Siyavuş Novruzov: “Milli şura”nın mitinqi xaricdən planlaşdırılmış aksiya idi
14.10.2014 [10:02]
“Milli şura”nın mitinqi Azərbaycan xalqının, millətinin, dövlətinin əleyhinə iş aparanların müdafiəsinə hesablanmışdı”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Milli şura”nın oktyabrın 12-də keçirilən mitinqində yaşanan olaylara münasibət bildirərkən söyləyib.
“Bəs gəlin görək, mitinqin əsas mahiyyəti nə idi, söhbət nədən gedirdi? Hesab edirəm ki, bu mitinq Avropanın müxtəlif qurumlarının, o cümlədən, erməni lobbisinin təhriki və maliyyə dəstəyi ilə keçirilirdi. Məqsədləri də, guya, Azərbaycanda insan haqlarının pozulması və buna qarşı ölkə cəmiyyətinin etiraz etməsini dünyaya göstərmək idi. Lakin bu mitinqdə “Milli şura”nın qarşısına qoyduğu planların heç biri alınmadı. Birincisi, burada heç bir elektoratdan söhbət gedə bilməz. Çünki “Milli şura” ölmüş bir təşkilatdır, yenidən mitinq keçirməklə nəyisə sübut etmək olmaz. Digər tərəfdən, Azərbaycanda olan siyasi partiyalar, ictimai təşkilatların heç biri bu mitinqə öz dəstəyini göstərmədi. Həmin mitinqdə yalnız Müsavat Partiyası iştirak edirdi ki, onların da hərəsinin əlinə bir şəkil verib aşağıda saxlayırdılar. Beləcə, onlar say artırmaqla məşğul idilər.
Bu mitinqi Əli Kərimlinin İsa Qəmbər üzərində özünün qələbəsinin nümayişi kimi qiymətləndirmək olar. Hər kəs şahidi oldu ki, heç orada İsa Qəmbəri və Arif Hacılını tribunaya buraxmadılar. “Milli şura”nın mitinqi bütün hallarda xaricdən planlaşdırılmış aksiya idi. Təbii ki, Azərbaycanın qanunları istənilən bir vətəndaşın, təşkilatın sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağı tələb edir. Hər bir qurum və partiyanın mitinq keçirmək hüququ var. Hətta dövlət mitinqlərdə iştirak edən insanların təhlükəsizliyini qoruyur. Amma mitinqin təşkilatçıları öz üzərlərinə düşən öhdəliyi yerinə yetirmədilər. Mitinqdə terror təşkilatının bayrağını qaldırdılar. Bu baxımdan da “Milli şura”nın mitinqində Ermənistanın bayrağı belə qaldırılsaydı, heç də təəccüblənməzdim. Çünki onların müdafiə etdiyi insanların böyük əksəriyyəti erməni lobbisinə, Ermənistanın xüsusi kəşfiyyat orqanlarına xidmət edən şəxslərdir”, - deyə YAP İcra katibinin müavini bildirib.
Siyavuş Novruzov deyib ki, mitinqin təşkilatçıları Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdikdə mitinqlə bağlı bütün məsuliyyəti öz üzərlərinə (orada səsləndirilən şüarlar və s.) götürüblər: “Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq haqqında” qanununda göstərilir ki, etnik, dini, milli çağırışlara, təhqirlərə yol vermək olmaz. Amma onlar həmin mitinqdə “Sərbəst toplaşmaq haqqında” qanunun bütün müddəalarını pozdular. Bununla belə, onlar “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının bayrağını qaldırdılar. Hesab edirəm ki, bu, onların təxribatı idi”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

