Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Quba rayon təşkilatında 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə dəyirmi masa keçirilib

YAP Quba rayon təşkilatında 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə dəyirmi masa keçirilib

05.10.2026 [16:59]

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə dəyirmi masa keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova müəllim əməyinin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, elm, təhsil və mədəniyyət sahələrinin inkişafı Azərbaycanın gələcək tərəqqisi üçün möhkəm təməl yaradır. Bu gün ümummilli lider Heydər Əliyevin ölkəmizin təhsil sisteminin inkişafı istiqamətində müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, müəllim yalnız bilik verən şəxs deyil, eyni zamanda gənc nəslin dünyagörüşünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və savadlı vətəndaş kimi yetişməsinə mühüm töhfə verən ziyalıdır. Azərbaycanda müəllim əməyinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı təhsil sahəsində həyata keçirilən ardıcıl siyasətin mühüm istiqamətlərindən biridir.

Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin valideynləri Söhrab Niftəliyev və Xalidə Niftəliyeva, Quba rayonunun Qırmızı qəsəbəsində yerləşən İsaak Xanukov adına 1 saylı tam orta məktəbin direktoru Yavuşva Simanduyev çıxış edərək müəllimlik peşəsinin böyük məsuliyyət və fədakarlıq tələb edən şərəfli peşə olduğunu vurğulayıblar. Onlar qeyd ediblər ki, müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, onların milli-mənəvi dəyərlərə, Vətənə və dövlətə bağlı ruhda formalaşmasında mühüm xidmətləri vardır.

Çıxışlarda Azərbaycan müəllimlərinin ölkənin ictimai-siyasi və sosial-mədəni inkişafına verdiyi töhfələrdən bəhs olunub, onların əməyinin yüksək qiymətləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, savadlı, dünyagörüşlü və vətənpərvər gənc nəslin yetişdirilməsi müəllimlərin üzərinə böyük məsuliyyət qoyur.

Tədbirin sonunda bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim edilib.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31