Mədəni irs Azərbaycan dövlətinin prioritetləri arasında xüsusi yer tutur
15.10.2014 [09:56]
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində oktyabrın 14-də “Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014” tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının demokratik idarəçilik direktorluğunun nümayəndələrinin iştirakı ilə baş tutub.
Mərasim iştirakçıları əvvəlcə “İcmalar irsi formalaşdırır: Azərbaycan simaları” mövzusunda hazırlanmış fotosərgi ilə tanış olublar.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin Avropa Şurasının üzvü olmasından sonra qurumun bütün beynəlxalq layihələrində, tədbirlərində fəal iştirakından söz açıb.
Bildirilib ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində nəzərdə tutulan silsilə tədbirlər sırasında məhz mədəniyyət və turizm tədbirlərinin keçirilməsi sevindirici haldır. Müvafiq sahədə ilk tədbirin “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı” olduğunu diqqətə çatdıran nazir ölkəmizin özünü Avropa ailəsinin ən yaxın üzvü kimi tanıtdıra bildiyini qeyd edib.
Ə.Qarayev deyib: “Mədəni irs Azərbaycan dövlətinin prioritetləri arasında xüsusi yer tutur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq olunub. Bu konsepsiyada mədəni irsin qorunması əsas istiqamətlərdən biri kimi əksini tapıb. Fəxr edirik ki, mədəni irsə marağımız nəinki ölkə daxilində, eyni zamanda bütün qitələrdə də öz əksini tapıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən dünyanın bir çox ölkələrində mədəniyyət obyektlərinin bərpası, yenidən qurulması istiqamətində layihələr həyata keçirilir. Belə mühüm işlərin coğrafiyasına Luvr, Vatikan muzeyləri və digər məkanlar daxildir. Qloballaşan dünyada Azərbaycan bütün mədəniyyətlərə doğru yaxşı niyyətlə addımlayır”.
Belə möhtəşəm tədbirin Azərbaycanda təşkilinin əhəmiyyətini vurğulayan mədəniyyət və turizm naziri təşkilatçılara dərin təşəkkürünü bildirib.
Sonra Avropa Şurasının demokratik idarəçilik direktorluğunun rəhbəri Klaudia Luçianinin videomüraciəti nümayiş etdirilib.
Müraciətdə belə mötəbər tədbirin təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə olunub, “Avropa irs günləri”nin fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb, təşkilatçılara uğurlar arzulanıb.
Tədbirdə “Avropa irs günləri” layihəsi və onun Azərbaycanda qeyd olunmasına dair film nümayiş olunub.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa Komissiyasının “Yaradıcı Avropa proqramının” rəhbəri Monika Urian de Souza və “Avropa irs günləri” layihəsinin meneceri Madelena Qrosman tədbirin əhəmiyyətindən və təmsil etdikləri ölkədə müvafiq sahə üzrə təcrübələrindən söz açıblar.
Bildirilib ki, layihənin məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.
Diqqətə çatdırılıb ki, “Avropa irs günləri”nin qeyd olunmasında hər bir ölkənin özünəməxsus təcrübəsi var. Bəzi ölkələrdə tədbirlər hər il müəyyən regionu əhatə edir, bəzilərində isə bütün ölkə boyu qeyd olunur, tarix və mədəniyyət abidələrinin qapıları hamının üzünə açılır. Ümumiləşdirilmiş statistik məlumatlara əsasən, son dövrlərdə hər il Avropanın 100 mindən çox mədəni irs abidəsində “Avropa irs günləri” çərçivəsində “Açıq qapı” günləri təşkil olunur.
Tədbir işini sessiyalarla davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

