“Bakı - məhdudiyyətlərin olmadığı şəhər” adlı konfrans keçirilib
11.10.2014 [10:54]
Oktyabrın 10-da ADA Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, YUNISEF-in Azərbaycandakı nümayəndəliyi, Gənclər və İdman Nazirliyi və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “Bakı - məhdudiyyətlərin olmadığı şəhər” adlı konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransın açılışında çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirin UNİCEF-in Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümünə həsr olunduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri Bakı şəhərinin daha maneəsiz olması istiqamətində siyasi qərarların qəbul edilməsinə nail olmaqdır. Bu, xüsusilə qarşıdan gələn 2015-ci il Birinci Bakı Avropa Oyunlarının keçirilməsi munasibətilə Bakı şəhərinin əlverişlilik məsələlərinə dair əlaqələndirmə qrupun yaradılmasını nəzərdə tutur.
Rektor qeyd edib ki, ADA Universiteti açıq, beynəlmiləl və inklüziv cəmiyyətinin yaradılmasının tərəfdarıdır. “Qüsurları olan tələbələrin xidmətlərimizdən, proqramlarımızdan və fəaliyyətlərimizdən tam yararlanmaqla öz təhsil hüquqlarından maneəsiz şəkildə bəhrələnmələri əsas məqsədlərimizdən biridir”, - deyən rektor əlavə etdi ki, universitetin qurulması zamanı məhz bu faktorlar nəzərə alınıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın qəbul edildiyi 1994-cü ilin Azərbaycanda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğuna başlandığı, yəni həm də bu sənədin reallaşdırılması üçün ilk imkanların yarandığı dövrə təsadüf etdiyini deyib. Bildirib ki, ADA universitetinin və “ASAN xidmət” binaları əlillərin istifadəsinə də uyğun şəkildə tikilib. Nazir onu da bildirib ki, yaxın vaxtlarda “ASAN xidmət”lə nazirliyin birgə sexlərinin açılması nəzərdə tutulub. Bu sexlərdə gözdən əlil vətəndaşlar fəaliyyət göstərəcəklər.
Nazir diqqətə çatdırıb ki, cəmiyyət inkişaf edir və bu cəmiyyətdə əlil uşaqlara mənəvi və fiziki yer olmalıdır. Onlar bütün günü evdə oturaraq kiməsə möhtac qalmamalıdırlar, əlillərin adı insanlarla bərabər hüquqları olmalıdır.
S.Müslümov “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrasında, sağlamlıq imkanları məhdud uşaqların yaşadığı sosial xidmət müəssisələrinin potensialının artırılmasında və uşaqlara sosial xidmət sisteminin təkmilləşdirilməsində, “Sosial xidmət haqqında” qanunun hazırlanmasında UNİCEF ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, cari ilin iyununda ƏƏSMN ilə UNİCEF arasında imzalanan 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq, biz uşaqlarla bağlı sosial xidmətlər və sosial reabilitasiya sisteminin inkişafına yönələn bir sıra fəaliyyət istiqamətlərində birgə işlər aparacağıq. Bununla yanaşı, hazırda Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üzrə yeni strategiyanın hazırlanması nazirliyin gündəliyində duran məsələlərdən biridir. Bu strategiyanın hazırlanmasında UNİCEF tərəfindən texniki və ekspertiza dəstəyinin göstərilməsi, eləcə də sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi sisteminin dəstəklənməsi yeni əməkdaşlıq istiqamətləri ola bilər.
S.Müslümov eyni zamanda əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması ilə bağlı aparılan birgə işlərin də uğurla davam etdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.
Məhdudiyyətlərin aradan qaldırılmasının istər analar və uşaqlar, kişilər və əlilliyi olan şəxslər, istərsə də Bakı şəhərinin gələcəyi üçün əhəmiyyəti ətrafında müzakirələr ilə davam edən tədbirdə ADA Universitetinin əlillər ilə iş üzrə şöbəsinin rəhbəri Elnur Eyvazov məruzə ilə çıxış edib. E.Eyvazov qeyd etdi ki, özü gözdən əlil olsa da və görmə qabiliyyətinin 95 faizini itirdiyinə baxmayaraq, bu amil ona xaricdə ən tanınmış universitetlərdə təhsil almasına və nəhayət, cəmiyyətə inteqrasiya etməsinə mane olmayıb.
UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilaxadze öz çıxışında qeyd etdi ki, regionda UNİSEF-in Əlilliyi olan İnsanların Hüquqları haqqında Bəyannaməsinə qoşulan ilk dövlətlərdən biri olan Azərbaycanda hal-hazırda fiziki məhdudiyyətlərinin olub-olmamasından aslı olmayaraq bütün uşaqların ayrıseçkilik olmadan böyüməsi və ömrü boyu eyni imkanlara malik olması sahəsində görülən işlər UNİCEF-i çox sevindirir. “Maneəsiz Bakı” təşəbbüsü nəinki xüsusi ehtiyacları olan uşaqların, habelə əlilliyi olan anaların, ahıl insanların və fəhlələrin həyatlarında kəskin dönüş yaradacaq. Bununla belə, bu bir çox insan üçün iş və xidmət yerlərinin açılması baxımından da biznesə müsbət təsir göstərəcək.
Tədbirin əsas məruzəçisi UNİSEF-in beynəlxalq eksperti, Kanadalı doktor Kollin Haqs ən mütərəqqi beynəlxalq təcrübələri və tələbləri təqdim etməklə, rəhbər işçiləri “Bakını nəinki ən gözəl şəhərlərindən biri, habelə dünyanın ən qabaqcıl şəhərlərin birinə çevrilməsinə” çağırıb.
Konfransın yekunu olaraq, iştirakçılar tərəfindən “Bakı Müəssərlik Bəyannaməsi” imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22

