/ / Milli manatın dollara nisbətdə dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə yol açacaq
Milli manatın dollara nisbətdə dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə yol açacaq
24.02.2015 [11:19]
Ekspertlərin fikrincə, bu addım xarici investisiyaların stimullaşdırılmasına şərait yaradacaq
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı respublikamıza sərmayə qoyuluşlarının artmasına əhəmiyyətli dərəcədə zəmin yaratmaqdadır. Bu istiqamətdə artım dinamikası son illərdə daha intensiv xarakter alıb və iqtisadiyyatın real sektoruna yatırılan investisiya resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə edib. Son illərin, xüsusən də, qlobal iqtisadi böhranın yaşandığı dövrün təhlili bir daha göstərir ki, Avropa və MDB məkanında investisiya qoyuluşlarının həcminin azalması müşahidə olunur, amma Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir. Bu gün xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür və bunun başlıca səbəbi ölkəmizdə investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsidir.
Ümumiyyətlə, iqtisadiyyatımızda, eləcə də, qeyri-neft sektorunda stabilliyi qoruyub saxlamaq və iqtisadiyyatın müxtəlif seqmentləri üçün böyük potensiala malik olan regionlarda iqtisadi artımı təmin etmək istiqamətində mühüm işlər görülub. Son 10 ildə ölkə iqtisadiyyatında 3 dəfədən çox artımın müşahidə olunması Azərbaycanın investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış etməsini əsaslandırır. Elə bu səbəbdən də xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür.
Artıq bir neçə gündür ki, müzakirə mövzusuna çevrilən milli manatımızın dollara nisbətdə dəyərinin ucuzlaşması da Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, xarici investisiyaların stimullaşdırılmasına xidmət edir. Belə ki, dolların qiymətinin əvvəlki dövrə nisbətən bahalaşması ölkəmizə yatırım etmək istəyən xarici investorların diqqətindədir. Bu amil əsasən də qeyri-neft sektoruna xarici investorların investisiya yatırımını stimullaşdıran faktorlardandır.
Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, bu gün də dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə sərmayə yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana irihəcmli kreditlər ayırır. Ölkəmizin nəhəng enerji ehtiyatlarına malik olması və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində çəkisinin artması bu sahəni xarici investorlar üçün xüsusilə cəlbedici edib. Dolların qiymətinin bahalaşması isə tədavülü məhz bu valyuta ilə tənzimlənən şirkətlərin daha böyük həvəslə ölkəmizə gəlişinə yol açır. Qeyd edək ki, 2012-ci ildə ölkə iqtisadiyyatına 22 milyard dollar sərmayə qoyulmuşdu ki, bunun da 9 milyard dollarını xarici sərmayələr təşkil edirdi. 2013-cü ildə bu rəqəm 28 milyard dollar olub ki, bunun da 10,5 milyard dolları xarici investisiyalardır. Ötən il isə bu rəqəm ümumilikdə 27 milyard dollar təşkil edib ki, burada da xarici sərmayənin payı 11 milyard dollardır. Göründüyü kimi, ildən-ilə daxili sərmayənin göstəricisi artmaqla yanaşı, ölkəmizin xarici investisiyalara da açıq olması ortaya qoyulan rəsmi rəqəmlərdə öz ifadəsini tapır. Qeyd etdiyimiz kimi, xarici investorların ölkəmizə ildən-ilə artan marağı yerli istehsalçıların, yerli sərmayədarların da daha yüksək səviyyədə inkişafına yol açır. Bu isə hər şeydən öncə ölkədə qeyri-neft sektorunda rəqabətədavamlılıq qabiliyyətinin daha da güclənməsini şərtləndirir.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında iqtisadi ekspert, Azərbaycan Turizm İnstitutunun “Marketinq” kafedrasının müdiri Anar Eminov da ölkəmizə sərmayə yatırımının ildən-ilə artdığını önə çəkib. Onun sözlərinə görə, bu artım yerli istehsalçıların inkişafında müstəsna rola malikdir. Ümumiyyətlə, Azərbaycan sahibkarlığın azad inkişaf etdiyi və beynəlxalq birliyə inteqrasiya olunması yönündə mühüm addımlar atan ölkədir: “İstənilən ölkənin milli siyasətinin səmərəliliyi birinci növbədə onun iqtisadi inkişaf göstəriciləri ilə bağlıdır. Azərbaycan hökuməti milli iqtisadi inkişafın təmin olunması, o cümlədən, xarici investisiyaların cəlb edilməsi üçün maksimum addımlar atır. Bu istiqamətdə qanunlar kifayət qədər təkmilləşdirilib, qanunvericilik bazası zənginləşdirilib, vergilər liberallaşdırılıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sənədləşmə minimuma endirilib, sahibkarlar arasında sağlam rəqabətin formalaşdırılması üçün maksimum şərait yaradılıb. Məhz buna görə də, Azərbaycanda güclü investisiya mühiti mövcuddur”.
A.Eminov son günlərdə manatın dollara nisbətdə ucuzlaşması ilə də hər hansı bir problemin yaranmayacağını, əksinə, xarici investorların cəlb olunması prosesinə daha yüksək təkan verəcəyini qeyd edib. Onun sözlərinə görə, MDB ölkələrində, xüsusi ilə də Rusiyada baş verən proseslərin tipologiyasını respublikamıza şamil etmək düzgün olmazdı: “Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi siyasət kursu Azərbaycanın sosial və iqtisadi dayanıqlılığını artırıb. Son günlərdə milli valyutamızın dollar və digər valyutalara nisbətdə ucuzlaşması isə ölkədə milli istehsal gücünü artıracaq, eləcə də xarici investisiyaların stimullaşmasına səbəb olacaq. Baş verənlər iqtisadi proseslərdir və bu gün qlobal iqtisadiyyatda baş verən proseslər manatın məzənnəsinin dəyişmələrinə səbəb olur. Sözügedən qərar dünyada baş verən maliyyə və iqtisadi titrəyişlərin qarşılığında aparılan düşünülmüş pul-kredit siyasətinin tərkib hissəsidir. Bundan nə əhali, nə də ölkədə fəaliyyət göstərən yerli və əcnəbi sahibkarlar narahat olmamalıdırlar. Bu siyasət nəticəsində ölkədə istehsalın və bununla yanaşı, ixracın stimullaşmasına zəmin yaranacaq və ölkə iqtisadiyyatının diversifikasiya edilməsi sahəsində dövlətin müəyyən etdiyi kursun reallaşdırılması yolunda ciddi addım atılmış olacaq”.
İqtisadi ekspert Vüqar Bayramov isə deyib ki, manatın devalvasiyası 12- 15 faizə qədər gözlənilirdi. Lakin manatın dollara nisbətən möhkəmlənəcəyi yaxın günlərdə gözlənilir və bunun özəlliyi də ondan ibarət olacaq ki, ixrac stimullaşdırılacaq: “Bunun digər üstünlüyü ondan ibarətdir ki, bu ixracı stimullaşdıracaq. Eyni zamanda bu, ciddi qiymət artımına gətirib çıxarmayacaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12

