/ / Valyuta mübadilə şöbələrində aşkar olunmuş qanun pozuntularına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir
Valyuta mübadilə şöbələrində aşkar olunmuş qanun pozuntularına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir
26.02.2015 [00:09]
Azərbaycan Respublikasının Mərkəzi Bankından xarici valyuta nağd alğı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı bəzi valyuta mübadilə şöbələrində, habelə bir sıra subyektlər tərəfindən valyuta qanunvericiliyinin tələblərinin pozulması barədə daxil olmuş məlumat, eyni zamanda, son günlər ayrı-ayrı vətəndaşların xarici valyutanın alğı-satqısı zamanı sui-istifadə hallarına yol verilməsi barədə çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə ilkin araşdırmalar göstərib ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2015-ci il 21 fevral tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edildikdən sonra xarici valyutanın alğı-satqı əməliyyatlarının həcminin artması ilə əlaqədar bir sıra valyuta mübadilə şöbələrində, eyni zamanda, qanunsuz fəaliyyət göstərən bəzi subyektlər tərəfindən yol verilmiş sistemli və məqsədli qanun pozuntuları əhalinin aldadılması, əsassız ajiotajın yaranması və bu sahədə vəziyyətin gərginləşməsinə səbəb olub.
Belə ki, həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri ilə xarici valyuta bazarında fəaliyyət göstərən bir sıra valyuta mübadilə şöbələri tərəfindən valyuta alğı-satqı əməliyyatlarının məqsədli şəkildə müvəqqəti dayandırılması, bəziləri tərəfindən milli pulun olmaması bəhanəsi ilə belə əməliyyatlardan əsassız olaraq imtina edilməsi, habelə bəzi valyuta mübadilə şöbələri tərəfindən xarici valyutanın, xüsusən də ABŞ dollarının Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi səviyyədən xeyli aşağı məzənnə ilə alınması halları aşkar edilib.
Bakı şəhərində müxtəlif ünvanlarda müvafiq icazə tələb olunduğu halda belə icazə alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərməklə sistemli şəkildə rəsmi qaydada müəyyən edilmiş məzənnədən xeyli aşağı qiymətlə xarici valyuta mübadiləsi apararaq vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirən bir sıra qanunsuz fəaliyyət göstərən valyuta mübadilə şöbələrində istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə onlardan 15-də istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, milli və xarici valyutada pul vəsaitləri aşkar edilərək götürülüb.
Qeyd olunan faktlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə 6 cinayət işi başlanıb, 5 şəxs bilavasitə cinayət başında yaxalanıb.
Belə ki, Mərkəzi Bankın müəyyən etdiyi xarici valyuta məzənnəsinə zidd olaraq “Yunayted Kredit Bank” ASC-dən müvafiq lisenziya almış Emil Həsənovun Bakı şəhəri, Ağa Nemətulla küçəsi 32 saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində, “Zaminbank” ASC-dən müvafiq lisenziya almış Rəşad Baxşıyevin Bakı şəhəri, 28 may küçəsi 25 saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində vətəndaşlara məxsus xarici valyutanı manata mübadilə etməklə qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmələrində, eyni zamanda, müvafiq lisenziya almadan Zülfüqar Həsənovun Bakı şəhəri, Atatürk prospekti 97-105 saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində, Arif İsmayılovun Bakı şəhəri, Q.Qarayev prospekti 65D saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində, Sənan Kəlbəliyevin Bakı şəhəri, M.Mirqafarov küçəsi 14 saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində vətəndaşlara məxsus xarici valyutanı manata mübadilə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan Zülfüqar Həsənova, Rəşad Baxşıyevə, Sənan Kəlbəliyevə Cinayət Məcəlləsinin 178.2.3-cü, 192.2.2-ci maddələri, Arif İsmayılova 178.2.3-cü və 192.2.1-ci maddələri, Emil Həsənova isə 178.2.3-cü maddəsi ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin cinayət işləri üzrə, habelə Bakı şəhəri və regionlarda sui-istifadə hallarına yol verməklə valyuta və makroiqtisadi tənzimləməyə ciddi maneələr yaradaraq əhalinin aldadılmasına və süni gərginliyin yaradılmasına səbəb olan subyektlərin aşkar edilməsi, belə halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq tərəfindən bundan sonra da Mərkəzi Bank ilə əlaqəli şəkildə valyuta qanunvericiliyinə, xüsusilə də xarici valyutanın nağd alğı-satqı əməliyyatlarının aparılması zamanı mövcud tələblərin pozulması hallarına qarşı kəsərli mübarizə tədbirlərinin görülməsi təmin ediləcəkdir.
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40

