/ / Əli Həsənov: Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir
Əli Həsənov: Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir
25.09.2014 [10:16]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsi:
- Əli müəllim, son bir həftədə müxtəlif beynəlxalq qurumlar, ayrı-ayrı dövlət rəsmiləri, bir sıra xarici təşkilatlar Azərbaycanda insan haqlarının, söz və məlumat azadlığının vəziyyəti ilə bağlı müəyyən tənqidi fikirlər səsləndiriblər. Buna münasibətinizi bilmək istərdik.
- Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir. Bu gün Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən, sərbəst fəaliyyət göstərir. İnsanlar öz fikirlərini azad şəkildə ifadə edirlər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Buna görə də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərlə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sifarişli məlumatı əsasında hazırlanmış belə açıqlamalar, bəyanatlar və sənədlər qərəzlidir, əsassızdır və subyektiv xarakter daşıyır.
Qeyd etmək istərdim ki, xarici fondlardan maliyyələşən bəzi yerli QHT-lər uzun illər ərzində qeyri-şəffaf fəaliyyət göstərmiş, qanunların tələblərinə məhəl qoymayaraq aidiyyəti dövlət orqanlarına heç bir hesabat verməmişlər. Hazırda Qərbin demokratik standartlarına uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən müvafiq düzəlişlər və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti institutlarının şəffaf fəaliyyətinin, onların hesabatlılığının təmin edilməsi, bu sahədə mövcud pozuntuların aradan qaldırılması məqsədi daşıyır. Hesab edirik ki, istənilən sahədə şəffaflığın olmaması korrupsiya və digər qanun pozuntularına birbaşa yol açan başlıca səbəblərdən biridir. Təbii ki, qanunları pozmaqda şübhəli bilinən təşkilatların fəaliyyəti araşdırılır və faktlar təsdiqini tapdıqca müvafiq ölçü götürülür. Bu isə, öz növbəsində, xaricdən aldıqları milyonlarla qrant vəsaitini şübhəli məqsədlərə yönəldən və dövlət orqanlarının qanuni tələblərini qulaqardına vuran ayrı-ayrı təşkilatları, xüsusilə də onların “demokratiya carçısı” kimi çıxış edən xarici havadarlarını qane etmir. Belə demək mümkündürsə, “5-ci kolon” öz missiyasını yerinə yetirmək imkanlarından məhrum edilir ki, bu da nəticə etibarilə mövcud mexanizmləri yaradan dairələrin Azərbaycana təzyiq rıçaqlarını zəiflədir. Hazırda bəzi xarici dairələrin və onların nəzarətində olan təşkilatların, medianın həddini aşan fəallığı da məhz bu amillə bağlıdır.
Təəssüf ki, müəyyən xarici dairələr insan hüquqları ilə bağlı təhrif olunmuş ayrı-ayrı halları ümumiləşdirərək müstəqil ölkələr barədə mənfi rəy formalaşdırmaq praktikasından geniş şəkildə yararlanırlar. Bu, düzgün yanaşma deyil. ABŞ Dövlət Departamentinin nümayəndəsi avqustun əvvəllərində Missuri ştatının Ferqyuson şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni, fövqəladə vəziyyətin elan olunmasını, silahdan istifadə, insan ölümləri, media və vətəndaş cəmiyyəti fəallarının hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hallarını ABŞ-ın daxili işi kimi xarakterizə etmişdi. Həmçinin ayrı-ayrı ekspertlər hökumətin həyata keçirdiyi sərt tədbirləri ictimai sabitliyi, cəmiyyətin təhlükəsizliyini təmin etməsi kimi qələmə vermişdilər. Ancaq bir gün öncə Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında humanitar xarakterli dinc aksiyanın qəddarcasına dağıdılmasının da ictimai təhlükəsizliklə əlaqəli olduğuna inanmaq çətindir. Həmçinin ABŞ və Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Əlbəttə, bütün bu hallar ümumiləşdirilərsə, dünyanın ən inkişaf etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia edilə bilər. Sual olunur: Nəyə görə Azərbaycanı tənqid edən məlum dairələr bu faktları ümumiləşdirərək həmin ölkələrdə demokratiyanın durumuna münasibət bildirmirlər? Təəssüf ki, bu ikili standartlar Qərbin bəzi dairələrinin hətta region ölkələrinə münasibətində də özünü açıq şəkildə büruzə verir.
Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndələri tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən mülahizələr, habelə “Human Rights Watch”, “Freedom House” və digər bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir.
Həmin dairələrin nəzərinə çatdırmaq istərdik ki, hər bir hakimiyyətin, o cümlədən Azərbaycan iqtidarının qarşısında duran başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin etməkdən ibarətdir. Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri çəkilmək və kimlərinsə istəyinə uyğun hərəkət etmək niyyətində deyil.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

