/ / Mövlud Çavuşoğlu: Ermənistan Azərbaycan torpaqlarının işğalından heç nə əldə etməyib, əksinə çox şey itirib
Mövlud Çavuşoğlu: Ermənistan Azərbaycan torpaqlarının işğalından heç nə əldə etməyib, əksinə çox şey itirib
26.02.2015 [00:11]
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 25-də ADA Universitetində mühazirə oxuyub.
AzərTAc xəbər verir ki, əvvəlcə ADA Universitetinin rektoru Hafiz Paşayev Mövlud Çavuşoğlunun həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat verib, universitetin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışıb.
Nazir Mövlud Çavuşoğlu mühazirəsində Türkiyənin xarici siyasəti, regionda və dünyada gedən proseslər, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb.
Mövlud Çavuşoğlu deyib ki, son 7-8 ildir Avropada tüğyan edən iqtisadi böhranın təsirlərini hələ də yaşayırıq. Belə bir mərhələdə Türkiyə və Azərbaycan fərqlilik ortaya qoyub. Azərbaycanın bugünkü inkişafının təkcə Bakı ilə məhdudlaşmadığını, bu inkişafın ölkənin bütün bölgələrinə də təsir etdiyini görürük. Azərbaycan iqtisadiyyatı yalnız neft və qaza əsaslanmır. Bu gün başqa ölkələrə yardım edən Azərbaycan dünyada artıq qəbul olunmuş oyunçuya çevrilib. Bu ölkənin beynəlxalq aləmdə mövqeyi güclənir. Azərbaycan bölgədəki önəmli layihələrin mərkəzidir. Biz qurduğumuz birliklə bölgədə sülh və əmin-amanlığı təmin etməyə çalışırıq. Türkmənistan, İran və Gürcüstanla üçtərəfli əməkdaşlıqla bu istiqamətdə səylə çalışırıq. Bizim niyyətimiz heç kəsə zərər vermək deyil, bu birliyin bölgədə hər kəsə faydası var.
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən nazir deyib ki, Ermənistan Azərbaycan torpaqlarının işğalından heç nə əldə etməyib, əksinə çox şey itirib. Beynəlxalq səviyyədə qəbul edilmiş bütün sənədlər Dağlıq Qarabağın Azərbaycana mənsub olduğunu birmənalı şəkildə təsdiq edir. Bu işğal Ermənistan üçün çoxlu problemlər yaradır. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh və sabitlik yolunda ən böyük maneədir. Türkiyə münaqişənin tez bir zamanda nizamlanmasını istəyir.
Nazir fevralın 26-da Xocalı faciəsinin 23-cü ildönümünün qeyd edildiyini xatırladaraq deyib: “Biz şəhidlərin xatirəsini yad edirik, onları heç vaxt unutmayacağıq”.
Azərbaycan-Türkiyə əlaqələrinin sürətlə inkişaf etdiyini deyən Mövlud Çavuşoğlu bildirib ki, biz bir millət, iki dövlət olaraq birlikdə öz problemlərimizi həll etdiyimiz kimi, digər problemlərin də öhdəsindən gələ bilərik.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

