“İşğal altında qalmış abidələrimiz - tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçirilib
19.02.2015 [12:40]
Fevralın 18-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İşğal altında qalmış abidələrimiz - tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dini qurumların nümayəndələri, alimlər, ictimai xadimlər, KİV-lərin təmsilçiləri iştirak ediblər.
Tədbirin bəşəriyyətin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində keçirildiyini diqqətə çatdıran DQİDK-nin sədri Mübariz Qurbanlı bildirib ki, işğal altında qalan abidələrimiz yalnız Dağlıq Qarabağda deyil, eyni zamanda, tarixi Azərbaycan ərazisində, Qərbi Azərbaycan torpaqlarındadır. Mədəniyyətimizlə, dinimizlə bağlı olan müxtəlif xarakterli nümunələr - məscidlər, mədəniyyət evləri, kitabxanalar, ziyarətgahlar erməni vandalları tərəfindən dağıdılıb, özününküləşdirilib. Qarabağ ərazisində dağıdılmış abidələrimizlə bağlı hazırda Azərbaycanda çox böyük işlər görülür. Konfransın təşkili də bu işlərin tərkib hissəsidir. Belə tədbirləri dünyada, xarici ölkələrdə keçirməli, həqiqətləri yaymalıyıq. Bu yolla biz ermənilərin törətdikləri vəhşilikləri bir daha dünyaya çatdıra bilirik.
İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılmış, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirə və diskussiyaların aparılması, bu barədə ictimaiyyətin məlumatlandırılmasıdır.
A.Mustafayeva qeyd edib ki, Azərbaycanın işğal altında olan ərazilərində tarixi, dini abidələrimizi, maddi-mədəni irsimizi, işğal nəticəsində ölkəmizə dəyən iqtisadi zərəri araşdırıb ortaya qoymalı və bunların hesabını işğalçılardan tələb etməliyik. Məqsədimiz beynəlxalq məhkəmələrə müraciət etmək üçün əsaslar hazırlamaqdır. İşğal altında qalan dini abidələrimiz təkcə məscidlər deyil, orada alban, pravoslav kilsələri də var. Ermənilər hansı xalqa mənsub olmasına fərq qoymadan bütün tarixi abidələri dağıdır, məhv edirlər. Azərbaycanın qədim İrəvan xanlığı ərazisində də belə abidələr var idi və onların şəkilləri bizim əlimizdədir. Biz bu abidələrlə də bağlı araşdırmalar aparacaq, məlumatlar yayacağıq.
Tolerantlığın, multikulturalizmin xalqımız üçün həyat tərzi olduğunu bildirən A.Mustafayeva deyib ki, ölkəmizdə bu istiqamətində mühüm işlər görülür, Azərbaycan bu cəhətdən bütün dünyaya nümunədir.
Konfransda DQİDK-nin əməkdaşı Əliheydər Zülfüqarovun “Erməni təcavüzü və dini abidələrimiz”, “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Mühafizə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun “Dağlıq Qarabağda monumental incəsənət və din abidələrinin ermənilər tərəfindən dağıdılmasının tarixi səbəbləri” mövzularında məruzələri dinlənilib. Bildirilib ki, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 900-dən çoxdur. Bunlardan 347-si tarixi dini abidələrdir. Bu abidələrin 67-si məscid, 140-ı məbəd, 140-ı ziyarətgahdır.
Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Qarabağ reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü iş aparılır. Bu sahədə dövlət qurumları ilə elm müəssisələrinin əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, hər iki qurumun birgə fəaliyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə mühüm töhfələr verəcəkdir.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və digər çıxış edənlər konfransın aktual mövzuya həsr olunduğunu, erməni saxtakarlığının ifşa edilməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə AMEA-nın İnsan Hüquqları İnstitutu ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi A.Mustafayeva və M.Qurbanlı imzalayıblar.
Memorandumda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə işin aparılması, konfransların mütəmadi təşkili nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Gündəm
09 Oktyabr 10:33
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14

