/ / Takehiko Nakao: Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə təkan verməkdə maraqlıdır
Takehiko Nakao: Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə təkan verməkdə maraqlıdır
05.11.2014 [10:08]
Asiya İnkişaf Bankı (AİB) qarşıdakı 2014-2018-ci illərdə Azərbaycana 750 milyon ABŞ dolları həcmində vəsait ayırmağı proqnozlaşdırır.
AzərTAc xəbər verir ki, AİB-in prezidenti Takehiko Nakao noyabrın 4-də Bakıda keçirdiyi mətbuat konfransında bu haqda danışarkən deyib: “AİB Ölkə Tərəfdaşlıq Strategiyasına uyğun olaraq Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun inkişafına təkan verməkdə maraqlıdır. Bu strategiya “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun hazırlanıb. Azərbaycan hökuməti qarşıya qoyulan hədəflərə nail olmaq üçün özəl sektorun potensialından istifadə edə bilər”.
AİB prezidenti bildirib ki, Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində nəqliyyat, enerji, şəhər xidmətləri, kiçik və orta biznes və dövlət-özəl sektorlar arasında tərəfdaşlığın inkişafına dəstək veriləcək. Bu sektorların inkişafı yeni iqtisadi imkanlar yaradacaq, şəhərlə kənd arasında fərqi azaldacaq. Yeni strategiya, həmçinin regional əməkdaşlıq, idarəetmə, ekoloji sabitlik, iqlim dəyişikliyi və layihələrin daha səmərəli icrasına böyük önəm verir.
Həyata keçirilən layihələr arasında nəqliyyat sektorunun da önəmli yer tutduğunu deyən AİB prezidenti qeyd edib ki, bu sahədə infrastrukturun təkmilləşdirilməsi iqtisadi səmərəliliyi və rəqabət qabiliyyətini artıracaq. Eyni zamanda, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) ölkələri və digər regionlarla Azərbaycanın qarşılıqlı əlaqələrini genişləndirəcək.
Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana bu günədək kredit və qrant olaraq 1,6 milyard dollardan çox vəsait ayrılıb. Özəl sektora isə dövlət zəmanəti olmadan 150 milyon dollar vəsait qoyulub. Bu barədə də danışan T.Nakao neft-qaz gəlirlərinin ölkə iqtisadiyyatına mümkün təsirlərinə də toxunub. Təbii sərvətlərdən əldə olunan gəlirlərin bir çox ölkələrdə səmərəli istifadə edilmədiyini vurğulayan AİB prezidenti bildirib ki, Azərbaycan bu sahədə öz müsbət təcrübəsi ilə seçilir. Ötən 21 ildə Azərbaycanın inkişafı bunun bariz nümunəsidir. Dövlət Neft Fondunun yaradılması gələcək nəslin ehtiyaclarının ödənilməsi və makroiqtisadi sabitliyi təmin etmək baxımından uğurlu addımlardan biridir. Azərbaycan Hökuməti müasir dünyadakı çağırışları çox gözəl anlayır və buna uyğun addımlar atır.
Azərbaycanın böyük inkişaf perspektivinin olduğunu deyən T.Nakao səfərinin sosial-iqtisadi məsələlərin, investisiya layihələrinin müzakirəsi baxımından gözəl imkan yaratdığını diqqətə çatdırıb. Azərbaycana ilk dəfə səfər etməsinə baxmayaraq burada gördüyü inkişafdan məmnunluğunu bildirən AİB prezidenti rəhbəri olduğu qurumun 48-ci illik toplantısının gələn ilin may ayında Bakıda keçiriləcəyi barədə məlumat verib. O qeyd edib ki, 67 ölkədən 3 mindən çox nümayəndənin qatılacağı toplantıda dünya gündəmində olan iqtisadi məsələlər müzakirəyə çıxarılacaq. Ümumiyyətlə, AİB-in bu cür mötəbər toplantısı Qafqazda keçiriləcək ilk belə tədbir olacaq.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

