Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır
09.12.2014 [09:13]
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf siyasəti bu gün uğurla davam etdirilməkdədir
Fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edən, Azərbaycan dövlətinin bütövlüyü uğrunda fədakarlıqla çalışan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, insanların rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görən Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan tarixinə müasir müstəqil dövlətimizin memarı və qurucusu kimi düşüb. Bu da səbəbsiz deyil, Belə ki, SSRİ-nin dağılmasının nəticəsi olaraq, digər müttəfiq respublikalarla yanaşı ölkəmiz də 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə, müstəqilliyini elan və həm də bərpa etdi. Lakin bu aktın qəbul edilməsi ilə Azərbaycan xalqı imperiya zəncirindən rəsmən azad olsa da ürəyində həmişə yaşatdığı, həsrətini çəkdiyi azadlıq ideallarına qovuşsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə yenidən qayıdışından sonra reallaşdı...
Məlum olduğu kimi, 1991-1992-ci illərdə, o cümlədən, 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Çünki bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtmışdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən həmin vaxt Azərbaycan öz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə baş-başa qalmışdı. Öz xalqına qarşı ağır cinayətlər törətmiş Vəzirov və Mütəllibovun xəyanətkar əməlləri, özbaşınalığa rəvac verən AXC-”Müsavat” hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində, məhz Ulu öndər Heydər Əliyevin şəxsi səyi nəticəsində qurulan, Onun 1969-1982-ci illərdə respublika rəhbəri olduğu dövrdə yaradılan iqtisadi potensial, demək olar ki, tam dağıdılmış, milli sərvətlərimiz talan edilmişdi. Bu azmış kimi, AXC-”Müsavat” rəhbərliyi ölkə hakimiyyətini əldə saxlamaq üçün qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verdi. Bu məqam sonradan Azərbaycanda separatizm meyillərinin güclənməsinə əlverişli şərait yaratdı.
Beləliklə, bütün bunların fonunda daxili və xarici düşmənlərin ölkəni min bir yerə parçalamaq planları artıq yavaş-yavaş öz işini görməkdə idi. Bir tərəfdən Ermənistanın və onun havadarlarının ölkəmizə qarşı elan olunmamış müharibəsi, digər tərəfdən, hakimiyyətdə olan qüvvələrin təhriki ilə separatizmə rəvac verilməsi ölkədə vətəndaş qarşıdurması yaratmışdı. Ölkəni fəlakətdən, yaranmış bu ağır vəziyyətdən isə ancaq Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qətiyyəti və iradəsi xilas edə bilərdi. Xalqımızın yekdil rəyi bu idi ki, məhz Ulu öndərin ən çətin şəraitdə düzgün olan yeganə yolu seçmək bacarığı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtula, müstəqil dövlətçiliyini qoruyub saxlaya bilər. Məhz belə bir ağır zamanda xalqımız öz xilaskarına-Ulu öndər Heydər Əliyevə müraciət etdi. Hər zaman millətinin, dövlətinin inkişafı üçün çalışmış Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verdi və olduqca ağır vəzifəni öz üzərinə götürdü. Beləlklə, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyev tezliklə ölkəni məhv olmaq təhlükəsindən xilas etdi. Və Ümummilli liderimizin Ali Sovetin Sədri seçildiyi 15 iyun tarixə Milli Qurtuluş Günü kimi düşdü...
İctimai-siyasi sabitlik inkişafın əsas təməl prinsipidir...
Beləliklə, yuxarıda da vurğulandığı kimi, hakimiyyətə yalnız mənfəət prizmasından yanaşan AXC-”Müsavat” cütlüyü ölkəni iqtisadi tənəzzülə uğratmaqla yanaşı, siyasi və hərbi cəhətdən də gərgin bir vəziyyət yaratmışdı. Ölkədə kriminogen durum günü-gündən pisləşir, cinayətkarlıq baş alıb gedirdi, qanunun tələbləri, səlahiyyətli vəzifəli şəxslərin əmr və sərəncamları, göstərişləri icra olunmurdu. Sadəcə, hər kəs öz silahlı dəstəsinə arxayın olaraq hakimiyyət savaşı aparmaq qərarı verirdi. Ölkədə istehsal dayanmışdı, iqtisadi böhran həyatın bütün sahələrini öz caynağına almışdı. Digər tərəfdən, siyasi qurumlar arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Yaranan bu “münbit” situasiyadan istifadə edən erməni quldurları isə Azərbaycan torpaqlarını işğal etməyə başlamışdı. Artıq Dağlıq Qarabağ ətrafındakı rayonlar belə AXC-”Müsavat” hakimiyyəti ilə Ermənistan arasında siyasi alver predmetinə çevrilirdi.
Bütün bu mənfi proseslərə isə Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra son qoyuldu. Ümummilli liderimiz atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsinin və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni yolla ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirildi. Bir sözlə, Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və Onun Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Bu isə Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki ölkənin gələcək inkişafı məhz sabitliyə əsaslanırdı.
Ulu öndər Heydər Əliyevin səyi ilə qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. Möhkəm nizam-intizama malik ordunun yaradılması, Silahlı Qüvvələrdə vahid komandanlığın təmin edilməsi sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində 1994-cü ilin may ayında atəşkəsə nail olundu. 1993-cü ilin iyun ayınadək ordudan fərarilik edən 47 mindən çox hərbi qulluqçu Ümummilli liderin bir çağırışı ilə Milli Ordunun sıralarına qayıtdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı.
Əldə olunan sabitlik öz növbəsində, ölkənin iqtisadi inkişafına rəvac verdi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” xarici investisiyanın Azərbaycana gəlişini təmin etməklə yanaşı ölkənin neft stratejiyasının da əsasını qoydu. Bu müqavilə müasir, inkişaf edən Azərbaycanın iqtisadi sütununa çevrildi.
Azərbaycanın ilk milli Konstitusiyası Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb
Məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğu inkişaf yolunu bəyan etsə də, bu məramın həyata keçirilməsi Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk milli Konstitusiyanın qəbul olunması ilə reallaşdı. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının layihəsinin hazırlanmasını gündəlik nəzarətdə saxladı. Konstitusiyada yer alan müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması, konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi müddəalar dövlətin xarici-daxili siyasətinin prioritetini təşkil etdi.
Bir sözlə, insan hüquq və azadlıqlarının genişləndirilməsi, demokratik dövlət quruculuğunun inkişafı istiqamətində qanunvericilik bazası yaradılmaqla dövlətin hüquqi əsası qoyuldu. Bu gün Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, xalq hakimiyyəti və dövlətin əsasları, dövlət hakimiyyətinin qolları, yerli özünüidarəetmə orqanları, hüquq və qanun ilə əlaqədar olan ictimai münasibətlərin nizamlanması da əhatəli şəkildə təsbit edilib ki, bu da ölkəmizin Əsas Qanununun demokratik prinsiplərin daşıyıcısı olan beynəlxalq aktlar sırasına daxil olmasına imkan verir.
Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir...
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas diqqətini həm də ölkəmizin Avropa məkanına inteqrasiyasının gücləndirilməsinə yönəltmişdi. Məhz ölkəmizin Avropa Şurasına qəbul olunması bu istiqamətdə atılan böyük addımlardan biri idi. Daha dəqiq desək, Ulu öndərin rəhbərliyi ilə görülən çoxşaxəli işlər qısa müddət ərzində öz bəhrəsini verdi. 1996-cı ilin iyununda Azərbaycana Avropa Şurasında “xüsusi qonaq” statusu verildi. “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 yanvar tarixli Sərəncamı, “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında” 1998-ci il 16 aprel tarixli Sərəncamı, “İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncamı Azərbaycanın bu yolla inamlı irəliləyişi idi. Sonrakı dövrlərdə Azərbaycan beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq proqramları həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində nail olduğumuz bu nəticələr Azərbaycanın demokratik inkişaf prosesinə dönməz xarakter verdi, azadlığın və qanunçuluğun möhkəm təminatını yaratdı və 2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbul olunmasını şərtləndirdi.
Ümumiyyətlə, müstəqillik əldə etdiyimiz 1991-ci ildən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərib ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılıb. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilib. Sosial iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir.
Bir sözlə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə görülən işlər, əldə olunan nəticələr müstəqilliyimizin dönməz, sarsılmaz və əbədi olacağına dəlalət edir. Bu, Azərbaycan xalqının ən müqəddəs arzusudur.
Xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan Ümummilli liderimiz Heydər Əliyevin dahiyanəlik və uzaqgörənliklə işləyib hazırladığı inkişaf siyasətinin ən böyük uğurlarından biri də başlanan işlərin uğurla davam etdirilməsidir. Daha dəqiq desək, Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetişdirməsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər tərəfindən iqtisadi-siyasi, ümumiyyətlə bütün sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirdi. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artırıldı, ölkəmizdə ordu quruculuğu və digər sahələrdə yüksək inkişaf əldə olundu. Və bu siyasət hazırda da davam etdirilir.
Sonda onu da qeyd edək ki, 2003-cü il dekabr ayının 12-i hər zaman xalqımız üçün üzüntü və kədərli bir tarix olacaq. Çünki 12 dekabr Ulu öndərimiz Heydər Əliyevin fiziki olaraq aramızdan ayrıldığı tarixdir. Bununla belə, Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasi məktəbi və inkişaf yolu bu gün də Azərbaycan xalqının inkişafının təməl prinsipi sayılır. Bu baxımdan, Azərbaycan xalqı hər zaman öz Ümummilli liderini xoş xatirələrlə xatırlayacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

