“Daxili” və “xarici” ermənilər
28.11.2014 [09:42]
Ötən həftə Batumidə Vətəndaş Cəmiyyəti Forumunda baş verən hadisələr bir daha təsdiq etdi ki, Qərbin insan haqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən bəzi təsisatları erməni lobbisi və Ermənistanla əlaqəli şəkildə fəaliyyət göstərir. Bu fəaliyyətdə əsas məqsəd Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi kimi həyati vacib problemin həllindən yayındıraraq bütün gücünü süni şəkildə şişirdilmiş məsələlərə yönəltməyə məcbur etməkdir.
Bir zamanların milli təəssübkeşi olan, sözün həqiqi mənasında, xalqımızın azadlığı uğrunda çarpışan Azərbaycan Xalq Cəbhəsinin mirasına iddia edən, əslində isə, milli yoldan büsbütün uzaqlaşmış AXCP, onun qeyri-rəsmi təbliğat orqanından başqa bir şey olmayan “Azadlıq” qəzeti və ABŞ-ın zopası rolunda çıxış edən “Azadlıq” radiosu, onların ardınca sürünən müxtəlif “hüquq müdafiə təşkilatları”, “vəkil”lərdən ibarət “beşinci kolon” həmin qüvvələrin sifarişlərini yerinə yetirir, Azərbaycana qarşı qərəzli kampaniyaya zəmin yaradırlar.
Onların bu əməli Batumidəki tədbirdə açıq-aydın göründü. Bu uzantılar göstərdilər ki, hətta erməniləri və “People in Need” (“PiN”) kimi qatı ermənipərəst təşkilatları müdafiə etməkdən belə çəkinmirlər.
Təsadüfi deyil ki, həmin tədbirdə iştirak edənlərdən biri ermənilərin guya Azərbaycana qarşı qərəzli qətnamənin səsverməsinə qatılmadıqlarını və “ədalətli” mövqe tutduqlarını iddia edir. Hələ bu azmış kimi o, ermənilərin səsvermədə iştirak etməməsindən təəssüflənir və 20 səs itirdiklərini dilə gətirir. Bu, erməni təəssübkeşliyinin və Azərbaycana düşmən münasibətin bariz nümunəsidir. Halbuki Azərbaycana qarşı sənədlərdən birini, məhz elə ermənilər təklif etmişdilər. Özü də bu sənəd keçmədiyi halda Vətəndaş Cəmiyyəti Forumu onu öz saytında yayınlamışdı.
Və “Azadlıq” qəzeti bütün bu prosesləri yaxından izləyir, “beşinci kolon”un ruporu qismində çıxış edərək ermənilərin və onları dəstəkləyənlərin mövqeyini müdafiə edir. Üstəlik, Azərbaycanın milli maraqlarına xidmət edənləri hədəfə alaraq təktərəfli yazı və dəyərləndirmələrə yer verir. Burada hər şey bir yana, media etikası, balanslı yanaşma, tərəflərin mövqelərinə yer vermə kimi jurnalistikanın qızıl dəyərləri də ayaq altına atılır.
Bu qəzet öz mövqeyini “sübut” etmək üçün “PiN”in proqram rəhbəri İvana Skalovaya öz səhifələrində geniş yer verir. O isə qəzetdə dərc olunmuş müsahibəsində etiraf edir ki, təşkilatın qurucuları 1988-ci ildə Spitakda baş vermiş zəlzələ ilə əlaqədar Ermənistanda işləyiblər və humanitar yardım göstəriblər.
İ.Skalova təşkilatın Əfqanıstan, Suriya, Efiopiya və digər ölkələrdə humanitar layihələr həyata keçirdiyini bildirir, uzun illərdir Ermənistanda çalışdıqlarını deyir. “PiN” Ermənistanda həssas qruplara sosial-iqtisadi məsləhətlər verir, bu sahədə xidmətlər göstərilməsinə yardım edir, qeyri-kommersiya təşkilatlarına köməklik göstərir və s.
İndi sual olunur: Ermənistanda zəlzələnin nəticələrinin aradan qaldırılmasına, bu ölkənin həssas qruplarına yardım göstərən “PiN” görəsən elə həmin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanda yaranmış humanitar fəlakətlə niyə maraqlanmayıb? 1 milyondan artıq qaçqın və məcburi köçkünün problemləri, müharibənin ağır nəticələrindən əziyyət çəkən çoxsaylı insanların taleyi bu vaxta kimi “PiN”in yadına niyə düşməyib? Bəs “PiN”i və onun açıq ermənipərəst mövqeyini dəstəkləyənlər niyə bu sualları da dilə gətirmir?
Bu sualların cavabı üçün uzağa getməyə gərək yoxdur. Azərbaycanda ermənipərəst “PiN”i humanitar məsələlər deyil, uydurma “insan hüquqları problemi” maraqlandırır və buna görə də, təşkilat 2013-cü ildə Bakıda fəaliyyətə başladığını iddia edir. Niyə 2013-cü ildə? Bəs niyə məhz humanitar fəlakət dönəmində - münaqişənin ilk illərində deyil? Azərbaycanda insan haqları problemi müstəqilliyin ilk illərində, Ermənistanın Azərbaycana təcavüzü, torpaqların işğalı nəticəsində Azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsi ilə başlayıb axı. “PiN” o vaxt bu məsələyə ona görə diqqət ayırmayıb ki, başı Ermənistana və onun işğalçılıq siyasətinə açıq dəstək verməyə, tərəf tutmağa qarışmışdı. Hərçənd biz bunu yazırıq, indi “PiN” kimi təşkilatların Azərbaycandakı uzantıları durub iddia edəcəklər ki, yalan danışırıq. Bu başdan deyirik ki, bunu biz deyil, “PiN” rəsmilərinin özləri müsahibə və çıxışlarında dəfələrlə vurğulayıblar. İnkarçılara ən azından bu təşkilatın qurucuları və rəhbərləri olan Simon Panek və Yaromir Ştetinanın Azərbaycan mediasında yayılan açıqlamalarını oxumağı tövsiyə edirik. İnanmırıq ki, onların bundan sonra da həqiqəti təhrif etməyə və öz fəaliyyətinə bəraət qazandırmağa hünəri çatacaq.
Daha bir sualın da cavabı maraqlı olardı: Görəsən Ermənistanda insan hüquqları, söz azadlığı pozulmur? Azərbaycanda bəzi şəxslərin həbsindən “şok” keçirən İ.Skalova 1998-ci ildə Ermənistan parlamentinin, 2008-ci ildə isə İrəvanda dinc aksiyaçıların gülləbaran edilməsindən, onlarla insanın qətlə yetirilməsindən niyə “şoka” düşməyib?! Yaxud da, elə son günlər ərzində İrəvanda müxalifətçilərə aid 4 avtomobilin yandırılması necə, bu da xanım Skalovada “şok” yaratmır görəsən? Bəs Ermənistan adlı “xarabada insanların heç olmasa sərbəst toplaşmaq azadlığı var” deyə iddia edən azərbaycanlı “PiN” uzantısında necə, onda da “şok” effekti yaranmadı?
Separatçı qurumlara dəstək vermədiklərini iddia edən İ.Skalova təşkilatın saytında qondarma “Dnestryanı respublikanı” canfəşanlıqla təbliğ etməsini, məhz bu təşkilatın dəstəyi ilə bu qondarma qurumun nümayəndələrinin Vətəndaş Cəmiyyəti Forumuna qatıldıqlarını niyə demir?
Skalova “PiN”in ermənipərəstlikdə ittiham olunacağından çəkinərək, separatçı “DQR”in “nümayəndə heyətinin” forumda iştirakı ilə bağlı təşəbbüs irəli sürdüklərini və bu istiqamətdə davamlı fəaliyyət göstərdiklərini inkar edir. Amma axı bu təşəbbüsün şahidləri var. Necə olur ki, bu təşkilatın təmsilçiləri açıq şəkildə ermənipərəstlik edir, yeni təşəbbüslər irəli sürür, üstündən bir neçə gün keçməmiş yalanlarla baş qatmağa çalışırlar? Özü də necə olur ki, bu cür açıq şəkildə erməni mövqeyindən çıxış edən təşkilata “Azadlıq” qəzeti həvəslə yer verir? Bunun adı nədir? Düşmənlə eyni tərəfdə səf tutmaq, yaxud ...?
Görünür, “beşinci kolon”un və “PiN”in Batumidə ermənipərəst fəaliyyətinin ifşası o qədər əsaslı oldu ki, onlar tam inkarçılıq mövqeyi tutur, hər bir replikaya əsəbi reaksiya verir, nəzərəçarpacaq həssaslıq və həyəcanla, arqumentsiz hücumlarla özlərini təmizə çıxarmağa səy göstərirlər. Ancaq hər bir açıqlama, müsahibə və məqalə ilə özlərini daha da ifşa edirlər.
Batumidə baş verən hadisə ermənilərin, ermənipərəst xarici təşkilatların və Azərbaycandakı “beşinci kolonun” əlaqəli fəaliyyətinin bariz nümunəsidir. Həm də ibrətamizdir. Çünki bu olay uzun illərdir ermənilərin dəyirmanına su tökməklə məşğul olanların tam çılpaqlığıyla ifşası üçün gözəl fürsət oldu. Özü də onları başqaları deyil, məhz özləri ifşa etdilər. Əməllərilə, açıq-aşkar ermənipərəst mövqeləri ilə. Bizim illər uzunu “daxili erməni” adlandırdığımız bu adamlar bir daha Azərbaycanın əleyhinə çıxış etməklə göstərdilər ki, onların davası insan haqları, demokratiya, azadlıq davası deyil. Bu adamlar və az sayda da olsa onların ardınca gedənlər anlamalıdır ki, artıq belə oyunlara son qoymaq lazımdır.
Azərbaycan cəmiyyəti isə öz növbəsində, bu cür “daxili erməniləri” ifşa edib onlara layiqli yerini göstərməlidir ki, düşmənlə mübarizədə heç bir qüvvə əl-ayağa dolaşmasın.
Azər Həsrət
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20

