Kozlariçin “mus-mus”unun “MUSTAFA”SI...
17.01.2015 [11:01]
Yaxud, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üstünlüklərə yiyələnməyimiz, hərbi sahədəki aşkar üstünlüyümüz keçmiş səfirin də “mərəz”lərini ortaya çıxardı
Məlum olduğu kimi, Cənubi Qafqaz regionunun lider dövlətinə, böyük bir coğrafiyanın aparıcı siyasi aktoruna çevrilmiş Azərbaycan istər daxili, istərsə də xarici siyasət kursunda hər zaman milli maraqlara, dövlət və millət mənafeyinə əsaslanır. Bunun nəticəsidir ki, ölkəmizdə əldə olunan iqtisadi-siyasi uğurların və sabitliyin arxasında hakimiyyət-xalq vəhdəti dayanır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan, eyni zamanda, müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır və qəbul edilir. Heç şübhəsiz, qeyd edilən bu nailiyyətlər Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlardan sayılır. Ölkənin imicinin artması isə ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycanın üstünlüyünün təmin edilməsində əsas şərtlərdən biri sayılır. Yəni, bu gün Azərbaycan dövləti beynəlxalq səviyyədə işğalçı Ermənistan üzərində açıq üstünlüyə malikdir.
Təbii ki, bu fakt ermənilərin, həmçinin, Ermənistana havadarlıq edən, açıq şəkildə olmasada, dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə çalışan, bundan Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etmək istəyən qüvvələrin narahatlığına səbəb olur. Yəni, Azərbaycanın həm diplomatik çərçivədə, həm də hərbi sahədə üstünlüklər qazanması bu dairələrin və bir sıra şəxslərin əsl simasının üzə çıxmasına şərait yaradır.
Məsələn, vaxtilə ABŞ-ın ölkəmizdəki səfiri olmuş Riçard Kozlariçin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “narahatlıqları” onun niyyətindən xəbər verir. Daha doğrusu, Kozlariçin Azərbaycanda hökm sürən daxili sabitliyə, milli birliyə qısqanclıqla yanaşan, xalqın və dövlətin maraqlarını heçə sayaraq fərqli xarici mərkəzlərin qulluqçusuna çevrilmiş bəzi “beşinci kolon” nümayəndələrini ciddi-cəhdlə müdafiə etməsinin səbəbləri var. Belə ki, Kozlariçin ölkəmizin xarici siyasəti, o cümlədən, ölkədaxili inkişafımızı qaralayan yalanlarının hədəfində nələrin durması onun müsahibələrinin sonunda məlum olur. Yəni, bəlli olur ki, Kozlariçin “mus-mus”unun “Mustafası”, məhz Ermənistanla bağlı “narahatlıqları” imiş.
Hər zaman öz yalanlarına bəzək-düzək verərək “beşinci kolon”a məxsus mətbu ruporlarda dolayı yolla Ermənistanı müdafiə etməyə çalışan Kozlariç kimilər üçün əsas olan işğalçı ölkənin düşdüyü pis vəziyyəti ört-basdır etmək, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki üstünlüyümüzə xələl gətirmək istəyidir. Görünən odur ki, ötən il Ermənistanın cəbhə bölgəsində həyata keçirdiyi təxribatların qarşısının alınması və düşmənə layiqli cavab verilməsi, Azərbaycanın hərbi üstünlüklərinin aşkar şəkildə ortaya çıxması və dövlətimizin ərazi bütövlüyünün təmini yönündə hərbi yoldan istifadə variantını istisna etməməsi Kozlariçin də “kürkünə” birə salıb. Bunun nəticəsidir ki, Ermənistana “vəkillik” etməyə çalışan Kozlariç bəzən o qədər eyforiyaya qapılır ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan Minsk qrupunun həmsədri olmasını və münaqişənin ədalətli həllinə nail olmaq məsuliyyəti daşımasını belə unudur. O, özlüyündə Ermənistanın hazırkı pis durumunu pərdələmək, Azərbaycanın aşkar üstünlüyünü gizlətmək naminə Dağlıq Qarabağ probleminin yalnız “sülh yolu” ilə tənzimlənməsini vacib şərt kimi irəli sürür. Görəsən, adını diplomat qoymuş və beynəlxalq hüququ bilən birisi kimi Kozlariç Ermənistanın işğalçı siyasətdən əl çəkməsinin vacibliyini niyə irəli sürmür? Niyə söyləmir ki, “status-kvo”nun qorunub saxlanılmasına cəhd münaqişənin həllinə mane olur və bu, yolverilməzdir?
Göründüyü kimi, Kozlariçin də əsas “ağrısı”, məhz Ermənistanın düşdüyü zavallı vəziyyəti gizlətmək istəyindən, Azərbaycanın istər siyasi anlamda, istərsə də hərbi sahədə nailiyyətlər qazanmasına qısqanclıqla yanaşmasından irəli gəlir. Ölkəmizin demokratik ənənələrə sadiqliyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması və bu prinsiplərin dövlət prioriteti kimi qeyd edilməsi Kozlariç kimilərini min bir yalan danışmağa vadar edir. Ölkə qanunlarını pozan, faktiki olaraq cinayət məsuliyyəti daşıyan və konkret cinayət əməllərində şübhəli bilinən şəxsləri müdafiə edən, onların həbsinə siyasi don geyindirməyə çalışan, ölkədəki inkişafa, sabitliyə xələl gətirməyə niyyətlənən belələri isə hər zaman Azərbaycan dövləti tərəfindən cavabını alır. Kozlariç kimi ermənilərin dəyirmanının suyuna çevrilməyə çalışanlar dərk etməlidirlər ki, ölkəmizdə olan milli birlik və dövlət, millət maraqlarına bağlılıq bütün nailiyyətlərimizin əsas şərtidir. Bu birlik isə Dağlıq Qarabağın işğaldan azad edilməsində və ərazi bütövlüyümüzün təminatında da öz sözünü deyəcək...
PƏrviz
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

