Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub
19.12.2014 [09:44]
Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, qonaqları salamlayan Ali Məclisin Sədri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Plenumunun ilk dəfə Naxçıvanda keçirildiyini bildirib, bu tədbirin muxtar respublikada memarlığın inkişafına və memarlar arasında qarşılıqlı əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini bildirərək deyib: “Naxçıvanda memarlıq sənətinin qədim tarixi vardır. Memar Əcəmi Naxçıvani tərəfindən əsası qoyulan Naxçıvan memarlıq məktəbi müxtəlif inkişaf mərhələləri keçmiş, qədim memarlıq ənənələri qorunub saxlanılmışdır”.
Ali Məclisin Sədri deyib: “Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə memarlığın inkişafına qayğı ilə yanaşmış, bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə tikilən binalar milli memarlıq elementlərinin zənginliyi ilə seçilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də memarlıq sənətinin inkişafına xüsusi diqqət yetirilir, ölkəmizin şəhərləri müasir arxitektura elementlərindən və qədim memarlıq ənənələrindən istifadə edilməklə qurulur”.
Görüşdə vurğulanıb ki, memarlıq çətin və incə bir sahədir. Layihənin relyefə uyğunlaşdırılması bu sənətin ən vacib elementlərindən biridir. Muxtar respublikanın seysmik zonada yerləşməsi, özünəməxsus iqlim və relyef quruluşuna malik olması tikinti-quruculuq işləri həyata keçirilərkən layihələndirmənin düzgün aparılmasını, milli memarlıq elementlərinin tətbiqini zəruri edir. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumu bu məsələlərin müzakirəsinə də imkan verəcəkdir.
Ali Məclisin Sədri Plenumun Azərbaycan Memarlar İttifaqı Naxçıvan təşkilatının formalaşmasına stimul verəcəyinə əminliyini bildirib, onun işinə uğurlar arzulayıb.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib ki, Azərbaycan milli memarlığının inkişafında Naxçıvan memarlıq məktəbinin xüsusi yeri vardır. Bu gün muxtar respublikada memarlığın inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun Naxçıvanda keçirilməsi digər məsələlərlə yanaşı, son illər muxtar respublikada memarlıq sənətinin inkişafı sahəsində qazanılan nailiyyətlərin təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov və digər görüş iştirakçıları da muxtar respublikada memarlığın inkişafı sahəsində görülən işləri yüksək qiymətləndiriblər.
Sonda Ali Məclisin Sədri görüş iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirib.
Xəbər lenti
Hamısına baxDünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30

