Müstəqil Azərbaycanın qurucusu
12.12.2014 [09:56]
Müstəqillik, azadlıq hər bir xalqın və ölkənin var olması üçün əhəmiyyətli bir amildir. Azadlıq istər fərd olaraq hər bir vətəndaş üçün, istərsə də bütöv bir xalq, bir millət üçün müqəddəs, əvəzolunmaz bir nemətdir. Milli kimliyini əbədi etmək istəyən xalqlar tarix boyu müstəqillik uğrunda mübarizə aparmışlar...
Cəmi 1 il 10 ay yaşayan Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 27-də süqut etdi. Və tarix göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, yaşatmaq onu qazanmaqdan qat-qat çətindir. Bu hal XX əsrin sonunda bir daha təkrarlana bilərdi. Lakin məhz Ulu öndər Heydər Əliyevin yüksək idarəçilik bacarığı sayəsində ölkəmiz məhv olmaq təhlükəsindən xilas edildi. Bəli, bu gün biz müstəqilik. Deməli, həm də azadıq. Azadlığı və müstəqilliyi bizlərə, xalqımıza bəxş edən, məhz Ulu öndər Heydər Əliyev oldu...
Məlum olduğu kimi, müstəqillik əldə etdikdən sonra ən mühüm iş dövlət quruculuğunun həyata keçirilməsidir. Ulu öndərin rəhbərliyi ilə dövlət quruculuğu prosesində ilk addım kimi Konstitusiyanın qəbulu, daha sonra yeni dövlət orqanlarının formalaşdırılması, eyni zamanda, aqrar məsələni həll edilməsi kövrək addımlar atan bir dövlətin taleyini həll etdi.
Bir sözlə, həyatın elə bir sahəsi yoxdur ki, bu dahi insan orada Öz imzasını qoymasın. Bu böyük şəxsiyyət siyasətdən tutmuş mədəniyyətə qədər, iqtisadiyyatdan tutmuş idmana qədər, sənayedən səhiyyəyə qədər - bütün sahələrə diqqət və qayğı göstərməklə onların tərəqqisinə, çiçəklənməsinə nail oldu.
Ulu öndər Azərbaycançılıq ideologiyasının yaradıcısı kimi xalqın həmrəylik, vətənpərvərlik hisslərini gücləndirməklə vahid məqsəd - güclü Azərbaycan dövləti yaratmaq uğrunda mübarizədə bütün qüvvələri birləşdirə bildi. Təkcə Azərbaycanda deyil, bütün dünyadakı azərbaycanlıların təşkilatlanmasına nail oldu.
Təsadüfi deyil ki, 2001, 2006, 2011-ci illərdə Dünya Azərbaycanlılarının Qurultayı məhz Bakıda - müstəqil Azərbaycanın paytaxtında keçirildi.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin irsinin layiqli davamçısı kimi bu siyasəti uğurla davam etdirir. Heydər Əliyev Fondunun yaradılması, həmçinin, Leyla Əliyevanın Rusiyada Azərbaycan diasporunu formalaşdırması Ulu öndərin bu sahədəki siyasətinin məntiqi davamıdır.
Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında Prezident İlham Əliyev Ulu öndərin bu sahədəki fəaliyyətini belə səciyyələndirmişdir: “Bu ənənənin təməlini 2001-ci ildə Ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq dünya azərbaycanlıları bir araya gəldilər”.
Yeri gəlmişkən, hələ 1991-ci ildə Naxçıvanda Ulu öndərin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, ərazi bütövlüyünün qorunmasına, müstəqilliyinin dünya miqyasında tanınmasına, Azərbaycan bayrağının ən yüksək zirvələrdə dalğalanmasına nail oldu. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu sahədə mühüm addımlar atmaqla ölkəmizin xoş gələcəyinə öz layiqli töhfələrini verirlər.
Ulu öndər Heydər Əliyevin vətən, xalq qarşısındakı xidmətlərini saymaqla tükənməz. O, dahi bir siyasətçi kimi bir ölkə, bir region daxilinə sığışmır. Çünki O, dünya miqyaslı siyasətçidir. Bu faktı dünyanın görkəmli siyasətçiləri dəfələrlə etiraf etmişdir. Fransa Respublikasının keçmiş Prezidenti Jak Şirak Ulu öndər Heydər Əliyevi belə qiymətləndirirdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmək yoluna gətirib çıxarmışdır”.
Ulu öndər Heydər Əliyev Azərbaycanda sabitlik, əmin-amanlıq yaratdı. Milli-mənəvi dəyərlərimizi yaşatdı. Böyük uğurlara imza atdı. Dünya Azərbaycana Ulu öndər Heydər Əliyev zirvəsindən baxmağa başladı. Nizamilər, Füzulilər, Şah İsmayıl kimi sərkərdələr yetirən bir xalq Heydər Əliyev kimi dahini də yetirdi. Bu dahi XX əsr Azərbaycanının möhtəşəm bir tarixini yaratdı.
Bəli, dahi tarix yaratdı. Elə bir tarix ki, nə qədər ki bəşər var, nə qədər ki bu dünya var, nəsillər bu tarixdən dərs alacaq.
Ulu öndər deyərdi: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”.
Bizlər də fəxr edirik ki, Ulu öndər Heydər Əliyevin əmanəti olan, Onun ideyalarının yaşadığı, inkişaf etdiyi, gündən-günə müasirləşən Azərbaycanın, ən əsası, güclü dövlətçilik təməli olan bir ölkənin vətəndaşıyıq.
Rasim MƏmmƏdov,
Dünya Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin
birinci vitse-prezidenti
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32

