Humanitar Forumun bəşəriyyəti narahat edən əsas problemlərə həsr olunması təqdirəlayiqdir
22.10.2014 [09:50]
“Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun bəşəriyyəti narahat edən əsas problemlərə həsr olunması təqdirəlayiqdir. Forumda müzakirə edilən ictimai ədalət, sülh, ətraf mühitin qorunması, yoxsulluqla mübarizə, mədəniyyətlərarası dialoq və s. aktual məsələlər bütün insanları düşündürür”. Bu fikirləri AzərTAc-a müsahibəsində IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş İran İslam Respublikasının Qərbi Azərbaycan Valiliyinin siyasi və seçkilər idarəsinin baş direktor müavini Abbas Ramazani deyib.
A.Ramazani Forumda tanınmış ictimai-siyasi xadimlərin, Nobel mükafatı laureatlarının iştirakının onda çox xoş təəssüratlar yaratdığını bildirib. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılışındakı nitqində hamını düşündürən bir çox vacib məqamlara diqqət yetirməsinin, dövlət başçısının Azərbaycanın zəngin mədəniyyətindən, qədim tarixindən danışmasının yüksək qiymətə və alqışa layiq olduğunu söyləyib. Qeyd edib ki, Forumda mədəniyyətlərarası dialoqun təşviqi, İslamı və xristianlığı qarşı-qarşıya gətirən sivilizasiyaların toqquşması nəzəriyyəsinin tənqidi önəmli amil idi.
Azərbaycan haqqında təəssüratlarını bölüşən A.Ramazani deyib: “Mən əvvəllər də Bakıda olmuşam. Ötən illərlə müqayisədə bu şəhərdə xeyli müsbət dəyişikliklər baş verib. Çoxlu yollar, binalar və körpülər inşa edilib. Bizim yerləşdiyimiz yeni inşa edilmiş “Fairmont” otelinin yuxarı mərtəbələrindən Bakı şəhərinə çox gözəl mənzərə açılırdı. Forumun keçirildiyi Heydər Əliyev Mərkəzi isə Bakının ən gözəl yerlərindən biri sayılır və memarlıq abidəsi dəyərlərinə malikdir. Bu gözəllik sadəcə mənim deyil, bütün iştirakçıların diqqətini cəlb etdi və bəzi iştirakçılar öz çıxışlarında da bu məsələyə diqqət yetirdilər. Bakıda birinci Avropa Oyunlarının keçirilməsi məqsədilə inşa edilən yeni stadion və onun yaxınlığında idmançıların yerləşməsi üçün tikilən binalar da şəhərə xüsusi gözəllik verəcək”.
Azərbaycanın yalnız paytaxtının deyil, regionlarının da inkişafını qeyd edən A.Ramazani bildirib ki, qədim Qəbələ şəhəri füsunkar təbiətə malikdir. İnsanların qonaqpərvərliyi isə hər yerdə hiss edilirdi.
“Mən özümü Azərbaycan xalqına daha yaxın hiss etdim. Azərbaycan dövlətinə bu möhtəşəm tədbirin təşkilinə görə təşəkkürümü bildirirəm”, - deyə A.Ramazani əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

