“İntellektual Davos”, yaxud bir daha IV Bakı Beynəlxalq Humanitar Forumu haqqında
16.10.2014 [09:27]
Sirr deyil ki, səmərəli xarici siyasət kursuna malik olan, qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Ölkəmizdə ən mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, qlobal əhəmiyyətli taleyüklü məsələlərin aktiv müzakirəyə çıxarılması və digər bu kimi nümunələr, eyni zamanda, Bakının mədəniyyətlərarası dialoqun paytaxtına çevrilməsini göstərir.
Humanitar Forum aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu platforma kimi
Bu baxımdan, bir müddət öncə keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu deyilənləri təsdiq edən əyani nümunə kimi çıxış etdi. Ümumiyyətlə, Forumda 60-dan çox ölkədən minə yaxın qonağın, o cümlədən, nüfuzlu alimlərin, Nobel mükafatçılarının, çoxsaylı yüksək rəsmi şəxslərin iştirak etməsi tədbirin əhəmiyyətindən və miqyasından xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bununla yanaşı, dünyaya tolerantlıq kontekstində yeni model bəxş edən, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Bu mötəbər tədbirdə müzakirə olunan məsələlər, ifadə edilən nəticə və qənaətlər göstərdi ki, Humanitar Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Eyni zamanda, bu Forum aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır.
Bakı Beynəlxalq Humanitar Forumu dünyanın intellektual elitası üçün real məkandır
Təsadüfi deyil ki, IV Bakı Beynəlxalq Humanitar Forumu “intellektual Davos” kimi xarakterizə edildi. Məsələn, “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Forumun əhəmiyyətini dəyərləndirərək deyib ki, çox əhəmiyyətli beynəlxalq tədbir olan Bakı Humanitar Forumu dünyanın intellektual elitası üçün həqiqi və real məkandır. Burada siyasətçilər, keçmiş dövlət başçıları, mədəniyyət xadimləri və vətəndaş cəmiyyətinin nümayəndələri görüşürlər: “Hazırda nəzəriyyədən tutmuş humanist təcrübəyə qədər multikulturalizmin müqayisəli tədqiqi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq şəraitində XXI əsr jurnalistikasının problemləri, sabit inkişaf üçün zəruri olan insan potensialının formalaşması, sabit inkişaf və ekoloji sivilizasiya, prioritetlərin dəyişməsi - yeni universallığın formalaşması və tolerantlığın müstəqil mənəvi dəyər kimi önə çəkilməsi, informasiya məkanının qloballaşması şəraitində aktual media məsələləri kimi dünya cəmiyyətinin mühüm problemlərini müzakirə etmək üçün 70 ölkənin siyasi, elmi, intellektual və biznes elitası nümayəndələrinin görüşməsi üçün dünya səviyyəli elə bir intellektual məkan, əslində, yoxdur”.
Azərbaycan: beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi
Digər tərəfdən, IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri bir daha bunu göstərdi ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında yüksək nüfuza və böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı daha da artırır.
Yeri gəlmişkən, Arye Qut onu da diqqətə çatdırıb ki, Azərbaycanın paytaxtı, füsunkarlığı ilə göz oxşayan Bakı beynəlxalq humanitar əməkdaşlıq üçün beynəlxalq məkana, “intellektual Davosa” çevrilir: “Azərbaycan rəhbərliyinin siyasəti, tolerantlıq və multikulturalizm ideyası təbliğ etməsi Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin qorunub saxlanılmasına, dünyada bu siyasətin bundan sonra da möhtəşəm müasir və güclü Azərbaycan modeli nümunəsində inkişaf və təbliğ etdirilməsinə yönələn strategiyasının əksidir”.
Azərbaycanın təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunədir
Forum çərçivəsində əks olunan mühüm reallıqlardan biri də multikulturalizmin Azərbaycanda həyat tərzi olmasıdır. Ümumiyyətlə, Azərbaycanda multikulturalizm məsələsi xüsusi aktuallıq kəsb edir, çünki ölkəmizin təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi dəyərləndirilməkdədir. Şübhəsiz, bunun fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir.
Məhz Azərbaycanın təcrübəsi, multikulturalizmin təbliği üçün müsbət nümunə olması həm ayrı-ayrı ekspertlər tərəfindən vurğulanır, həm də bu məsələ beynəlxalq mətbuatda özünə geniş yer tapır.
Nəticə etibarilə, beynəlxalq ictimaiyyət haqlı olaraq IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirdi. İştirakçılar Forum çərçivəsində keçirilən “dəyirmi masa”larda qlobal əhəmiyyətli məsələlərə dair mühüm müzakirələrin aparıldığını qeyd edərək orada ifadə edilən nəticələrin bütün bəşəriyyət üçün aktual olduğunu diqqətə çatdırdılar. Bir sözlə, Forum öz səmərəli və əhəmiyyətli nəticələri ilə yadda qaldı.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12

