“Qobustan kölgələri” baletinin UNESCO-da nümayişi olub
19.09.2014 [09:54]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak edib
Sentyabrın 17-də UNESCO-nun mənzil-qərargahına gələn Azərbaycanın birinci xanımı, qurumun xoşməramlı səfiri Mehriban Əliyeva əvvəlcə təşkilatın baş direktoru İrina Bokova ilə görüşüb.
Görüşdə Azərbaycan ilə UNESCO arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb. Qobustanla bağlı UNESCO-da keçirilən təqdimatın önəmi vurğulanıb. İkitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
“Qobustan kölgələri” baletinin nümayişindən öncə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı bir daha salamlayıb. O, xalqımızın və dünya mədəni irsinin şah əsərlərindən olan Qobustanın UNESCO-dakı təqdimatından şad olduğunu, keçmişlə bu gün arasında mənəvi körpü olan bu baletin yaratdığı harmoniyanın ikitərəfli əməkdaşlıqda mühüm elementə çevrildiyini vurğulayıb. Baş direktor Qobustan petroqliflərinin o dövr insanının danışan dili olduğunu və bu ünsiyyətin artıq ümumbəşəri sərvət kimi qəbul edildiyini bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın milli sərvəti olan Qobustanın qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı ölkəmizdə bir çox işlərin görüldüyünü, layihələrin həyata keçirildiyini söyləyib. Nazir deyib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda inşa edilmiş muzeyin 2011-ci ilin dekabrında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılması da bu məsələnin hər zaman aktual olmasından xəbər verir.
Nazir vurğulayıb ki, “Qobustan kölgələri”nin xaricdə ilk nümayişi 45 il öncə Parisdə olub və yenidən bu mövzuya Fransa paytaxtında qayıdılması buradakı sənətsevərlərə dəyərli töhfədir.
Sonra “Qobustan kölgələri” baleti nümayiş etdirilib.
Böyük Azərbaycan bəstəkarı Fərəc Qarayevin ölməz əsərlərindən olan “Qobustan kölgələri” baletinin musiqisində keçmiş ilə bu günün sintezi yeni baxımdan mənalandırılır. İlk dəfə 1969-cu ildə premyerası olan “Qobustan kölgələri” sonradan Paris, Nis, Lüksemburq, Monte- Karlo, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdə uğurla nümayiş olunub. Baleti maraqlı edən cəhətlərdən biri əsərdə müasir insanın birdən-birə keçmişə dönüşü və burada canlanan kölgələrə onun gözləri ilə baxılmasıdır. Birpərdəli “Qobustan kölgələri” baleti orijinal quruluşa malikdir və dörd kiçik novelladan ibarətdir.
Elm aləmi Qobustanla lap çoxdan tanış olsa da, UNESCO ilə bu dünya əhəmiyyətli tarixi abidəni bir-birinə bağlayan tarix elə də uzaq keçmiş deyil. Qobustan 2007-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib və bu gün dünya mədəni irsinin şah əsərləri sırasındadır. Xalqımızın milli sərvəti olan bu tarixi abidə hələ də dünya alimlərinin diqqətini cəlb edir. Hazırda Qobustanın dünya miqyasında təbliği ilə bağlı bir çox layihələr həyata keçirilir və bu məsələdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünyanın bir nömrəli mədəni təşkilatı olan UNESCO ilə əməkdaşlığa xüsusi önəm verir.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qobustanın UNESCO-da tanıdılması çərçivəsində qayaüstü rəsmlərin fotoşəkillərindən ibarət sərginin açılışı da olub. Mərasimdə çıxış edən UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez Qobustanın dünya mədəni irsindəki toxunulmaz yerindən və əhəmiyyətindən danışıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev diqqəti Qobustanın UNESCO - Azərbaycan əməkdaşlığındakı roluna yönəldib. Nazir bu tarixi abidənin təşkilatın Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsinin son dərəcə mühüm əhəmiyyət daşıdığını bildirib.
Sərgidə nümayiş olunan fotolardan da göründüyü kimi, qayaüstü rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilib.
Beləliklə, qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini dövrümüzə daşıyıb, müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini xalqımızın yaddaşından silinməyə qoymayıb və bəşəriyyətə dünya miqyaslı tarixi abidəni - Qobustanı bəxş edib.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

