/ / Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirir
Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirir
22.10.2014 [10:01]
Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu Sərəncamı yüksək qiymətləndirirlər
Azərbaycan insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu demokratik ölkələrdəndir. Demokratik transformasiya strategiyasının uğurla reallaşdırıldığı ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunması siyasətinin əsasını Ulu öndər Heydər Əliyev qoyub. Bu siyasət özündə humanist prinsipləri ehtiva etməklə milli inkişafı sürətləndirən və vətəndaş cəmiyyəti quruculuğunu təmin edən fundamental faktor kimi çıxış edib. Məhz bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan beynəlxalq səviyyədə müasir hüquqi dövlət imicinə malikdir.
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə nəticə etibarilə çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Bu siyasətin əsas məqsədlərindən birini də rol və statusundan asılı olmayaraq sosial münasibətlər sistemində iştirak edəcək, cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası, eləcə də reinteqrasiyası təşkil edir. Bunun üçün dövlət tərəfindən səmərəlilik dərəcəsinə görə olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da bu istiqamətdə davamlı tədbirlər görülür. Bunlardan birini də azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan əfv haqqında sərəncamlar, həmçinin, amnistiya aktlarının qəbul olunması təşkil edir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın Ədliyyə Nazirliyi Penitensiar xidmət üzrə icrası artıq başa çatıb. Xatırladaq ki, Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 80 nəfər cəzasının çəkilməmiş hissəsindən, bir nəfər şərti cəzadan, iki nəfər islah işləri cəzasından, bir nəfər isə cərimə cəzasından azad olunub. Sərəncamda qeyd olunur ki, əfv olunan şəxslər onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsasında müəyyənləşdirilir.
Dolayısıyla, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı humanizm siyasətinin növbəti nümunəsini təşkil edir. Bu, öz növbəsində, dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi dəyərləndirilir.
Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu Sərəncamı yüksək qiymətləndirirlər. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı yüksək humanizm nümunəsidir: “Birincisi, bu cür sərəncamlarla vətəndaşlara cəmiyyətə yenidən inteqrasiya etmək imkanı yaradılır. Bu, cəmiyyətdaxili münasibətlər baxımından çox əhəmiyyətlidir. İkincisi, bu, cəmiyyətdə ictimai barışa, sülhə, əmin-amanlığa, vətəndaşların bir-birinə normal münasibətinə xidmət edən, bu istiqamətdə topluma mühüm mesajlar verən addımdır. Üçüncüsü isə, bu, dövlətin öz vətəndaşına verdiyi yüksək qiymətin göstəricisidir. Bütövlükdə, Azərbaycan cəmiyyəti növbəti əfv Sərəncamının imzalanmasını yüksək qiymətləndirir”.
Milli Məclisin deputatı, “Demokratiya və İnsan Hüquqları Komitəsi”nin sədri Çingiz Qənizadə də bildirib ki, Prezident İlham Əliyev tərəfindən növbəti əfv Sərəncamının imzalanması böyük humanizm nümunəsi kimi dəyərləndirilməlidir: “Bildiyiniz kimi, bütövlükdə, 84 nəfər məhkum əfv edilib. Hesab edirəm ki, bu sevinc minlərlə insana şamil olunur. Dövlət başçısı hər il bir sıra məhkumların əfv olunması ilə bağlı sərəncamlar imzalayır və bu, onlarla ailəyə sevinc bəxş edir. Məhz buna görə də, təkcə əfv olunan məhbuslar və onların yaxınları deyil, bütün ictimaiyyət bu addımı alqışlayır. Bu Sərəncam Azərbaycanda humanist siyasətin həyata keçirilməsinə dair çoxsaylı göstəricilərdən biridir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

