərləri, media nümayəndələri var. Ötən forumlarda olduğu kimi, bu il də universitet alimlərinin Nobel mükafatçıları qarşısında innovativ tədqiqatlarla bağlı çıxışları planlaşdırılır.
İclasda Forum çərçivəsində xarici ölkə universitetləri ilə əməkdaşlıq məsələlərinin təşkili və digər məsələlər ətraflı müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10

